2021-05-19 17:32:31

No:174/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhməd Al Sayegh ilə görüşünə dair məlumatı

19 may 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhmed Al Sayegh arasında videokonfrans formatında görüş baş tutub.

Tərəflər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli bəyanatların icrası ilə bağlı geniş məlumat verib.

Nazirlər, eyni zamanda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə də alternativ enerji sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış

xin diplomatic service