Protokol qaydaları

          Hörmətli həmkarlar!

          Diqqətinizə təqdim etdiyimiz kitabça xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən dip­lo­matik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatların nümayəndəliklərinin, habelə onların əmək­daşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin Azərbaycan Respub­lika­sında fəaliyyətini tənzimləyən protokol qaydalarının toplusudur.

          Kitabçaya daxil edilmiş protokol qaydaları 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiya­la­rına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, həmçinin Azər­baycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qarşılıqlılıq prinsipinin nəzərə alinması şərti ilə tərtib edilmişdir.

          Qaydaların diqqətlə öyrənilməsini və onlara riayət olunmasını xahiş edirik.

Dərin hörmətlə,

Pərvin Mirzəzadə

Fövqəladə və Səlahiyyətli Səfir,

Dövlət Protokolu İdarəsinin rəisi

 

 

Əlaqə üçün məlumat,

Tel: (+994 12) 596 93 33

Fax: (+994 12) 492 82 97

E-mail: protocol@mfa.gov.az

www.mfa.gov.az

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma qaydaları

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasındakı diplo­ma­­tik nümayəndəliklər, konsulluq müəssisələri və bey­nəl­­xalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplo­matik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzv­lərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bun­dan sonra - akkreditə olunmasını) tənzimləyir.

1.2. Akkreditə olunma Nazirliyin Dövlət Protokolu İdarəsi tərə­findən həyata keçirilir.

1.3. Nazirlik tərəfindən akkreditə olunmuş şəxslər diplo­matik nümayəndəliklərin heyət üzvləri kimi tanınır.

1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslər akkreditə olunur:

1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;

1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;

1.4.3. Xidmətçi heyət, heyət üzvü olmayan özəl ev işç­i­­ləri, Azərbaycanda daimi yaşayan və diplomatik nüma­yən­­­dəliklərdə çalışan xarici ölkələrin diplomatik və xid­mə­ti pasportlara malik olmayan vətəndaşları, üçüncü döv­­­lət­lərin vətəndaşları;

1.4.4. Diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları;

1.4.5. Fəxri konsullar.

1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin dip­lo­­matik və ya inzibati-texniki heyət üzvünün həyat yol­da­şı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Dip­lo­­­­­matik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor mü­na­­­sibət­lərində olan şəxslər və eynicinsli nikahda olan şəxs­lər həyat yoldaşı kimi qəbul olunmur.            

1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nüma­yən­də­lik­lərin  heyət üzvlərinin onlarla birlikdə yaşayan vali­deynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən akkreditə olunması məsələsinə baxıla bilər.

  1. Vəsiqələrin növləri

2.1. Nazirlik tərəfindən diplomatik nümayəndəliklərin diplomatik və inzibati-texniki heyət üzvlərinə, onların ailə üzvlərinə, xidmətçi heyətə, heyətin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azər­bay­­canda daimi yaşayan xarici ölkələrin diplomatik və xid­məti pasportlara malik olmayan vətəndaşlarına, üçün­cü dövlət­lərin vətəndaşlarına, diplomatik nüma­yən­də­lik­lər­də çalı­şan Azərbaycan Respublikasının vətən­daş­la­rına və fəxri konsullara aşağıda göstərilən növlərdə akkreditə vəsiqə­ləri verilir:

2.2. Diplomatik vəsiqə:

2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzv­lərinə;

2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nü­mayəndəliklərin başçılarına, həmin diplomatik nüma­yən­­dəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaş­eləri­nə;

2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azər­baycan Respublikasındakı nümayəndəliklərində ça­lı­şan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əmək­daşlarına (Azərbaycan Respublikasının vətən­daş­ları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təş­kilat­ların Azərbay­can Respublikasındakı nümayən­dəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olun­maqla) və onların ailə üzvlərinə.

2.3. Xidməti vəsiqə:

2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;

2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azər­baycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşa­yan şəxslər istisna olunmaqla) və onların ailə üzv­lərinə;

2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan bey­nəl­xalq təşkilatların Azərbaycan Respublikasındakı nüma­yən­də­lik­­lərinin inzibati-texniki heyətinə (Azərbaycan Respub­likası vətəndaşları və ya Azərbaycan Res­pub­likasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.4. Vəsiqə:

2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitet­lə­rə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzv­ləri­nə;

2.4.2. Diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə;

2.4.3. Azərbaycan Respublikasında daimi yaşayan və dip­­lomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin dip­lo­­matik və xidməti pasportlara malik olmayan vətən­daşlarına, üçüncü dövlətlərin vətəndaşlarına;

2.4.4. Diplomatik nümayəndəliklərin Azərbaycan Res­pub­likasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə;

2.5.   Fəxri konsul vəsiqəsi:

2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəx­ri konsullarına.

2.5.2.  Diplomatik nümayəndəliklərin heyətinin bu bənd­də qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri kon­sullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.

2.5.3. Fəxri konsulların ailə üzvləri akkreditə olunmur.

2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə dip­lomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplo­matik nümayəndəliyin heyət üzvünün statusunu aydın­laşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəy­yən etmək hüququna malikdir.

2.7. Bütün vəsiqələr 2 il müddətinə  etibarlıdır.

2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli  Dip­lo­matik əla­qələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əla­qələri haq­qında Vyana konvensiyalarına və Azər­baycan Respub­lika­sının tərəfdar çıxdığı digər müvafiq beynəl­xalq müqavilə­lərə uyğun olaraq müəyyən edilir.

  1. Vəsiqələrin verilməsi

3.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

3.1.1. Verbal nota;

Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində akkreditə haqqında verbal nota gön­də­rilir. Notada, akkreditə olunan şəxsin adı, soyadı, nü­ma­­yən­dəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (oldu­ğu təqdirdə) qeyd olunur.

3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haq­­qında başlıca  məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) su­rəti, Azərbaycan Respublikası vətəndaşının isə şəx­siy­yət vəsiqəsinin surəti;

3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyiş­dirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.

3.3. Akkreditə vəsiqəsinin etibarlılıq müddəti bitdiyi və ya akkreditə vəsiqəsinin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir:

3.3.1. Verbal nota;

          Verbal notada, akkreditə olunan şəxsin adı, so­yadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplo­matik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.

3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsi­qənin surəti;

3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.4. Akkreditə vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3.5. Yeni akkreditə vəsiqələri təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya  dəyişdirilən akkreditə vəsiqə­lərinin əsli Nazirliyə təhvil verilir.

3.6. Akkreditə vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:

3.6.1. Verbal  nota;

Verbal notada, akkreditə vəsiqəsinin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, dip­lomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, akkreditə vəsiqəsinin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düş­mə hallarından biri göstərilir.

3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.7. 3.1 – 3.6 bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra akkreditə vəsiqələri 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:

3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzv­lərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsa­sında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərə­findən təhvil alınması mümkündür.

3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;

3.7.3. Diplomatik nümayəndəliyin xidmətçi personalına, heyətinin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlara, üçüncü dövlət­lərin vətəndaşlarına məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır;

3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır.

  1. Vəsiqələrin qaytarılması

4.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin Azər­baycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus akkreditə vəsiqəsi aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır:

4.1.1. Verbal nota;

Verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.

4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüs­xədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).

4.2. Akkreditə vəsiqələri Nazirliyə qaytarılmadığı təq­dirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxıl­mır.

 

Azərbaycan Respublikasında hərbi attaşelərin təyin olunmasına dair protokol təcrübəsi

Azərbaycan Respublikasında hərbi attaşelərin (hərbi, hərbi-hava, hərbi-dəniz, polis və onların kömək­çiləri) təyin olunması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin təyinatına razılıq verilməsi  barədə notanın göndərilməsi vasitəsilə həyata keçirilir. Notada  hərbi attaşenin adı, soyadı, hərbi rütbəsi və  iqamətgahı barədə məlumat gös­tərilməlidir. Notaya hərbi attaşenin təfsilatlı (ixtisarsız) tərcümeyi-halı əlavə olunur. Tər­cümeyi-halda təhsili, hansı hərbi vəzifələrdə çalışdığı, xarici dillərin bilməsi və ailə vəziyyəti barədə ətraflı məlu­mat qeyd olunmalıdır.

Azərbaycan Respublikasında hərbi attaşenin təyin olunmasına razılıq  ümumi qəbul olunmuş  beynəlxalq normalara və mövcud diplomatik təcrübəyə uyğun olaraq həyata keçirilir. Razılığın verilmə müddəti qarşılıqlılıq prinsipi əsasında müəyyən edilir.

Hərbi attaşenin təyin olunmasına  razılıq alındıqdan sonra hərbi attaşe bu vəzifəyə təyin olunmuş hesab edilir. Razılıq alındıqdan sonra, akkreditə edən tərəf  Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin akkreditə edilməsi xahişi  barədə nota göndərir. 

 

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən istifadə edilən peyk və radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılması və istismarı Qaydaları

  1. Ümumi müddəalar

Bu qaydalar, 18 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası”nın 27-ci maddəsinə, 24 aprel 1963-cü il tarixli “Konsulluq əlaqələri üzrə Vyana Konvensiyası”nın 35-ci maddəsinə, Azərbaycan Res­publikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Kon­vensiyasına qoşulması” və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Kon­vensiyasına qoşulması” barədə qərarlarına, Azər­baycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına və Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 01 fevral    2007-ci il tarixli 22 nöm­rəli Qərarına əsasən hazırlanmışdır.

Bu qaydalar Azərbaycan Respublikasının ərazi­sin­dəki xarici dövlətlərin diplomatik nümayəndəlikləri, kon­sul­luq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra - diplomatik nümayəndəliklər) tərəfindən istifadə edilən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasına gətirilib-aparılması, istifa­də­sinə icazə verilməsi, onların istifadəsi üçün radiotez­liklərin ayrılması və istismarına nəzarəti tənzimləyir.

Azərbaycan Respublikasının mövcud qanun­verici­liyinə əsasən, respublika ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə istifadə olunacaq radio­rabitə vasitələri üçün radiotezliklərin ayrılması Azər­baycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - XİN) müraciətinə əsasən Azərbaycan Res­pub­likasının Radio­tezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - RTDK) tərəfindən, radiorabitə vasi­tə­lərinin ölkəyə gətirilib-aparılmasına və istifadəsinə icazə verilməsi Azərbaycan Respublikasının Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərə­findən, qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət isə RİTN-in Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ) tərəfindən XİN-in vasitəsi ilə qarşılıqlı prinsip əsasında həyata keçirilir. 

  1. Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Res­pub­lika­sının ərazisinə gətirilib-aparılması, istifa­dəsinə icazə verilməsi

          Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respub­likasının ərazisinə gətirilməsi, istifadəsinə icazə veril­məsi,  ölkədən aparılması ilə əlaqədar diplomatik nüma­yəndəlik tərəfin­dən 21(iyirmi bir) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.   

Notada radiorabitə vasitələrinin növü, texniki göstəriciləri, markası, tezlik kanallarının sayı, təyinatı, ava­danlığın ölkə ərazisinə gətirilməsi və ya ölkədən aparıl­ması tarixi, gətirilməsi üçün istifadə olunacaq nəq­liyyat vasitəsi, təyinatı üzrə gömrük məntəqəsi və s. ba­rə­də ətraflı məlumatlar öz əksini tapmalıdır.

Peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması və istifa­də­si yalnız RİTN tərəfindən icazə verildikdən sonra, XİN-in diplomatik nümayəndəliyə verdiyi yazılı icazə əsasında həyata keçirilə bilər.

