2021-03-06 14:02:58

No:084/21, AR XİN Mətbuat xidməti idarəsinin xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığına dair məlumatı

 

6 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service