2020-12-15 14:20:28

No:468/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə telefon danışığına dair məlumatı

Cari ilin 15 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radman ilə telefon danışığı baş tutub.

Ceyhun Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər, habelə ikitərəfli əməkdaşlıq münasibətlərini, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service