  1. Diplomatik nümayəndəliklər tərəfindən istifadə edilən və istifadəsi planlaşdırılan peyk və digər radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı

Peyk və digər radiorabitə vasitələrinin istifadəsi məqsədilə tezlik nominallarının ayrılması, qeydiyyatı və istismarına icazənin əldə olunması üçün diplomatik nümayəndəlik tərəfindən 15 (on beş) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.  Notada, nəzərdə tutulmuş şəbəkənin təyinatı, radiorabitə vasitələrinin növü, markası, tezlik kanallarının sayı, tezlik zolaqlarının eni, istifadə olunacaq texnologiyaların və avadanlıqların texniki göstəriciləri və s. barədə məlumatlar qeyd edilir və bu qaydaya əlavə olunmuş anket forması (Əlavə 3 və ya Əlavə 4) dol­durularaq notaya əlavə olunur.

Radiorabitə vasitələrinin istifadəsi üçün radio­tezliklərin ayrılması RTDK, qeydiyyat və tezliklərin istis­marına icazənin əldə olunması və konkret radiotezlik kanallarının ayrılması RİTN-in DRİ tərəfindən diplomatik nümayəndəliklər ilə  bağlanmış müqavilə əsasında hə­yata keçirilir. Konkret radiotezlik kanalları məşğul olduğu təqdirdə, onların əvəzinə digər radiotezlik kanalları təklif oluna bilər.

RİTN-in DRİ tərəfindən müqavilə, konkret radio­tezlik kanalının istifadəsi (şəhər, rayon və ya kon­kret ərazi göstərilməklə) və ödənişlərin aparılması barə­də məlu­matlar rəsmi olaraq XİN-ə göndərilir. Diplomatik nüma­yəndəliklər tərəfindən mövcud tariflərə (Əlavə 3) əsasən ödənişlər aparıldıqdan sonra, RİTN-in DRİ tərə­findən radiotezliyin və radiorabitə vasitələrinin istismarı rəsmi­ləşdirilərək şəhadətnamə formasında (Əlavə 4 və ya Əlavə 5) XİN-nə təqdim edilir. Şəhadət­namələr diplomatik nümayəndəliklər tərəfindən XİN-dən rəsmi olaraq təhvil alınır. Təqdim olunan şəhadətnamə 1 (bir) il müddətinə verilir və yalnız sülh şəraitində etibarlıdır.

Diplomatik nümayəndəliklər şəbəkəni onlara veril­miş icazə və DRİ ilə imzalanmış müqavilənin şərtləri əsasında təşkil etməlidirlər. Diplomatik nümayəndəlik tərəfindən radiotezliklərin istifadəsinə rəsmi olaraq icazənin alın­madığı və radiotezliklərdən istifadəyə görə ödə­nişlərin aparılmadığı təqdirdə həmin radiorabitə vasitə­lərinin istis­marı və tezliklərdən istifadə dayan­dırıla­raq,  radiotezliklər digər istifadəçilərə verilə bilər.

 

Azərbaycan Respublikasına təyin olunmuş və iqamətgahı Azərbaycan Respublikasında olan müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.), beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, baş konsulların (konsulların, vitse-konsulların, konsulluq agentlərinin) və fəxri konsulların Xarici İşlər Nazirliyində rəsmi təqdim olunmalarına dair protokol təcrübəsi

  1. a) Xarici dövlətin iqamətgahı Bakı şəhərində olan səfirliyinin (səfirliyin ofisinin) müvəqqəti işlər vəkillinin (charge d`affaires a.i.) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təm­sil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Res­publikasının Xarici İşlər Nazirliyinə ünvan­lanmış rəsmi nota əsasında həyata keçirilir.

          Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) Azər­bay­can Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azər­baycan Respublikasında artıq fəaliyyət göstərən sə­fi­rliyin əməkdaşı iki aydan artıq müddət üçün müvəq­qəti işlər vəkili təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazir­liyi­nin Dövlət Protokolu İdarəsinə müraciət olun­ma­lıdır. Gö­rüş zamanı təyinat barədə təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Res­pub­li­ka­sı­nın Xarici İşlər Nazir­liyinə ünvanlanmış rəsmi nota müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) tərəfindən Dövlət Proto­kolu İdarə­sinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təq­dim olunur. 

  1. b) Beynəlxalq təşkilatın nümayəndəliyinin rəh­bərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyində rəsmi təqdim olunması məhz təmsil etdiyi bey­nəlxalq təş­kilatın rəhbəri tərəfindən Azərbaycan Res­publikasının rəh­bərliyinə ünvanlanmış təyinat mək­tubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azər­baycan Respub­lika­sının Xarici İşlər Nazirliyinə ünvan­lanmış rəsmi nota əsasında həyata keçirilir.

          Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri Azər­­­baycan Respublikasına gəldiyi və yaxud təyin olun­du­­ğu (Azərbaycan Respublikasında artıq fəaliyyət gös­­tərən beynəlxalq təşkilatların nümayəndəliyinin əmək­­­daşı rəhbər təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ər­zində mütləq qaydada görüş üçün Xarici İşlər Nazir­liyi­nin Döv­lət Pro­to­kolu İdarəsinə müraciət olun­malıdır. Gö­rüş zamanı təyinat barədə beynəlxalq təş­ki­latın rəh­bəri tərə­fin­dən Azər­baycan Respublikasının rəhbərliyinə ün­van­lan­mış təyinat məktubu və yaxud həmin beynəlxalq təş­kilat tərəfindən Azərbaycan Res­publikasının Xarici İşlər Nazir­liyinə ünvan­lanmış rəsmi nota beynəlxalq təşkilatın nüma­yəndəliyinin rəhbəri tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunmalıdır.  

          Beynəlxalq təşkilatların nümayəndəliklərinə mü­vəq­qəti işlər vəkillərinin (charge d`affaires a.i.) təyin olun­ması yuxarıdakı (a) bəndində göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir.

  1. c) Xarici dövlətin Azərbaycan Respublikasında yer­lə­şən Baş konsulluğunun (Konsulluğun, Vitse-konsul­luğun, Kon­sulluq agentliyinin) rəhbərinin Azərbaycan Res­pub­li­ka­sı­­nın Xarici İşlər Nazirliyində rəsmi təqdim olun­ması təm­sil et­diyi ölkənin konsulluq patenti (əhatə etdiyi kon­sulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsa­sında həyata keçirilir.

          Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Kon­­sulluq agentliyinin) rəhbəri Azərbaycan Res­pub­lika­sına gəldiyi tarixdən 10 iş günü ərzində mütləq qay­dada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­si­nə müraciət olunmalıdır. Görüş zamanı konsulluq pa­tenti yeni təyin olunmuş Baş konsul (konsul, vitse-kon­sul, kon­sul agenti) tərəfindən Dövlət Protokolu İdarə­sinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

  1. d) Xarici dövlətin Azərbaycan Respublikasındakı Fəxri konsulunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.

          Fəxri konsul Azərbaycan Respublikasına gəldik­dən və yaxud təyin olunduqdan 10 iş günü ərzində mütləq qay­dada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı kon­sul­luq patenti yeni təyin olunmuş Fəxri konsul tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

  1. e) Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.), bey­nəl­xalq təşkilatın nümayəndəliyinin rəhbəri, Baş kon­sulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri, Fəxri konsul funksiyalarını bitirdiyi və ya ezamiyyət (təyinat) müddəti bitdiyi zaman mütləq qay­da­da Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin rəisi və ya onu əvəz edən şəxs və Xarici İşlər Nazir­liyi­nin müvafiq idarəsinin rəisi və ya onu əvəz edən şəxs ilə vida görüşü keçirməlidir.

 

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən daşınmaz əmlakın alınması və icarəyə götürülməsinədair

          Azərbaycan Respublikasının ərazisindəki dip­lo­ma­­tik nümayəndəlik, konsulluq və beynəlxalq təş­kilatların nümayəndəlikləri (bundan sonra diplomatik nüma­yən­dəliklər) tərəfindən həmin diplomatik nüma­yən­dəliklərin inzibati binalarının yerləşdirilməsi məqsədilə daşınmaz əmlakın (binaların, sahələrin və ərazilərin) alın­ması və icarəyə götürülməsiaşağıdakı qaydada hə­yata keçirilir:

  1. a) Azərbaycan Respublikasında mövcud olan Qanun­vericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlılıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər.
  2. b) Azərbaycan Respublikasının ərazisindəki dip­lo­matik nümayəndəliklər tərəfindən həmin diplomatik nüma­yəndəliklər tərəfindən binaların (o cümlədən ofis, mənzil və s.) alınması qarşılıqlılıq prinsipi əsasında Azər­baycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi ica­zəsinə uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən alınması nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinə təqdim olunmalıdır:

 - Binanın(ofis,mənzil və s.) dəqiq ünvanı;

 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;

 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşın­maz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;

 - Digər sənədlər (ehtiyac yaranarsa).

  1. c) Azərbaycan Respublikasının ərazisindəki dip­lomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının (səfirlik və ya nüma­yəndəlik, konsulluq, mədəniyyət mərkəzi, ticarət nüma­yəndəliyi və s.) və diplomatik nümayəndəliklərin baş­çılarının iqamətgahlarının yerləşdirilməsi məqsədilə binaların (o cümlədən ofis, mənzil və s.) icarəyə götü­rülməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bununla əlaqədar dip­lomatik nüma­yən­dəliklər tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlu­mat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:

 - Binanın (ofis, mənzil və s.) dəqiq ünvanı;

 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;

 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;

 - Digər sənədlər (ehtiyac yaranarsa).

  1. d) İçəri Şəhərin tarixi-memarlıq qoruğu olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən İçəri Şəhərdə hər hansı daşınmaz əmlakın alınması və yaxud icarəyə götürülməsi məsələsi Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır.

 

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının və fəxri konsulların Azərbaycan Respublikasının ərazisində hərəkət etmələrinə dair

Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­lo­­­matik nümayəndəlik, konsulluq və beynəlxalq təş­ki­lat­la­rın nümayəndəliklərinin (bundan sonra – dip­lo­matik nü­­ma­­yən­dəliklər) əməkdaşları, onların ailə üzvləri və fəx­ri kon­­sul­lar Ermənistan tərəfindən Azərbaycan Res­pub­li­ka­sı­nın işğal olunmuş əraziləri və Azərbaycan və Ermə­nis­tan si­lahlı qüvvələrinin təmas xətti boyu bölgələr istis­na ol­maq­la, Azərbaycan Respublikasının bütün əra­zi­sin­də qar­şı­lıq­lı­lıq prinsipi əsasında sərbəst hərəkət etmə imka­nına malik­dirlər. 

   Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­­­lomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzv­­­ləri və fəxri konsullar sərhəd bölgələrinə səfər edər­kən onlar tərəfindən öncədən Azərbaycan Res­publikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə məs­lə­hət­ləş­mə­lərin aparılması tövsiyyə olunur.   

   Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­lomatik nümayəndəliklərin əməkdaşları və fəxri kon­sul­lar rəsmi görüşlər keçirmək və yaxud rəsmi tədbir­lər­də iş­ti­­rak etmək məqsədilə Azərbaycan Res­publika­sı­nın hər han­sı bir bölgəsinə səfər edərkən, yerli idarə­etmə orqan­la­­­rı­­nın nümayəndələri ilə rəsmi görüş­lərin təşkil olunması üçün nəzərdə tutulmuş səfərdən 7 iş günü əvvəl Azər­bay­can Respublikası Xarici İşlər Nazir­liyi­nin Dövlət Proto­kolu İdarə­sinə nota ilə yazılı müraciət olun­ma­lıdır.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana səfər edən xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlərin səfərlərinin təşkilinə dair qəbul olunmuş protokol təcrübəsi

  1. Xarici işlər nazirlərinin başçılığı ilə səfər edən nümayəndə heyətləri

          1.1. Rəsmi səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Səfərin proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzə­rə alınır.

          Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarə­sinin rəisi və ya rəis müavini, Azərbaycan Res­publikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili), həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­si­nin əməkdaşları iştirak edir.

          Qeyd: Azərbaycan Respublikasının səfiri və ya müvəq­qəti işlər vəkili səfərdə cənab Nazirin razılığı ilə iştirak edə bilər.

          Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Azərbaycan Respublikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili) və ya Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini (şöbə müdiri) və Dövlət Protokolu İdarəsinin əməkdaşları müşayiət edir.

          Görüşlərin formatı - Səfər edən nümayəndə heyət­­­lərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:

          - Azərbaycan Respublikasının Prezidenti ilə görü­şün formatı - Prezidentin Protokol Xidməti ilə razı­laş­dırılır;

          - Azərbaycan Respublikasının Baş Naziri ilə görü­şün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­to­kolu İdarəsi ilə razılaşdırılır.

          Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­matda keçirilə bilər.

          Əklil qoyulması mərasimi - Səfərlərin proq­ramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyul­ması mərasimləri mütləq qaydada daxil olunur. Azər­baycan tərəfindən həmin mərasimlər üçün Milli Qvar­diyanın fəxri qarovul ayrılır.

          Qeyd: Əklillərin sifarişi səfər edən nümayəndə heyət­­lərinin hesabına təmin olunur.

          Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkə­nin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mət­buat konfransı təşkil oluna bilər.

          Rəsmi ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonağın şərəfinə rəsmi ziyafət qar­şılıqlı prinsip əsasında verilir. Rəsmi ziyafət olaraq ya rəsmi nahar, ya da rəsmi şam yeməyi təşkil olunur.

          Qeyd: Rəsmi ziyafətdə qarşı tərəf maksimum 1+9 nəfər formatında (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) iştirak edə bilər.

           Bölgələrə səfər - Qarşı tərəfin xahişi ilə nüma­yəndə heyətinin Azərbaycan Respublikasının bölgələrinə səfəri təşkil oluna bilər.

          Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bay­rağı hava limanındakı VİP salonun qarşısında, Xarici İşlər Nazirliyinin binasının qarşısında, Xarici İşlər Nazir­liyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avto­mobildə yerləşdirilir.

          VİP salonundan istifadə - Nümayəndə heyət­lərinin VİP salonundan qarşılanıbyola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olu­nur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salo­nundan istifadəsi təmin olunmur.

          Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

          Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda nəqliyyat vasitələri ilə təmin olunur. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əmək­daşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

          Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələ­sinə baxıla bilər.

          Yaşayış və iaşə xərcləri - Nümayəndə heyət­lərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Res­pub­likası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilir. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə müna­sibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.

          Hədiyyələrin verilməsi - Səfər zamanı qarşılılıq prinsip əsasında nümayəndə heyətinin başçısına və rəs­mi heyətin 4 nəfərə qədər üzvünə XİN tərəfindən hədiy­yələr verilə bilər.

          Qeyd: Səfər zamanı bütün hədiyyələrin müba­diləsi Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi vasitəsilə həyata keçirilir.

          Həyat yoldaşının müşayiəti - Nümayəndə heyəti­nin başçısı səfər zamanı həyat yoldaşı tərəfindən müşayiət olunduğu təqdirdə, qarşı tərəfin xahişinə uyqun olaraq həyat yoldaşı üçün xüsusi proqram hazırlana bilər.

          Qeyd: Həyat yoldaşı üçün proqramı üzrə avtomaşın ayrılır və o, Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İda­rə­sinin əməkdaşı tərəfindən müşayiət olunur.

             1.2. İşgüzar səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qu­rum­ları tərəfindən xarici nümayəndə heyətləri qəbul edil­mir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzə­rə alınır.

          Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin əməkdaşları iştirak edir.

          Qeyd: Azərbaycan Respublikasının səfiri və ya mü­vəq­qəti işlər vəkili səfərdə vacib olduğu təqdirdə (cənab Nazirin razılığı ilə) iştirak edə bilər.

          Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əmək­daşları müşayiət edir.

          Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:

          - Azərbaycan Respublikasının Prezidenti ilə görü­şün formatı - Prezidentin Protokol Xidməti ilə razı­laş­dırılır;

          - Azərbaycan Respublikasının Baş Naziri ilə görü­şün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görü­şün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

          - Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi ilə razılaşdırılır.

          Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­matda keçirilə bilər.

          Əklil qoyulması mərasimi - Qarşı tərəfin xahişi ilə səfərlərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşı­sına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyulması mərasimləri daxil edilə bilər.

          Qeyd: Azərbaycan tərəfindən həmin mərasimlər üçün Milli Qvardiyanın fəxri qarovul ayrıla bilər. Əklillərin sifa­rişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olu­nur.

          Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.

          İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

          Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bay­rağı Xarici İşlər Nazirliyində geniş tərkibdə danışıq­ların keçirildiyi salonda, səfər edən nazirə xidmət gös­tərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.

          VİP salonundan istifadə - Nümayəndə heyət­lərinin VİP salonundan qarşılanıbyola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olu­nur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azər­baycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salo­nundan istifadəsini təmin edir. Nümayəndə heyətinin baş­çı­sından ayrıca səfər edən nümayəndə heyətinin üzv­ləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nüma­yəndələrinin VİP salonundan istifadəsi təmin olun­mur.

          Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yən­də heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

          Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən yalnız 1 avtomobil ilə təmin oluna bilər. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əmək­daşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

          Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələ­sinə baxıla bilər.

          Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+2 formatda (mühafizə və mətbuat nüma­yən­dələri istisna olmaqla) Azərbaycan Res­pub­likası Pre­zi­den­tinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə müna­sibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.

          Qeyd: Hər hansı bir dövlətin xarici işlər naziri Azər­baycan Respublikasına beynəlxalq təşkilatın (ATƏT, Avropa İttifaqı, Avropa Şurası və s.) fəaliyyətdə olan sədri və ya nümayəndəsi qismində səfər etdiyi təqdirdə yaşayış və iaşə xərcləri ödənilmir.

          Hədiyyələrin verilməsi - Səfər zamanı hədiy­yə­lərin qarşılıqlı mübadiləsi bir qayda olaraq nəzərdə tutul­mur.

          1.3. Tranzit səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurum­ları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkə­dəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.

          Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nü­mayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azər­­baycan Respublikasına vizaların həmin ölkələrdəki dip­­­lomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azər­baycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları iştirak edir.

          Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əmək­daşları müşayiət edir.

          Görüşlərin təşkili - Qarşı tərəfin xahişi ilə nümayəndə heyətinin görüşləri təşkil oluna bilər. Səfər edən nümayəndə heyətlərinin görüşlərdə iştirak formatı Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərə­findən müəyyən olunur.

          Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.

          İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

          Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.

          VİP salonundan istifadə - Nümayəndə heyət­lə­rinin VİP salonundan qarşılanıbyola salınması Azər­bay­can tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nüma­yəndə heyətinin başçısından ayrıca səfər edən nüma­yəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salo­nundan istifadəsi təmin olunmur.

          Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yən­də heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

          Nəqliyyat təminatı - Nümayəndə heyətləri üçün bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən yalnız 1 avtomobil ayrıla bilər. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əməkdaşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

          Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsə­ləsinə baxıla bilər.

          1.4. Azərbaycan Respublikasında keçirilən bey­nəlxalq tədbir və konfranslarda iştirak məqsədilə səfər

          Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razı­laşdırılır.

          Proqramın tərtib edilməsi - Proqram tədbirin və ya konfransın proqramına uyğun olaraq tərtib edilir.

          Qeyd: Proqramdan əlavə görüşlərin təşkilinə qarşı tərəfin ayrıca müraciəti əsasında baxılır.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən on iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.

          Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət edir.

          Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.

          VİP salonundan istifadə - Nümayəndə heyət­lə­ri­nin VİP salonundan qarşılanıbyola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzv­ləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olun­mur.

          Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

          Nəqliyyat təminatı - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.

          Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələsinə baxıla bilər.

          Yaşayış və iaşə xərcləri - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.

          1.5. Şəxsi səfər

          Şəxsi səfər zamanı qarşı tərəfin yazılı müraciətinə uyğun olaraq, xarici işlər naziri üçün mühafizənin ayrılması və VİP salonundan istifadə üçün sifarişin edil­məsi barədə məsələyə qarşılıqlı prinsip baxıla bilər.

  1. Xarici işlər nazirləri müavinlərinin başçılığı ilə səfər edən nümayəndə heyətləri

          Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurum­ları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəf­dən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nüma­yən­dəliyi­mizin töv­siyələri nəzərə alınır.

          Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında qarşılıqlı prinsip əsasında, Azərbaycan tərə­findən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nüma­yəndəsi iştirak edə bilər.

          Müşayiət edən şəxslər - Bir qayda olaraq, nümayəndə heyətlərinin müşayiət edilməsində qarşılıqlı prinsip əsasında, Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nümayəndəsi səviy­yəsində müşayiət oluna bilər.

          Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, öncədən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılır.

          Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­mat­da keçirilə bilər.

          Gül dəstələrinin qoyulması mərasimi - Qarşı tərəfin xahişi ilə səfərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına gül dəstələrinin qoyulması mərasimləri daxil edilə bilər.

          Qeyd: Gül dəstələrinin sifarişi səfər edən nüma­yən­də heyətlərinin hesabına təmin olunur.

          Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə birgə mətbuat konfransı təşkil oluna bilər.

          İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

          Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+4 nəfər formatında (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) iştirak edə bilər.

          VİP salonundan istifadə - Nümayəndə heyət­ləri­nin VİP salonundan qarşılanıb yola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında, ödənişsiz əsasla 1+2 formatında təmin olunur. Nümayəndə heyətinin basic­sın­dan ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nüma­yəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.

          Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yən­də heyətinə Xarici İşlər Nazirİ tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

          Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1 nəqliyyat vasitəsi ilə təmin oluna bilər.

          Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.

          Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+2 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Res­pub­likası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərclərindən məhz səhər yeməyi Azərbaycan tərəfindən ödənilir.

          Hədiyyələrin verilməsi - Səfər zamanı qarşılılıq prinsip əsasında nümayəndə heyətinin başçısına XİN tərəfindən hədiyyə verilə bilər.

  1. Xarici işlər nazirliklərinin nümayəndə heyət­lərinin (departament, idarə və şöbə müdirləri səviy­yəsində) səfərləri

          Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəf­dən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nüma­yəndəli­yi­mizin tövsiyələri nəzərə alınır.

          Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

          Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında qarşılıqlı prinsip əsasında, Azərbaycan tərə­findən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nüma­yəndəsi iştirak edə bilər.

          Görüşlərin formatı - Səfər edən nümayəndə heyət­lərinin görüşlərdə iştirak formatı bir qayda olaraq, öncə­dən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razı­laş­dırılır.

          Qeyd: Görüşlər nümayəndə heyətinin səviyyəsinə müvafiq olaraq təşkil edilir.

          İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

          Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+2 nəfər formatında iştirak edə bilər.

          VİP salonundan istifadə - Nümayəndə heyət­lərinin ödənişsiz əsasla VİP salonundan qarşılanıb-yola salınması Azərbaycan tərəfindən yalnız qarşılıqlı prinsip əsasında təmin oluna bilər.

          Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1 nəqliyyat vasitəsi ilə təmin oluna bilər.

          Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.

          Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, yalnız qarşılıqlı prinsip əsasında Azər­bay­can tərəfindən Azərbaycan Respublikası Prezidenti­nin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərc­lərin­dən məhz səhər yeməyi Azərbaycan tərəfindən ödənilir.

  1. Beynəlxalq təşkilatların nümayəndə heyət­ləri­nin səfərləri

          Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin təşkilatdakı nümayəndəliyimizin töv­siyə­ləri nəzərə alınır.

          Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.

          Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azər­baycan Respublikasına vizaların diplomatik nüma­yəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.

          Qarşılanma və yola salınma - Nümayəndə heyə­tinə təşkilatın rəhbəri və ya onun müavinləri başçılıq etdiyi təqdirdə bir qayda olaraq, qarşılanıb və yola salınmada Azərbaycan tərəfindən Azərbaycan Res­publikasının həmin beynəlxalq təşkilat yanındakı nüma­yəndəsi və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin əməkdaşı iştirak edə bilər.

          Qeyd: BMT, İKT, NATO, MDB, ƏDL və digər bey­nəlxalq təşkilatların başçıları Azərbaycana səfər edərkən onların qarşılanıb-yola salınmasında iştirak edəcək rəs­milərin səviyyəsi XİN-in rəhbərliyi tərəfindən fərdi qaydada təyin olunur. Azərbaycan Respublikasının həmin bey­nəlxalq təşkilat yanındakı nümayəndəsi səfər­də cənab Nazirin razılığı ilə iştirak edə bilər.

          Müşayiət edən şəxslər - Nümayəndə heyətinə təşkilatın rəhbəri başçılıq etdiyi təqdirdə bir qayda olaraq, Azərbaycan tərəfindən Azərbaycan Res­pub­likasının həmin beynəlxalq təşkilat yanındakı nüma­yən­dəsi və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin əməkdaşı tərəfindən müşayiət oluna bilər.

          Görüşlərin formatı - Səfər edən nümayəndə heyət­lə­ri­nin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, öncədən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razılaş­dırılır.

            Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­mat­da keçirilə bilər.

            Əklil (gül dəstəsi) qoyulması mərasimi - Səfərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin (gül dəstələrinin) qoyulması mərasimləri daxil edilə bilər.

          Qeyd: Əklillərin (gül dəstələrinin) sifarişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olunur.

          Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında mət­buat konfransı təşkil oluna bilər.

          Ziyafət - Beynəlxalq təşkilatların başçılarının şərə­finə bir qayda olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından nahar və ya şam yeməyi təşkil oluna bilər.

          Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+4 nəfər formatında iştirak edə bilər.

          Bayraqların yerləşdirilməsi - Beynəlxalq təşkilatın bayrağı hava limanındakı VİP salonun qarşısında, Xarici İşlər Nazirliyinin binasının qarşısında, Xarici İşlər Nazir­liyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avto­mobil­də yerləşdirilə bilər.

          Qeyd: Bayraqların yerləşdirilməsinə dair qərar Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərə­fin­dən fərdi qaydada qəbul olunur.

          VİP salonundan istifadə - Nümayəndə heyətinə beynəlxalq təşkilatın rəhbəri və ya onun müavinləri baş­çı­lıq etdiyi təqdirdə bir qayda olaraq, VİP salonundan qar­­şılanıb yola salınma ödənişsiz əsasla 1+4 formatında təmin olunur. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri və mətbuat nü­ma­yəndələrinin VİP salonundan istifadəsi təmin olun­mur.

          Qeyd: Beynəlxalq təşkilatların digər nümayəndə he­yətlərinin VİP salonundan qarşılanıb-yola salınması ödə­nişsiz əsasda təmin olunmur.

          Nəqliyyat təminatı - Azərbaycan tərəfindən bir qayda olaraq, səfər zamanı məhz beynəlxalq təşkilatın rəhbəri üçün 1 nəqliyyat vasitəsi ayrıla bilər.

          Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasi­tələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.

          Yaşayış və iaşə xərcləri - Azərbaycan tərəfindən bir qayda olaraq, səfər zamanı məhz beynəlxalq təş­kilatın rəhbərinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri təmin oluna bilər.

          Hədiyyələrin verilməsi - Səfər zamanı nümayəndə heyətinin başçısına XİN tərəfindən hədiyyə verilə bilər.

  1. Eyni zamanda akkreditə olunmuş səfirlərin səfərləri

          Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razı­laş­dırılır.

          Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

          Proqramın tərtib edilməsi - Etimadnamələrini təqdim etmək məqsədilə səfirlərin ölkəyə səfəri zamanı onların Azərbaycan Respublikasının Prezidenti, Xarici İşlər Naziri və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­si­nin rəisi ilə görüşləri təşkil olunur. Digər görüşlər məhz səfirlər tərəfindən etimadnamələrinin Azərbaycan Respub­likasının Prezidentinə təqdim edilməsindən sonra təşkil oluna bilər. Səfirlərin sonrakı səfərlərinin proqramı Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsi tərəfindən hazırlanır.

          Qeyd: Görüşlərin təşkili qarşılıqlı prinsiplər əsa­sın­da həyata keçirilir.

          Nümayəndə heyətinin siyahısı - Səfirləri müşayiət edəcək şəxslərin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.

          Qeyd: Azərbaycan Respublikasına vizaların öncə­dən həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.

          Qarşılanma və yola salınma - Etimadnamələrini təqdim etmək məqsədilə səfirlərin ölkəyə səfəri zamanı bir qayda olaraq, onların qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin nümayəndəsi iştirak edir.

          Qeyd: Səfirlərin sonrakı səfəri zamanı onların Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən qarşılanıb-yola salınması nəzərdə tutulmur.

          Gül dəstəsi qoyulması mərasimi – Etimad­namə­lərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsindən sonra səfirlər tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulur.

          Bayraqların yerləşdirilməsi - Bayraq, etimad­na­mələrin Azərbaycan Respublikasının Prezidentinə təq­dim edilməsindən məhz sonra avtomobildə yerləş­dirilə bilər.

          Qeyd: Bayraqlar səfər edən səfirlər tərəfindən təmin olunur.

          VİP salonundan istifadə - Səfirlər, məhz etimad­namələrini Azərbaycan Respublikasının Prezi­denti­nə təq­dim edilməsi məqsədilə ölkəyə səfər edərkən VİP salonundan qarşılanıb-yola salınır.

          Qeyd: Sonrakı səfərlər zamanı səfirlərin VİP salo­nun­dan istifadəsi qarşılıqlı prinsip əsasında həyata keçirilə bilər.

          Nəqliyyat təminatı - Etimadnamələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi məqsədilə ölkəyə səfər səfirlər Azərbaycan tərəfindən 1 avtomobil (maksimum 2 nəfər sərnişin üçün) ilə təmin olunur. Səfirlər həmin avtomobilin xidmətlərindən məhz onların hava limanından mehmanxanaya gətirilməsi, etimad­namələrinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi mərasimi, mehmanxanadan hava lima­nına aparılması zamanı istifadə edə bilərlər.

          Qeyd: Digər görüşlər və səfərlər üçün, eyni zaman­da əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitə­silə sifariş oluna bilər.

          Yaşayış xərcləri - Bir qayda olaraq, Azərbaycan tərəfindən ödənilmir. Səfər edən tərəfin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə öncədən gön­dərilmiş yazılı müraciəti əsasında Azərbaycan Res­publikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) və ya digər mehmanxanalarda otaqlar sifariş oluna bilər.

 

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının hava limanlarında diplomatik poçtun və konsulluq valizasının qəbulu və göndərilməsi Qaydaları

          Bu qaydalar 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr üzrə Vyana Konvensiyasının 27-ci və 40-cı mad­­dələrinə, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri üzrə Vyana Konvensiyasının 35-ci maddəsinə, Mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorun­ma­sı üçün təhlükəsizlik üzrə rəhbərliyin (İCAO.DOC.8973) 4.4.2-4.4.7-ci maddələrinə və həmin sənədə 35-ci əlavənin müddəalarına, 24 iyun 2005-ci il tarixli 944-IIQ nömrəli “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə, Azər­baycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə qərarlarına əsasən işlənib hazırlanmışdır.

  1. a) Ümumi müddəalar

          Azərbaycan Respublikasının mülki aviasiya aero­portlarında diplomatik poçtu və konsulluq valizasını (bundan sonra diplomatik poçt) göndərərkən və qəbul edərkən təhlükəsizlik məqsədi ilə keçirilən tədbirlərə nəzarətin təmin olunma prosedurları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan Aviasiya Təhlükəsizlik İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinə) həvalə olunur.

          Azərbaycan Respublikasının ərazisindəki diplo­matik nümayəndəlik, konsulluq və beynəlxalq təş­kilat­ların nümayəndəlikləri (bundan sonra diplomatik nüma­yən­dəliklər) tərəfindən diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.

          Diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi məqsədi ilə Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarə­sinə) rəsmi nota ilə müraciət olunur.

          Notada diplomatik poçtu göndərən və ya qəbul edən tərəfin nümayəndəsi haqqında ətraflı məlumatın (adı, soyadı, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsinin surəti, əlaqə telefonu), reysin nömrəsinin, marşrutun, enmə və qalxma saatlarının, poçtun çəkisinin, neçə yerdən ibarət olmasının, aviaşirkət tərəfindən verilmiş qaimə nömrəsi­nin (diplomatik poçtun qeydiyyat nömrəsinin və ya möhürün nömrəsinin) qeyd edilməsi zəruridir.

          Notanın əsli 3 (üç) iş günü əvvəl Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinə (Naxçıvan Muxtar Res­pub­likasında - Azərbaycan Respublikası Xarici İşlər Nazir­liyinin Naxçıvan Muxtar Respublikasındakı İdarə­sinə) təqdim olunmalıdır. Dövlət Protokolu İdarəsi (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Res­pub­likası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Res­pub­lika­sındakı İdarəsi), öz növbəsində 24 saatdan gec olma­yaraq diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (Naxçıvan Muxtar Res­pub­likasında - Naxçıvan Beynəlxalq Hava Limanına) və müvafiq Gömrük orqanlarına rəsmi məlumat göndərir.

          Diplomatik poçtu göndərən və ya qəbul edən diplo­matik nümayəndəliklər diplomatik poçtun gön­dərilməsi (qəbul edilməsi) barədə notanın surətini diplomatik poçt daşıyan hava gəmisinin qalxmasından (enməsindən) ən azı 3 (üç) saat əvvəl “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təh­lükəsizlik İdarəsinə (Naxçıvan Muxtar Res­publikasında - Naxçıvan Bey­nəl­xalq Hava Limanının Aviasiya Təh­lükəsizlik Xidmətinə) təqdim etməlidirlər.

          Diplomatik poçtun qanunsuz müdaxilədən müha­fizəsi təhlükəsizlik əməkdaşları tərəfindən təhlükəsizlik məqsədi ilə nəzarət tədbirlərinin tədbiq olunduğu andan hava gəmisinin uçuşuna və ya hava gəmisi uçub gəldik­dən sonra diplomatik kuryer tərəfindən onun alınmasına qədər həyata keçirilir.

           Diplomatik poçtu təşkil edən hər bir yerin üzərində onun xüsusiyyətlərini özündə əks etdirən xarici nişanlar olmalıdır.

          Diplomatik poçtun tərkibində yalnız rəsmi yazışma və ya rəsmi istifadə üçün nəzərdə tutulmuş əşyalar daxil ola bilər.

          “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiy­yətinin daxili qaydalarına əsasən, həmin şirkətin təy­yarələrində daşınan bir yer diplomatik poçtun (baqajın) maksimum çəkisi 45 kq-dan artıq olmamalıdır. Bir yer diplomatik poçtun (baqajın) çəkisi 45 kq-dan artıq olduq­da, bu daşınma müvafiq qaydada yük qismində həyata keçirilə bilər.

          Diplomatik poçtun çəkisi və ölçüləri hava limanının sərnişin terminalı vasitəsi ilə əl yükünün və baqajın daşınması üçün daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə cavab verərsə, bu zaman Azərbaycan Res­pub­likasının ərazisindəki diplomatik nümayəndəliklər tərə­findən göndərilən (qəbul edilən), onun xüsusiyyətlərini göstərən xarici əlamətlərə malik olan diplomatik poçt Beynəlxalq Hava Limanlarının rəsmi nümayəndə heyət­ləri salonu vasitəsi ilə göndərilir (qəbul edilir). Diplomatik poçtun çəkisi və ölçüləri daşıyıcı tərəfindən müəyyən edil­miş tələblərə uyğun gəlmədiyi halda, o, yalnız yük ter­minalı vasitəsi ilə göndərilir (qəbul edilir).

