2020-04-22

No:077/20, AR XİN Mətbuat xidməti idarəsinin məlumatı (Az/Ru)

Bu ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun Türkmənistan Xarici işlər naziri Rəşid Meredov ilə telefon söhbəti baş tutub.Söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının cari ilin 11 mart tarixində Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vaicbliyi qeyd olunub.

Eyni zamanda tərəflər, nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya qitəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar, Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırmışlar.

Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar. 

 

---

Пресс-релиз МИД Азербайджанской Республики

22 апреля 2020 года состоялся телефонный разговор между министром иностранных дел Азербайджанской Республики Э.М.Мамедъяровым и министром иностранных дел Туркменистана Р.О.Мередовым, в ходе которого был обсуждён ряд актуальных вопросов, связанных с дальнейшим укреплением традиционно дружественных отношений между двумя странами.

Прежде всего была отмечена необходимость реализации двусторонних договорённостей, достигнутых между Президентом Азербайджанской Республики И.Г.Алиевым и Президентом Туркменистана Г.М.Бердымухамедовым во время официального визита главы туркменского государства в Баку 11 марта текущего года.

При этом стороны подчеркнули особую значимость двустороннего сотрудничества в транспортно-коммуникационной сфере. Прямые морские сообщения на Каспии между морскими портами Алят и Туркменбаши являются важнейшим элементом в развитии торгово-экономических связей на Евразийском континенте. Отметив высокую эффективность взаимодействия в области транспорта, дипломаты акцентировали внимание на поиски и внедрения новых форм партнёрства, нацеленных на обеспечение высокорезультативного функционирования транспортных коридоров по линии Восток-Запад.

В этом контексте министры договорились поддерживать тесные регулярные контакты между внешнеполитическими ведомствами Азербайджана и Туркменистана.

 

Arxiv üzrə axtarış

xin diplomatic service