2020-07-22 12:27:49

No:183/20, AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığına dair məlumatı

21 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı baş tutub.

Baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə Baş katibə təşəkkür bildirib.

Tərəflər Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə Baş katibi məlumatlandırıb. O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə Baş katibə təşəkkürünü ifadə edib.

Arxiv üzrə axtarış

xin diplomatic service