          Diplomatik poçt əl ilə baxışdan keçirilmədən aparılır və saxlanıla bilməz. Aviasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə onun rentgen şüalarından (XRay) keçirilməsi məsələsi qarşılıqlı prinsiplər əsasında, Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.

          Diplomatik poçtun içində rentgen şualarından zədələnə bilən və ya təhlükəli əşyaların olduğu təqdirdə, diplomatik nümayəndəlik tərəfindən Xarici İşlər Nazir­liyi­nin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Res­publikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarə­sinə) göndərilən notada əlavə olaraq bu barədə qeydlər aparılmalı, aviaşirkətə dəyə biləcək maddi ziyanın ödənil­məsi haqda zəmanət verməlidir.

          Bu halda diplomatik poçt rentgen şualarından keçi­rilmə prosedurundan müvafiq qaydada azad oluna bilər.

          Aviasiya təhlükəsizliyi üzrə baxışdan keçirilməmiş dip­lomatik poçtun hava gəmisində aparılması səbə­bindən aviaşirkətə dəymiş zərərin ödənilməsi mülki qaydada dip­lo­matik poçtu göndərən müvafiq diplomatik nümayəndəlik tərəfindən həyata keçirilir.

          Azərbaycan Respublikasının qanunlarına əsasən qadağan olunan və karantin normaları ilə tənzimlənən, hava gəmisində daşınması qadağan olunan əşyaların, məmulatların və ya avadanlıqların diplomatik poçtun tərkibində olmasına kifayət qədər əsaslar olduqda, diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinin iştirakı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) və Gömrük orqanlarının əməkdaşları diplomatik poçtun açılmasını təklif edə bilər. Təklif qəbul olunmadığı təqdirdə dip­lomatik poçt daşınmaya buraxılmır və açılmadan geri qaytarılır.

  1. b) Diplomatik poçtun diplomatik kuryer xidməti nümayəndələrinin müşayiətilə göndərilməsi və qəbul edilməsi

          Diplomatik poçtu müşayiət edən kuryer şəxsi toxu­nul­mazlığa malikdir və hər hansı formada olmasından asılı olmayaraq saxlanmalı deyil. Hava gəmisinə minik­dən əvvəl diplomatik poçtu müşayiət edən kuryer və onun əl yükü müəyyən olunmuş qaydada aviasiya təhlü­kəsizliyinə adi baxış prosedurlarından keçməlidir.

            Diplomatik kuryer xidmətinin nümayəndələri diplo­matik nümayəndəlik tərəfindən rəsmi nümayəndə heyətləri salonunda qarşılandığı və ya yola salındığı təqdirdə, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azər­bay­can Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) əvvəl­cədən nota ilə müraciət olunmalıdır. Nota­da, diplomatik nümayəndəliyin məsul əməkdaşının adı, soyadı, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsinin nömrəsi, nəq­liy­yat vasitəsinin dövlət qey­diyyat nişanları barədə məlumat öz əksini tapmalıdır.

          Diplomatik nümayəndəliyin əməkdaşı rəsmi nüma­yəndə heyətləri salonuna daxil olduğu zaman, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən ona veril­miş akkreditə vəsiqəsini təqdim etməlidir.

          Diplomatik poçt diplomatik kuryer xidməti nüma­yəndələrinin müşayiətilə göndərildiyi zaman, diplomatik poçtu müşayiət edən şəxs beynəlxalq hava limanlarının rəsmi nümayəndə heyətləri salonuna yaxınlaşır. Rəsmi nümayəndə heyətləri salonunda, diplomatik poçtu müşayiət edən şəxs pasportunu, aviabiletini, surquç­lanmış möhürün nömrəsini və yerlərin sayını əks etdirən diplomatik poçtu müşayiət edən sənədi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Res­pub­lika­sında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Aviasiya təhlükəsizliyi baxımından şəxsi baxış pro­sedurundan keçdikdən sonra hava gəmisinə daxil olur.

          Göndərilən diplomatik poçt, diplomatik kuryer qismində diplomatik nümayəndəliyin əməkdaşı tərə­fin­dən müşayiət olunduğu təqdirdə isə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlü­kəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respub­lika­sında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təh­lükəsizlik Xidmətinin) əməkdaşına yuxarıda sadalanan sənədlərlə birlikdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin əməkdaşa verilmiş akkreditə vəsiqəsi də təqdim olunmalıdır.

          Diplomatik kuryer xidməti nümayəndələri tərəfindən müşayiət olunan diplomatik poçt qəbul edildiyi zaman, diplomatik poçtu müşayiət edən şəxs beynəlxalq hava limanlarının rəsmi nümayəndə heyətləri salonuna dəvət olunur. Rəsmi nümayəndə heyətləri salonunda, dip­lomatik poçtu müşayiət edən şəxs pasportunu, avia­biletini, surquçlanmış möhürün nömrəsini və yerlərin sayını əks etdirən diplomatik poçtu müşayiət edən sənədi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əmək­daşına təqdim edir. Aviasiya təhlükəsizliyi baxımından şəxsi baxış prosedurundan keçdikdən sonra rəsmi nümayəndə heyətləri salonunu tərk edir. Qəbul edilən diplo­matik poçt, diplomatik kuryer qismində diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müşayiət olunduğu təqdirdə isə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əmək­daşına yuxarıda sadalanan sənədlərlə birlikdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin əməkdaşa verilmiş akkreditə vəsiqəsi də təqdim olunmalıdır.

  1. c) Diplomatik poçtun müşayiət edilmədən gön­dərilməsi və qəbul edilməsi

          Diplomatik poçtun diplomatik kuryer xidməti nüma­yəndələri tərəfindən müşayiət edilmədən daşınması aviadaşıyıcının yazılı razılığı əsasında və onun daşınma qaydalarına uyğun olaraq, hava gəmisinin kapitanına həvalə olunmaqla həyata keçirilə bilər. Hava gəmisinin kapitanına diplomatik poçtu təşkil edən yerlərin sayı qeyd olunmaqla rəsmi sənəd təqdim olunur, lakin o kur­yer hesab olunmur.

          Diplomatik poçt müşayiət edilmədən göndərildiyi və qəbul olunduğu zaman, diplomatik nümayəndəliyin nəqliyyat vasitəsinin rəsmi nümayəndə heyətləri salo­nuna yaxınlaşması məqsədilə, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Res­pub­lika­sında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi­nin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) gön­dərilən notada əlavə olaraq diplomatik nümayəndəliyin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat mütləq qeyd olunmalıdır.

          Diplomatik poçt müşayiət edilmədən göndərildiyi zaman, diplomatik poçtu göndərən diplomatik nüma­yəndəliyin səlahiyyətli nümayəndəsi pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və ona diplomatik poçtu göndərmək hüququ verən sənədi rəsmi nümayəndə heyətləri salonunda olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Sonra, şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı alır, Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşının müşayiəti ilə diplomatik poçtu göndərmək üçün hava gəmisinin bortuna yaxınlaşır, poçtu təhvil verdikdən sonra rəsmi nümayəndə heyətləri salonu vasitəsi ilə ərazini tərk edir.

          Müşayiət edilmədən göndərilmiş diplomatik poçt qəbul olunduğu zaman, diplomatik poçtu qəbul edən diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və ona diplomatik poçtu qəbul etmək hüququ verən sənədi rəsmi nümayəndə heyətləri salonunda olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Res­pub­lika­sında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu qəbul etmək üçün hava gəmisinin bortuna yaxınlaşır. Poçtu qəbul etdikdən sonra poçtla birlikdə rəsmi nümayəndə heyətləri salonu vasitəsi ilə ərazini tərk edir.

  1. d) Diplomatik poçtun yük terminalı ilə gön­dərilməsi və qəbul edilməsi

          Diplomatik poçt onun çəkisindən və ölçülərindən asılı olmayaraq yük qismində də göndərilə və ya qəbul oluna bilər. Bu halda həmin diplomatik poçt yalnız yük terminalı vasitəsilə göndərilir və yaxud qəbul olunur.

          Diplomatik poçt yük qismində göndərildiyi zaman, aviadaşıyıcı ilə razılaşdırmaqla və onun daşınma qaydalarına uyğun olaraq, diplomatik poçtu göndərən şəxs yük terminalında olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xid­mətinin) əməkdaşına pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və diplomatik poçtu göndərmək hüququ verən sənədi təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, həmin şəxs Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xid­mətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu göndərmək üçün yük terminalına təhvil verir. Poçtu təhvil verdikdən sonra yük terminalını tərk edir.

          Diplomatik poçt yük qismində qəbul edildiyi zaman, diplomatik poçtu qəbul edən şəxs yük terminalında olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və diplomatik poçtu qəbul etmək hüququ verən sənədi təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, həmin şəxs Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xid­mətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu qəbul etmək üçün yük terminalına daxil olur. Poçtu qəbul etdikdən sonra, yük terminalını tərk edir.

          Bu qaydada öz əksini tapmamış müddəalar Bey­nəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Konvensiyaya 17-ci Əlavədə qeyd olunmuşdur.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin sənədlərinin qəbul edilməsi qaydaları

          Azərbaycan Respublikasındakı bütün diplomatik nümayəndəliklər tərəfindən sənədlər rəsmi olaraq Azər­baycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinə təhvil verilməlidir.

          Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi tərəfindən sənədlər bayram və istirahət günləri istisna olmaqla, hər həftənin bazar ertəsi - cümə günləri saat 09.00 - dan 13.00 - dək qəbul olunur.

          Sənədlər təhvil verilərkən, diplomatik nüma­yən­dəliyin əməkdaşı Xarici işlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən ona verilmiş akkreditə vəsiqəsini Ümumi Katibliyin sənədləri qəbul edən əməkdaşına müt­ləq qaydada təqdim etməlidir. Azərbaycan Res­pub­lika­sının Xarici İşlər Nazirliyində akkreditə olunmayan şəxs­lər tərəfindən təqdim olunan sənədlər qəbul edilmir.

          Sənədlər qəbul edildikdən sonra, Ümumi Katibliyin əməkdaşı tərəfindən diplomatik nümayəndəliyin əmək­daşına sənədin qəbul olunduğu vaxt və tarix göstəril­məklə müvafiq qəbz təqdim olunur.

          Azərbaycan Respublikasındakı diplomatik nüma­yəndəliklər tərəfindən sənədlərin poçt-kuryer şirkətləri vasitəsilə göndərilməsi tövsiyyə olunmur.

          Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, həmçinin digər dövlət təşkilatları və idarələrə ünvan­lanmış sənədlər (notalar, məktublar, müraciətlər və s.) mütləq qaydada həmin sənədlərin Azərbaycan Res­publikasının dövlət dili - Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə birlikdə göndərilməlidir. Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi olmayan sənədlərə baxılmır və həmin sənədlər qəbul edilməyərək, geri qaytarılır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi ilə  əlaqə üçün məlumat:

Ünvan:  AZ1009, Bakı şəhəri, Ş.Qurbanov küç., 4

Telefon: + 994 (12) 5969118, + 994 (12) 5969157

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iş vaxtı və Azərbaycan Respublikasında qeyri-iş günləri barədə məlumat

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin iş vaxtı:

Həftənin bazar ertəsi - cümə günləri, saat 09.00 - 18.00.

Nahar fasiləsi: saat 13.00 - 14.00.

 İsti­ra­hət günləri: şənbə və bazar günləri.

Azərbaycan Respublikasında qeyri-iş günləri aşağı­dakı­lardır:

1-2 yanvar - Yeni il

20 yanvar - Milli Matəm günü

8 mart - Beynəlxalq Qadınlar günü

20-21 mart - Novruz Bayramı

9 may  - Faşizm üzərində Qələbə günü

28 may - Respublika günü

15 iyun - Milli Qurtuluş günü

26 iyun - Silahlı Qüvvələr günü

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü 

- Ramazan bayramı (2 gün)*

- Qurban bayramı (2 gün)*

* Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.

