No:233/20, İtkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq standartları və mexanizmləri vasitəsilə cavablandırılması mövzusunda məqalə müsabiqəsinə dair

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi

30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə  tələbələr arasında

“İtkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq standartları və mexanizmləri vasitəsilə cavablandırılması ”

mövzusunda məqalə müsabiqəsi elan edir

 

Müsabiqənin şərtləri

  • Müsabiqə Azərbaycanda bütün ali məktəb tələbələri və yeni məzunlar üçün açıqdır (məzuniyyətdən 12 aydan çox keçməmək şərti ilə);
  • Məqalə ingilis dilində yazılmalıdır;
  • Texniki tələblər: məqalə MS Word (.doc or .docx) və ya PDF (.pdf) formatında təqdim edilməlidir; şrift - Arial; şriftin ölçüsü - 12; məsafə – 1.15; sözlərin sayı - 3,000 və 4,000 arası (təxminən 5-7 səhifə, A4 format);
  • Bir şəxs tərəfindən yalnız bir məqalə təqdim edilə bilər;
  • Məqalə tərcümeyi-hal və əlaqə ünvanları (telefon nömrəsi, poçt və elektron poçt ünvanı) ilə birlikdə baku@icrc.org ünvanına göndərilməlidir;
  • Elektron məktub “Məqalə müsabiqəsi” başlığı ilə göndərilməlidir;
  • Məqalələrin göndərilməsi üçün son tarix 2020-ci il sentyabrın 30-dur.

 

Qaliblər 2020-ci il oktyabrın 12-dən sonrakı həftə ərzində açıqlanacaqdır.

Mükafat:

Ən yaxşı üç məqalənin müəllifinə diplom və öz seçimləri əsasında beynəlxalq hüquq üzrə təhsil proqramında iştirak üçün təqaüd veriləcəkdir. Proqrama 2020-ci il dekabrın 10-dək müraciət edilməli və ödəniş haqqı 1000 manatdan (və ya ekvivalenti) artıq olmamalıdır.   

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti