2021-06-03 15:15:14

No:201/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair məlumatı

3 iyun 2021-ci il tarixində Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici Işlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.

Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Arxiv üzrə axtarış

xin diplomatic service