          Bayram günləri istirahət günlərinə təsadüf etdiyi təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramdan sonrakı iş günləri qeyri-iş günləri elan oluna bilər.

Azərbaycan Respublikasının əsas milli bayramı 28 may - Respublika günüdür (1918 - ci il).

          İstirahət və bayram günləri Azərbaycan Res­pub­likasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyət­ləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir. Həmin günlərdə diplomatik nümayəndəliklər tərə­findən rəs­mi qəbulların və ya tədbirlərin keçirilməsi tövsiyyə edil­mir.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazənın verilməsi qaydaları

Azərbaycan Respublikasında fəaliyyət göstərən dip­­lomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın sax­lanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəha­dətnamənin verilməsi yalnız müstəsna hallarda Azər­baycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə yol verilir.

Yalnız həyat və sağlamlığı üçün real təhlükə yara­nan zaman özünümüdafiə məqsədilə diplomatik nüma­­yəndəliklərin üzvlərinə xidməti silahın sax­lanıl­masına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə (şəha­dətnamə) verilə bilər.

Diplomatik nümayəndəliklərin üzvlərinə xidməti sila­hın saxlanılmasına və təyinatı üzrə istifadə edil­məsinə şəhadətnamə qarşılıqlı prinsiplər əsasında verilir.

Diplomatik nümayəndəliyin vəzifəli şəxslərinin qo­run­­ması üçün onların cangüdənlərinə xidməti silah veril­mir.

İcazənin əldə olunması üçün diplomatk nüma­yən­dəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazir­liyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada silahın növü, çapı, nömrəsi göstərilməli və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən silahın sahibinə verilmiş akkreditə vəsiqəsinin surəti, həmin şəxsin 4x3 ölçülü 4 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.

Diplomatik nümayəndəliyin üzvünün həyat və sağlamlığı üçün yaranan real təhlükənin nədən ibarət olması əsaslandırılmalı və bir fakt  Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə ünvanlanmış müraciətdə öz əksini tapmalıdır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazir­li­yində akkreditə olunmayan şəxslərə icazənin verilməsi barədə müraciətə baxılmır.

İcazə, silah Azərbaycan Respublikasının ərazisinə gətirilənədək alınmalıdır.

 “Xidməti və mülki silah haqqında” Azərbaycan Res­­publikasının Qanununa əsasən həmin şəhadət­namənin etibarlılıq müddəti üç ildir. Diplomatik nüma­yəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə müvəqqəti və qısa­müd­dətli şəha­dət­namələr verilmir.

Diplomatik nümayəndəliyə və onun üzvlərinə məx­sus xidməti silah Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra 3 gün ərzində güllə-giliz nümu­nələri­nin götürülməsi məqsədilə Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.

İcazənin verilməsindən imtina edilərsə, həmin xid­məti silahın Azərbaycan Respublikasının ərazisinə gə­tiril­­mə­sinə və Azərbaycan Respublikasının ərazisində saxlanıl­ması və təyinatı üzrə istifadə edilməsinə yol veril­mir.

Diplomatik nümayəndəliyin üzvləri qanuni əsaslarla onlara məxsus, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnaməsi olan xidməti silahı yalnız özlərinin müdafiəsi məqsədilə Azərbaycan Res­pub­lika­sının qanunvericiliyinə uyğun tətbiq edə bilərlər.

Azərbaycan Respublikasının ərazisində xidməti sila­hın saxlanılmasına və təyinatı üzrə istifadə edil­məsinə xüsusi icazə (şəhadətnamə) verilən diplomatik nüma­yəndəliklərin üzvləri Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etmə­lidirlər.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin mühafizə şərtləri

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini Azər­baycan tərəfi aşağıdakı qaydada  təmin edir:

  1. a)Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin inzibati binalarının (ofislərin) təhlükəsizliyi qarşılıqlı prinsiplər əsasında ödənişsiz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Diplomatik nümayəndəlikləri mühafizə taboru tərəfindən mühafizə olunur.

Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərə­findən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir.

Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sis­temi, monitor və sanitar qovşaqları, eyni zamanda müha­fizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.

  1. b)Qarşılıqlı prinsiplər əsasında mühafizə olun­mayan diplomatik nümayəndəliklər Azərbaycan Res­publikası Daxili İşlər Nazirliyinin müvafiq polis idarələri tərəfindən post-patrul üsulu ilə mühafizə olunur.

Daimi polis postu ilə mühafizə olunmayan dip­lomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq idarəsi ilə müqavilə bağ­ladıqdan sonra ödənişli əsaslarla mühafizə oluna bilər.

Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərə­findən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edil­məlidir.

Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sis­temi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.

 

Azərbaycan Respublikasının hava məkanından və hava limanlarından istifadə üçün diplomatik icazələrin alınması qaydaları

  1. Xarici dövlətlərə məxsus mülki və hərbi hava gəmilərinin Azərbaycan Respublikasının hava məka­nın­dan uçuşu və hava limanlarında enməsi üçün birdəfəlik dip­lomatik icazələrin alınmasına dair verbal notalar şən­bə, bazar və Azərbaycan Respublikasının bayram günləri is­tisna olmaqla Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İda­rəsinə aşağıda göstərilən vaxt müddətlərinə uyğun gön­dərilməlidir:

- Liter və VİP əhəmiyyətli hava gəmilərinin uçuşu və enişi - 5 iş günü əvvəl

- Təhlükəli yük daşıyan və silahla təchiz olunmuş hərbi və mülki hava gəmilərinin hava məkanından istifadəsi - 14 iş günü əvvəl

- Təhlükəli və hərbi yük ilə yüklənmiş, həmçinin  döyüş, radiolokasiya və aerofotoçəkiliş avadanlığı ilə təc­hiz olunmuş, hərbi və mülki hava gəmilərinin uçuşu və enişi - 14 iş günü əvvəl

Notada təyyarənin növü, uçuşun məqsədi, tarix qeyd edilməli və uçuş üçün müvafiq qaydada dol­durul­muş bir ədəd anket notaya əlavə olunmalıdır. Qeyd olu­nan anketə əsas sərnişinlərin siyahısı, yüklərin növü və uçuş planı daxil olunmalıdır.

Diplomatik icazələr 72 saat müddətə etibarlıdır.

  1. Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələrin alınmasına dair Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota gön­­­­dərilməlidir. Notada təyyarələrin növləri, qey­diy­yat nöm­­­­rələri, çağırış siqnalları, Azərbaycan Respub­likasının hava məkanına giriş və çıxış nöqtələrinin qeyd olunması, uçuş­ların məqsədləri və nəzərə alınmış yük­ləmə haq­qın­da məlumatlar qeyd olunmalıdır. Bu­nun­la yanaşı illik icazə verildikdən sonra hər bir uçuş üçün uçuş planı (əlavə 8) və yükün növü, parametrləri məlu­mat xarakterli ola­raq gön­dərilməlidir.

Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələr müstəsna hallarda very­lir.

Diplomatik illik icazələr Azərbaycan Respub­likasının hava limanlarına enmə yerinə yetirən və eyni zamanda aşağıda sadalanan üst uçuşlara aid edilmir:

- Liter reyslərini yerinə yetirən və VİP hava gəmiləri, 

- Döyüş, silahlı, hərbi təhlükəli yük, radiolokasiya və aero­fotoçəkiliş avadanlığı ilə təchiz olunmuş hava gəmiləri;

- Ermənistan Respublikasına uçub gələn və uçub gedən hava gəmiləri;

Bu tipli uçuşlara birdəfəlik icazələr “a” bəndində qeyd olunan qaydalarla və vaxt müddətlərinə əsasən alın­­malıdır.

  1. Azərbaycan Respublikasının hava məkanından uçuş və hava limanlarında enməsi üçün müvafiq qay­dada icra olunmuş sorğular qəbul olunduqdan sonra Azər­baycan tərəfi hər hansı əlavə məlumat və ya sənədin təqdim olunmasını xahiş edə bilər.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən etimadnamələrin təqdim edilməsinə dair məlumat

Yeni səfirin gəlişi

Yeni təyin olunmuş Səfir Bakı şəhərinə gəldikdə hava, dəniz limanlarının, dəmir yolu vağzalının VİP sa­lon­larında Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyi­nin Dövlət Protokolu İdarəsinin nümayəndəsi tərə­fin­dən qarşılanır. Qarşılanma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfir Bakı şəhə­rinə avtomobillə gəldikdə, dövlət protokolu ida­rəsi­nin nüma­yəndəsi Səfiri səfirliyin iqamətgahında salam­layır.

Səfirin qarşılanması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (DPİ) onun Bakı şəhərinə gəlmə tarixi, vaxtı, reys nömrəsi və onu müşayiət edən şəxslər barəsində məlumat verilməlidir.

Etimadnamənin surətinin təqdim edilməsi

Etimadnamənin surəti yeni təyin olunmuş səfir tərə­findən Azərbaycan Respublikasının Xarici İşlər nazirinə, nazir müavininə və ya Dövlət Protokol İdarə­sinin rəisinə təqdim edilir.

Yeni təyin olunmuş səfir mərasimindən öncə xarici işlər nazirliyinin dövlət protokolu idarəsinin rəisi tərəfində qəbul olunur.

Səfiri Xarici İşlər Nazirliyində DPİ-nin nümayəndəsi və müvafiq ərazi idarəsinin əməkdaşı qarşılayırlar. DPİ ilə razılaşdırıldıqda Səfiri diplomatik heyət üzvləri müşa­yiət edə bilər.

Etimadnamənin surətinin Xarici İşlər nazirinə təq­dim edilməsi mərasimi nazirin görüş otağında keçirilir. Görüşdə Azər­baycan Respublikasının Xarici İşlər Nazir­liyi tərə­findən müvafiq ərazi idarəsinin rəisi və Mətbuat və İnfor­masiya Siyasəti İdarəsinin nümayəndəsi iştirak edir­lər.

Səfir etimadnaməsinin və əvvəlki səfirin geri çağı­rılması barədə məktubun surətlərini xarici işlər nazirinə təqdim edir. Birgə fotoşəkil çəkilir.

Etimadnamənin təqdim edilməsi mərasimi

Etimadnamənin təqdim olunması mərasimi Azər­bay­can Respublikası Prezidentinin Sarayında keçi­rilir.Təyin edilmiş gün Səfiri İqamətgahından Azərbaycan Res­publikası Prezidentinin Sarayınadək rəsmi avto­mobildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin əməkdaşı müşayiət edir. Azərbaycan Respublikası Prezidentinin Sarayınadək avtomobil eskortla hərəkət edir. Mərasim zamanı Səfiri 2-dək əməkdaşı və Hərbi attaşe (olduqda) müşayiət edə bilər. Mərasimdə həm­çinin, Səfirin həyat yoldaşı iştirak edə bilər.

Prezident Sarayının Rəsmi qarşılanma mey­da­nında Səfirin şərəfinə fəxri qarovul düzülür, qırmızı xalça Salı­nır. Müəyyən edilmiş vaxt avtomobil Prezident Sarayının Rəsmi qarşılanma meydanına daxil olur. Tən­tənəli təbil marşı səslənir. Səfiri avtomobilin qarşısında Fəxri qaro­vulun rəisi qarşılayır və hərbi salam verir. Səfir Fəxri qarovulun önündə Azərbaycan Res­pub­likasının Dövlət bayrağına təzim edir və Fəxri qarovulun qarşısından keçir. Binanın girişində Səfiri Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin əməkdaşı qarşılayır və xüsusi otağa dəvət edir. Çay və sərinləşdirici içkilər təqdim olunur.

