news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 oktyabr 2020

No:317/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Finlandiya Xarici Işlər naziri Pekka Haavisto ilə telefon danışığına dair məlumatı

Иu ilin 5 oktyabr tarixində  Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici Işlər naziri Pekka Haavisto arasında telefon danışığı baş tutub.

Nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğuladı.  O qeyd etdi ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.

Nazir Ceyhun Bayramov Ermənistanın BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirməsinin zəruri olduğunu vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti