2020-07-25 20:14:15

No:196/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar.

 

***

Руководитель Управления пресс-службы МИД АР отвечает на вопрос СМИ

Вопрос: Некоторые информационные агентства сообщают о якобы участии  украинских наемников в армяно-азербайджанском конфликте на стороне Азербайджана. Что вы можете сказать по этому поводу?

Ответ: Это абсолютно безосновательное и содержащее в себе полную дезинформацию сообщение. Азербайджан обладает достаточно сильной и профессиональной армией и не нуждается в поддержке каких-либо посторонних сил в предотвращении военных провокаций со стороны вражеских сил и восстановлении территориальной целостности в рамках своих международно-признанных границ.

Хорошо известно, что Армения в претворении своей агрессивной политики против Азербайджана привлекает наемников с Ближнего Востока и вероятно за распространением такого рода дезинформации стоят именно коварные вражеские силы, чтобы, таким образом, отвлечь внимание от своих соответствующих действий.

Arxiv üzrə axtarış

xin diplomatic service