2020-12-02 14:25:29

No:439/20, AR XİN Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Əbdüləziz Kamilov arasında telefon danışığına dair məlumatı

2 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Arxiv üzrə axtarış

xin diplomatic service