news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 dekabr 2020

No_488_20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev ilə telefon danışığına dair məlumatı.

2020-ci ilin 29 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.

Nazirlər, 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edildi.

Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi apardılar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti