2020-05-28

No:124/20, Gürcüstan Respublikasının Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib

Gürcüstan Respublikasının Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib.

Gürcüstan Respublikasının Xarici İşlər naziri D.Zalkaliani məktubunda Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edir və ölkəmizə və xalqımıza uğurlar, birlik və firavanlıq arzulayır.

Məktubunda Gürcüstan Xarici İşlər naziri vurğulayır ki, bu illər ərzində Azərbaycan Respublikası öz qətiyyətli səyləri ilə mühüm regional və qlobal oyunçu kimi özünü göstərib. Nazir, həmçinin Gürcüstan və Azərbaycan arasında mükəmməl münasibətlərin və çoxşaxəli əməkdaşlığın davam edəcəyinə, strateji tərəfdaşlığımızın bütün təşəbbüslərimizin ikitərəfli, həm də regional və çoxtərəfli səviyyədə həyata keçirilməsində mühüm rol oynayacağına və ölkələrimizin inkişafına və xalqlarımızın rifahına töhfə verəcəyinə öz əminliyini bildirir.

D.Zalkaliani Gürcüstanın Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü vurğulayır, habelə birgə ikitərəfli və regional layihələr çərçivəsində dövlət və fərdi səviyyədə mövcud olan dostluq əlaqələrinin yüksək qiymətləndirdiyini qeyd edir.

Gürcüstanın Xarici işlər naziri tərəfdaşlığın möhkəmləndirilməsi və ölkələrimiz arasındakı təmasların daha da intensivləşməsinin bölgədə sülhün, təhlükəsizliyin və səmərəli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyini bildirir.

Arxiv üzrə axtarış

xin diplomatic service