news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2020

No:437/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığına dair məlumatı

2020-ci ilin 1 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti