news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 noyabr 2020

No:428/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında baş tutmuş tel

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.

Tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti