2020-06-04

No:127/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon danışığına dair

Bu ilin 4 iyun tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

Mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan Nazirlər, yeni koronovirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğuladılar.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd etdilər. Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirildi. Bu xüsusda, ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulandı.

Tərəflər, həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə etdilər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasını qeyd etdilər.

Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.

Arxiv üzrə axtarış

xin diplomatic service