2021-06-07 13:34:17

No:205/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

Bu ilin 7 iyun tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service