2021-01-22 17:31:17

No:027/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında baş tutmuş telefon danışığına dair məlumatı 

22 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Arxiv üzrə axtarış

xin diplomatic service