2021-03-09 19:13:23

No:087/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri ilə video-konfrans formatında görüşünə dair məlumatı

9 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə video-konfrans formatında görüşü keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Video-konfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq Agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış

xin diplomatic service