Dəvət olunduqda, Səfir və onu müşayiət edən şəxs­lər (sırayla, protokol ardıcıllığına əsasən) “Danışıqlar zalı”ndan keçərək “Rəsmi mərasimlər zalı”na tərəf irəliləyirlər. “Rəsmi mərasimlər zalı”na daxil olduqda, Prezidentin Protokol Xidmətinin rəisi Səfiri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Səfir Azər­baycan Respublikası Prezidentinin qarşısında 2-3 addım məsa­fədə dayanır. Müşayiət edən şəxslər cərgə ilə Səfirdən 3 addım arxada dayanırlar. Azərbaycan Res­publikası Prezidentinin sağ tərəfində Azərbaycan Respub­likasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri dayanırlar.

Səfir “cənab Prezident, ... Azərbaycan Respub­likasında Fövqəladə və Səlahiyyətli Səfir təyin olunmağım haqqında etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim etməyi özümə şərəf sayıram”

 “Mr. President I have the honor to present you my Letters Of Credence accrediting me as an ambassador of …… to the Republic of Azerbaijan and the letter recalling my predecessor”

 «Господин Президент, имею честь предоставить Вам верительные грамоты ак­кредитующего меня в качестве посла …….. в Азербайджанской Республике и отзывное письмо моего предшественника»

sözlərini deyir. Səfir öz arzusu ilə 2 cümlə əlavə edə bilər. Sonra Azərbaycan Respublikasının Pre­zi­dentinə yaxınlaşaraq etimadnaməni və əvvəlki səfirin geri çağırılması barədə məktubu (olduqda) təqdim edir, əl tutaraq salamlaşır. Azərbaycan Respublikasının Pre­zidenti və Səfir Azərbaycan Respublikasının Dövlət bay­rağı qarşısında fotoşəkil çəkdirməyə dəvət olunurlar. Səfir onu müşayiət edən şəxsləri Azərbaycan Res­publikasının Prezidentinə təqdim edir və birgə fotoçəkiliş aparılır.

Azərbaycan Respublikasının Prezidenti Səfiri qısa görüşə dəvət edir. Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri iştirak edirlər.

Görüşdən sonra Prezidentin Protokol Xidmətinin əməkdaşı yola salır. Səfir Fəxri qarovulun önündən keçir və avtomobilə əyləşərək yola düşür.

Mərasim zamanı geyim forması: kişilər üçün tünd kostyum və ya milli geyim, xanımlar üçün kostyum, milli geyim və ya paltar. Hərbi attaşe iştirak etdikdə uni­formada olmalıdır.

Səfirin fəaliyyət müddətinin başa çatması

Fəaliyyət müddəti başa çatmış səfir Azərbaycan Res­publikasını tərk etməmişdən öncə ölkə rəhbərliyi ilə vida görüşləri keçirilməsi barədə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət edir.

İqamətgahı Bakı şəhərində yerləşən səfirin fəaliyyət müddəti başa çatdıqda, onun şərəfinə xarici işlər nazirinin müavini və ya müvafiq idarə rəisinin adından nahar verilir.

Fəaliyyət müddəti başa çatmış səfiri hava və ya dəniz limanının, dəmir yolu vağzalının VİP salonunda Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin nümayəndəsi yola salır. Yola salma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfirin yola salınması üçün onun getmə tarixi, vaxtı, reys nömrəsi barəsində Xarici İşlər Nazirliyini əvvəlcədən məlumat verilməlidir.

Səfir Azərbaycan Respublikasının ərazisini avto­mobil vasitəsilə tərk edərsə, dövlət protokolu idarə­si­nin nüma­yəndəsi Səfirlə səfirliyin iqamətgahında sağollaşır.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verilməsi qaydaları

  1. a)Azərbaycan Respublikasındakı diplomatik nüma­yəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş üçün imkan yaradan icazə (giriş kartları) məhz qarşılıqlı prinsip əsasında verilir.

Giriş kartları, Azərbaycan Respublikasındakı dip­lomatik nümayəndəliklərin əməkdaşları üçün Azərbaycan Respublikasına səfər edən nümayəndə heyətlərinin və diplomatik kuryer xidməti əməkdaşlarının qarşılanması və yola salınması, konsulluq məsələlərinin həll olunması və s. bu kimi proseslərdə iştirak etməyə  imkan yaradır.
Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları hər bir nümayəndəlik üçün 3 ədədə qədər olmaq şərtilə, Azər­baycan Respublikasındakı diplomatik nüma­yəndəliklərin yalnız diplomatik və inzibati-texniki işçilərinə verilə bilər.

Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verildiyi şəxslər qarşılanma zamanı sərhəd zonasına, yola salınma zamanı təhlükəsizlik zonasına kimi mövcud sahələrə və eyni zamanda tranzit zonalara daxil ola bilər. Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına daxil olma zamanı diplomatik nüma­yən­dəliklərin əməkdaşları tərəfindən giriş kartları ilə bərabər Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyinin Dövlət Pro­tokolu İdarəsi tərəfindən həmin şəxslərə verilmiş akkreditə vəsiqələri də təqdim olunmalıdır.

  1. b)Heydər Əliyev beynəlxalq mühafizə olunan məhdud girişli zonalarına giriş kartları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yazılı müraciətinə əsasən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi tərəfindən verilir.

İcazənin əldə olunması üçün diplomatik nüma­yəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada giriş kartının veriləcəyi şəxsin adı, soyadı, tutduğu vəzifə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin şəxsə verilmiş akkreditə vəsiqəsinin nömrəsi göstərilməlidir. Eyni zamanda notaya giriş kartının veriləcəyi şəxsin pasportunun və akkreditə vəsiqəsinin surəti, 4x3 ölçülü 2 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.

   Giriş kartlarının verilməsinə dair diplomatik nüma­yəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş müraciətlərin baxılma müddəti 14 iş günü­dür.

Kartlar diplomatik nümayəndəliklərin hər bir əməkdaşına Heydər Əliyev beynəlxalq aeroportunda yerləşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin buraxılış bürosunda şəxsən verilir.

Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları bir il müddətinə verilir. Giriş kartlarının hazırlanması ilə əla­qədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin xərclərinin maya dəyəri diplomatik nümayəndəliklər tərəfindən ödə­nilməlidir.

 

Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının Azərbaycan Respublikası ərazisinə müvəqqəti silahın gətirmələri və gəzdirmələrinə dair

Q A Y D A L A R

Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əmək­daş­larının xidməti silahlarını və xüsusi müdafiə vasitələrini Azərbaycan Respublikası ərazisinə gətir­mələri üçün icazə (lisenziya) qarşılıqlı razılaşma əsa­sında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin vasitəsilə Azərbaycan Res­publikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aşağıdakı qaydalar əsasında verilir.

1) Xarici ölkələrin Xarici İşlər Nazirlikləri (səfirlik, beynəlxalq təşkilat) tərəfindən rəsmi nota ən azı üç iş günü öncə (şənbə, bazar və Azərbaycan Res­publikasının rəsmi bayram günləri istisna olaraq) Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə gön­dərilməlidir və notada aşağıdakı məlumatlar mütləq göstərilməlidir.

- mühafizə əməkdaşının adı və soyadı;

- mühafizə əməkdaşının pasport nömrəsi, verilmə tarixi və qan qrupu;

- silahın miqdarı, nömrəsi, növü və kalibri;

- mərmilərin və sursatın miqdarı;

- rabitə vasitələrinin növü, miqdarı, istifadə olunan və ehtiyat radio tezlikləri;

- gəliş və gediş haqqında tam məlumat;

2) Xidməti silahın və xüsusi müdafiə vasitələrinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi və gəz­dirilməsi üçün müvafiq icazə (lisenziya) mühafizə əməkdaşının müşayiət etdiyi qorunan şəxsin Azərbaycan Respublikasında səfərdə olduğu müddətə verilir;

3) Azərbaycan Respublikası ərazisinə gətirilən silah və xüsusi müdafiə vasitələri sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən yoxlanılır və notada göstərilən məlumatlarla eynilik təşkil etdiyi təqdirdə icazə (lisenziya) verilir;

4) Qeyd olunan icazə (lisenziya) qorunan şəxs ölkəni tərk edən zaman sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidmətinə təhvil verilir;

5) Ön işçi qrupu üzvlərinə Azərbaycan Res­pub­lika­sına silah gətirməyə və ölkə ərazisində gəz­dirilməsinə icazə verilmir;

6) Xidməti silahların və xüsusi müdafiə vasitələri Azər­baycan Respublikası ərazisinə gətirməyə və gəzdirməyə icazə verilmiş xarici dövlətlərin təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın Azərbaycan Res­publikası əra­zisində tətbiqi və istifadəsi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı qaydada həyata keçirilir;

- odlu silah işlədilməklə insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;

- odlu silah işlədilməklə qiyam və kütləvi iğtişaşlar baş verdikdə;

- odlu silah işlədilməklə girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;

- odlu silah işlədilməklə yaşayış binalarına, müəs­sisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;

- insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;

-  şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;

-  insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;

-  odlu silahın digər şəxs tərəfindən ələ keçməsinin qarşısı alındıqda;

-  insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.

Təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda odlu silahdan edilə bilər.

Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan mexaniki nəqliyyat vasitə­lərin­dən təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər).

Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşağı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxs­lərin zərər çəkə biləcəyi hallarda tətbiq edilə bilməz.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsi məsələsi

  1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasındakı bütün diplomatik missiya­ların əməkdaşlarını ölkədə qəbul olunmuş yol hərəkəti qaydalarına riayət etməyə və nəqliyyat vasitələrini onlar üçün xüsusi ayrılmış, müvafiq qaydada işarələnmiş yerlərdə parklamağa çağırır.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, videokamera və radar qurğuları tərəfindən diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozması və yaxud parklama yerinə riayyət etməməsi kimi hallar qeydiyyata alındığı təqdirdə, onlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati xətalara görə cərimələrin ödənilməsinə cəlb oluna bilər. Diplomatik nüma­yəndəliklərin immunitet və imtiyazlara malik əmək­daş­larının inzibati xətalara görə cərimələrin ödənil­məsindən azad olunması prosedurası yalnız qarşılıqlı prinsiplər əsasında həyata keçirilir.

Qarşılıqlı prinsiplər əsasında cərimələrin ödənil­məsindən azad olunma prosedurası  Azərbaycan Res­publikasındakı diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik olmayan əməkdaşlarına şamil olunmur.

  1. Azərbaycan Respublikasındakı diplomatik nüma­yəndəliklərin immunitet və imtiyazlara malik əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edildiyinə kifayət qədər əsas olduğu təqdirdə, həmin şəxslər nəqliyyat vasitəsini idarə etməkdən kənar­laşdırılır və onlara tibbi müayinədən keçmək təklif olunur. Nəqliyyat vasitəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsi təqdim olunduğu təqdirdə aid olduğu diplomatik nümayəndəliyin səlahiy­yətli nümayəndəsinə təhvil verilir.

Diplomatik nümayəndəliklərə və onların əmək­daş­larına məxsus nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sənədləşdirilmə prosesi zamanı həmin prosesdə iştirak etmək məqsədilə nəqliyyat vasitəsinin aid olduğu diplomatik nüma­yən­dəliyin səlahiyyətli nümayəndəsi dəvət olunur. Diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi məhz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini təqdim etdiyi təqdirdə yol-nəqliyyat hadisə­si­nin sənəd­ləşdirilmə prosesində iştirak edə bilər.

  1. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən bütün nəqliyyat vasitələrinin tex­niki vəziyyəti yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

Yol hərətinin təhlükəsizliyinin təmin edilməsi məq­sədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə Azər­baycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ildə bir dəfə texniki baxış keçirilir. Bu qayda, istisnasız olaraq Azərbaycan Respublikasındakı diplo­matik nüma­yəndəliklərin və ya onların əməkdaşlarının bütün nəq­liyyat vasitələrinə də aiddir.

Diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələri texniki baxış­dan keçirildiyi zaman, 1961-ci il “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına” uyğun olaraq onlardan yol vergisi tutulmur.  Diplomatik nüma­yəndəliklər tərə­findən məhz avtonəqliyyat vasitələrinə texniki baxış ilə əlaqədar xidmətin göstərildiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsum ödənilməlidir. 

