2020-12-07 20:12:23

No455/20, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İsrail Dövlətinin Xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığına dair məlumatı

7 dekabr 2020-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service