2021-01-26 16:32:49

No:032/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

Bu ilin 26 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service