2020-06-24 18:10:13

No:140/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Fuad Huseyn ilə telefon danışığı baş tutub

Bu ilin 24 iyun tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Fuad Huseyn ilə telefon danışığı olub.

Nazirlər iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb, habelə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər, habelə ümumdünya sağlamlıq böhranı ilə bağlı mövcud vəziyyət və hər iki ölkə tərəfindən bu xüsusda görülən tədbirlər barədə fikirlərini bölüşərək, qlobal pandemiya şəraitində qarşılıqlı yardımın və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazirlər, habelə çoxtərəfli platformalarda mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsinə razılaşıblar.

Arxiv üzrə axtarış

xin diplomatic service