2020-11-13 18:37:49

No:414/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Safadi arasında baş tutmuş telefon danışığına dair məlumatı

2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutdu.

Nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhüm təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

 

Arxiv üzrə axtarış

xin diplomatic service