          Diplomatik nümayəndəliklərə və ya onların əmək­daşlarına məxsus nəqliyyat vasitələri texniki baxışdan keçirildiyi zaman başlıca texniki tələblərə uyğun gəldiyi təqdirdə, həmin nəqliyyat vasitələrinə müvafiq texniki baxış talonu və stiker verilir. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur.

 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və sürücülük vəsiqələrindən istifadə qaydaları

  1. a) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə, həmçinin, onların əmək­daşlarına Azərbaycan Respublikasına gömrük və başqa rüsumlardan azad nəqliyyat vasitələri idxal etmək, yerli bazarlardan satın almaq hüququ verilir. Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nüma­yəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətləri tərəfindən ölkəyə idxal edilən və ya alınan nəqliyyat vasitələrinin sayı qarşılıqlı prinsip­lər əsasında tənzimlənir.

Konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normaların tələblərinə uyğun olmayan, sükanı sağ tərəfdə olan və tündləşdirilmiş şüşələri olan nəqliyyat vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçirilmir.

Nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət nömrə nişanı verilməsi üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Verbal nota;

- Iki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında dövlət qeydiyyatına (təkrar qey­diy­yata) alınması barədə müraciət” vərəqəsi (bax əlavə 9 müvafiq nümunəli müraciət forması);

- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqə­si­nin surəti;

- Nəqliyyat vasitəsinin şəxsə aidiyyatı haqqında arayış (alqı-satqı müqaviləsi, hesab-arayış və ya qanun­vericiliklə nəzərdə tutulmuş digər sənədlər);

- Gömrük bəyannaməsinin və gömrük icazəsinin surəti.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və həmin nümayən­dəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları əməkdaşların akkreditə vəsiqələrinin növlərindən asılı olaraq aşağıdakı qaydada verilir:

- “D” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nüma­yəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə;

- “T” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nüma­yəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalın və bu personalın ailə üzvlərinin nəqliyyat vasitələrinə;

- “FK” seriyalı dövlət qeydiyyat nişanı - fəxri kon­sulların nəqliyyat vasitələrinə;

Qeyd olunmalıdır ki, ümumi etibarnamə əsasında Azərbaycanın daxili bazarından alınan nəqliyyat vasitə­lərinə dövlət qeydiyyat nişanları yalnız alqı- satqı barədə arayış təqdim olunduqdan sonra verilir. Alqı-satqı məbləğinin miqdarından, nəqliyyat vasitəsinin ilindən və onun mühərrikinin həcmindən asılı olaraq ödəniş haqqları satan şəxs tərəfindən Azərbaycan Respub­likasında qəbul olunmuş tariflərə əsasən verilir.

  1. b) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə və həmin nümayən­dəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məx­sus nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazi­sindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman həmin nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması mütləqdir.

Nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşa­ğıda qeyd olunan sənədlər təqdim edilməlidir:

   - Verbal nota;

- Iki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında qeydiyyatdan çıxarılması barədə müraciət” vərəqəsi (bax əlavə 9 müvafiq nümunəli müraciət forması);

 - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;

- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqə­sinin surəti.

Nəqliyyat vasitələrinin satışı üçün heç bir məh­dudiy­yət qoyulmur. Diplomatik nümayəndəlik tərə­findən Azərbaycan Respublikasına idxal edilmiş nəq­liyyat vasitələri Respublika ərazisində istənilən vaxt satıla bilər. Əgər nəqliyyat vasitəsi başqa bir diplomatik əməkdaşa satılarsa, o təqdirdə xidməti haqdan başqa heç bir dövlət rüsumu ödənilmir. Əgər nəqliyyat vasitəsi Azərbaycan vətəndaşına satılarsa, o zaman satılmazdan əvvəl nəq­liyyat vasitəsinin sahibi tərəfindən bütün gömrük rüsum­ları ödənilməlidir. Azərbaycan Respub­likası ərazisindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmadığı və dövlət qey­diyyat nişanlarının geri qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayən­dəliklərin nəqliyyat vasitələrinə yeni dövlət qeydiyyat nişanları verilməyəcək­dir.

  1. c) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliy­yat vasitələrinin dövlət qeydiyyat nişanlarının hər ikisi itirildiyi zaman, həmin qeydiyyat nişanları aşkar olunduğu müddətə qədər itirilmiş dövlət qeydiyyat nişanlarının yerinə onların dublikatı verilmir. Onların əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni dövlət qeydiyyat nişanları verilir.
  2. d) Azərbaycan Respublikasında akkreditə olun­muş diplomatik nümayəndəliklər və həmin nüma­yəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinin və ya onların dövlət qeydiyyat nişanlarının hər hansı bir halda dövlət idarələrinin, qeyri-hökumət təşkilatlarının və digər qurumların və yaxud şəxslərin daimi və ya müvəqqəti əsaslarda istifadəsinə verilməsi qadağandır.
  3. e) Azərbaycan Respublikası diplomatik nümayən­dəliklərin əməkdaşlarına nəqliyyat vasitələrini idarə edər­kən öz dövlətləri tərəfindən verilmiş beynəlxalq sürücülük vəsiqələrinin istifadəsinə icazə verməklə yanaşı, həm­çinin, Azərbaycan Respublikasının milli sürü­cülük vəsi­qəsini almaq imkanı yaradır. Azərbaycan Res­publikasının milli sürücülük vəsiqəsini almaq üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşa­ğıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Verbal nota;

- Sürücülük vəsiqəsinin surəti;

- Sürücülük vəsiqəsinin Azərbaycan dilində təsdiq olun­muş tərcüməsi;

- Sürücülük vəsiqəsinin sahibinin akkreditə vəsiqə­si­nin surəti

 

Azərbaycan Respublikasına səfər edən xarici nümayəndə heyətlərinə mühafizənin ayrılması qaydaları

Azərbaycan Respublikasına səfər edən xarici nüma­yəndə heyətlərinin rəhbərlərinə Azərbaycan Res­pub­likasımn Xüsusi Dövlət Mühafizə Xidməti tərə­findən müha­fizə ayrıla bilər.

Azərbaycan Respublikasına səfər edən aşağıdakı şəxslər Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə ilə təmin olunur:

- Xarici dövlətlərin dövlət başçıları, hökumət basic­ları, parlament sədrləri və xarici işlər nazirləri;

- Öz ölkələrində mühafizə obyekti olduqları təqdirdə, xarici dövlətlərin dövlət başçılarının, hökumət başçı­larının və parlament sədrlərinin ailə üzvləri;

- BMT Baş Katibi və mühafizə obyekti olan digər beynəlxalq təşkilatların rəhbərləri;

- Öz ölkələrində mühafizə obyekti olan Azərbaycan Res­­publikasına mühafizəsiz səfər edən nümayəndə heyət­­lərinin rəhbərləri.Bununla əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu ida­rə­sinə müvafiq nota ilə müraciət edilməlidir. Notada səfərin məqsədi, nümayəndə heyətinin tərkibi, marşrutun gös­tərilməsi şərtilə dəqiq gəlmə və getmə tarixləri (proq­ram əlavə oluna bilər), mühafizə obyektlərini müşayiət edəcək mühafizəçilər barədə məlumatlar təqdim edilməli və Azər­baycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizənin ayrıl­ması xahiş olun­m­alıdır.

Bu zaman Azərbaycan Respublikası ərazisində qüv­vədə olan aşağıdakı qaydalar nəzərə alınmalıdır:

  1. a) Mühafizə obyektini müşayiət edən mühafizə zabitlərinin Azərbaycan Respublikasına silahların və rabitə vasitələrinin gətirməsi və müvəqqəti gəzdir­məsi qaydaları.

Səfirliklər (diplomatik nümayəndəliklər) təklifləri yazılı formada, nota şəklində planlaşdırılmış gəlişdən ən azı 5 iş günü əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndər­məlidir. Nota doldurulmuş 10a, 10b və 10c formaları ilə birlikdə göndərilməldir (əlavə olunur).

Silahların gətirilməsi və müvəqqəti gəzdirilməsi üçün icazəni Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti verir. İcazəyə, silahın Azərbaycan Res­publikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş Azərbaycan Res­pub­likasında gəzdirilməsi, tətbiqi və istifadə olunması qay­daları əlavə olunur.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisində digər ölkələrin mühafizə zabitləri tərəfindən avtomat silahların gəzdirilməsinə icazə verilmir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti təqdim olunan radio tezliklərin istifadə olun­ma­sına icazə verilməsi məsələsinə baxacaqdır. Tələb olu­nan tezliklərin verilməsi mümkün olmadığı təqdirdə istifadə üçün digər tezliklər təklif olunacaqdır.

Əgər nümayəndə heyəti ölkəyə hər hansı bir əlavə xüsusi texnika və ya avadanlıqlar gətirməyi planlaş­dı­rır­sa, həmin xüsusi texnikadan ölkədə istifadə edilməsi üçün əvvəlcədən icazə alınması vacibdir. Məlumatlar notaya əlavə olunmalıdır.

  1. b) Xüsusi təyyarənin qorunması ilə əlaqədar ica­zə qaydaları.

   Mühafizə obyektinin gəldiyi xüsusi təyyarənin qorunması ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinə nota ilə müraciət olunmalıdır.

Əgər ölkəyə gələn mühafizə əməkdaşları da təy­yarə­nin mühafizəsində iştirak etmək istəyərlərsə, həmin şəxslər barədə ətraflı məlumatlar notaya əlavə olunan 10b və 10c formalarında göstərilməlidir.

 

Yol hərəkəti qaydalarının pozuntularına dair

          Diplomatik nümayəndəliyin immunitet və imtiyazlara məxsus əməkdaşlarının nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi məsələsinə qarşılıqlılıq prinsipi əsasında baxılır.

Ödənişli fəaliyyətə dair

          Diplomatik nümayəndəliyin immunitet və imtiyazlara məxsus əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyəti ikitərəfli hökümətlərarası saziş əsasında yerləşmə dövlətinin vergilərinin ödənilməsi şərti ilə həyata keçirilir.

 

Azərbaycan Respublikasının hava limanlarındakı VİP salonlardan istifadə qaydaları

          Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçıları və onlarla birlikdə səfər edən ailə üzvləri (həyat yoldaşları və yetkinlik yaşına çatmamış övladları), eyni zamanda, nazir müavinləri və həmin statusda olan şəxslər  tərəfindən ölkə ərazisində yerləşən beynəlxalq hava limanlarının VİP salonlarından ödənişsiz istifadə olunması yalnız qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir. Bu prinsip təmin olunmadığı təqdirdə diplomatik nümayəndəliyin başçısının Azərbaycan Respublikasında diplomatik fəaliyyətə başladığı zaman ölkəyə ilk dəfə gəlişi və fəaliyyətini bitirib ölkəni tərk etmə zamanı VİP salonundan istifadəsi təmin edilir.

          VİP salonlarından ödənişsiz istifadə olunması üçün müraciətlər Dövlət Protokolu İdarəsinə şənbə və bazar günləri, həmçinin, rəsmi qeyri-iş günləri istisna olmaqla 48 saat öncədən göndərilməli və göndərilmiş sorğuya müvafiq sənədlər, o cümlədən, salondan istifadə edənlərin adları, soyadları, vəzifələri, uçuş cədvəlləri əlavə edil­məlidir.

 

Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqinə dair

Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq sənədlərin təqdim edilməsi şərti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik missiyalar üçün yalnız qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir və diplomatik nümayəndəliyə təqdim olunmuş bildirişdə əks olunan şərtlər Azərbaycan Respublikasının həmin ölkədəki Səfirliyinə verilmiş imtiyazlara uyğun tərtib olunur.

 

 

ƏLAVƏLƏR

Arxiv üzrə axtarış

xin diplomatic service