Protokol qaydaları
Hörmətli həmkarlar!
Diqqətinizə təqdim etdiyimiz kitabça xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatların nümayəndəliklərinin, habelə onların əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən protokol qaydalarının toplusudur.
Kitabçaya daxil edilmiş protokol qaydaları 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qarşılıqlılıq prinsipinin nəzərə alinması şərti ilə tərtib edilmişdir.
Qaydaların diqqətlə öyrənilməsini və onlara riayət olunmasını xahiş edirik.
Dərin hörmətlə,
Pərvin Mirzəzadə
Fövqəladə və Səlahiyyətli Səfir,
Dövlət Protokolu İdarəsinin rəisi
Əlaqə üçün məlumat,
Tel: (+994 12) 596 93 33
Fax: (+994 12) 492 82 97
E-mail: protocol@mfa.gov.az
www.mfa.gov.az
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma qaydaları
- Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bundan sonra - akkreditə olunmasını) tənzimləyir.
1.2. Akkreditə olunma Nazirliyin Dövlət Protokolu İdarəsi tərəfindən həyata keçirilir.
1.3. Nazirlik tərəfindən akkreditə olunmuş şəxslər diplomatik nümayəndəliklərin heyət üzvləri kimi tanınır.
1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslər akkreditə olunur:
1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;
1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;
1.4.3. Xidmətçi heyət, heyət üzvü olmayan özəl ev işçiləri, Azərbaycanda daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşları, üçüncü dövlətlərin vətəndaşları;
1.4.4. Diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları;
1.4.5. Fəxri konsullar.
1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin diplomatik və ya inzibati-texniki heyət üzvünün həyat yoldaşı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Diplomatik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor münasibətlərində olan şəxslər və eynicinsli nikahda olan şəxslər həyat yoldaşı kimi qəbul olunmur.
1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nümayəndəliklərin heyət üzvlərinin onlarla birlikdə yaşayan valideynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən akkreditə olunması məsələsinə baxıla bilər.
- Vəsiqələrin növləri
2.1. Nazirlik tərəfindən diplomatik nümayəndəliklərin diplomatik və inzibati-texniki heyət üzvlərinə, onların ailə üzvlərinə, xidmətçi heyətə, heyətin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycanda daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşlarına və fəxri konsullara aşağıda göstərilən növlərdə akkreditə vəsiqələri verilir:
2.2. Diplomatik vəsiqə:
2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzvlərinə;
2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nümayəndəliklərin başçılarına, həmin diplomatik nümayəndəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaşelərinə;
2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;
2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olunmaqla) və onların ailə üzvlərinə.
2.3. Xidməti vəsiqə:
2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;
2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;
2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin inzibati-texniki heyətinə (Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.
2.4. Vəsiqə:
2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə;
2.4.2. Diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə;
2.4.3. Azərbaycan Respublikasında daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına;
2.4.4. Diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə;
2.5. Fəxri konsul vəsiqəsi:
2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəxri konsullarına.
2.5.2. Diplomatik nümayəndəliklərin heyətinin bu bənddə qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri konsullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.
2.5.3. Fəxri konsulların ailə üzvləri akkreditə olunmur.
2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə diplomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplomatik nümayəndəliyin heyət üzvünün statusunu aydınlaşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəyyən etmək hüququna malikdir.
2.7. Bütün vəsiqələr 2 il müddətinə etibarlıdır.
2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
- Vəsiqələrin verilməsi
3.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:
3.1.1. Verbal nota;
Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində akkreditə haqqında verbal nota göndərilir. Notada, akkreditə olunan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunur.
3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;
3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) surəti, Azərbaycan Respublikası vətəndaşının isə şəxsiyyət vəsiqəsinin surəti;
3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).
3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyişdirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.
3.3. Akkreditə vəsiqəsinin etibarlılıq müddəti bitdiyi və ya akkreditə vəsiqəsinin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir:
3.3.1. Verbal nota;
Verbal notada, akkreditə olunan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.
3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;
3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsiqənin surəti;
3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).
3.4. Akkreditə vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.
3.5. Yeni akkreditə vəsiqələri təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya dəyişdirilən akkreditə vəsiqələrinin əsli Nazirliyə təhvil verilir.
3.6. Akkreditə vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:
3.6.1. Verbal nota;
Verbal notada, akkreditə vəsiqəsinin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, akkreditə vəsiqəsinin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düşmə hallarından biri göstərilir.
3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;
3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).
3.7. 3.1 – 3.6 bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra akkreditə vəsiqələri 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:
3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;
Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərəfindən təhvil alınması mümkündür.
3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;
Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;
3.7.3. Diplomatik nümayəndəliyin xidmətçi personalına, heyətinin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlara, üçüncü dövlətlərin vətəndaşlarına məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;
3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır.
- Vəsiqələrin qaytarılması
4.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin Azərbaycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus akkreditə vəsiqəsi aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır:
4.1.1. Verbal nota;
Verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.
4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüsxədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).
4.2. Akkreditə vəsiqələri Nazirliyə qaytarılmadığı təqdirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxılmır.
Azərbaycan Respublikasında hərbi attaşelərin təyin olunmasına dair protokol təcrübəsi
Azərbaycan Respublikasında hərbi attaşelərin (hərbi, hərbi-hava, hərbi-dəniz, polis və onların köməkçiləri) təyin olunması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin təyinatına razılıq verilməsi barədə notanın göndərilməsi vasitəsilə həyata keçirilir. Notada hərbi attaşenin adı, soyadı, hərbi rütbəsi və iqamətgahı barədə məlumat göstərilməlidir. Notaya hərbi attaşenin təfsilatlı (ixtisarsız) tərcümeyi-halı əlavə olunur. Tərcümeyi-halda təhsili, hansı hərbi vəzifələrdə çalışdığı, xarici dillərin bilməsi və ailə vəziyyəti barədə ətraflı məlumat qeyd olunmalıdır.
Azərbaycan Respublikasında hərbi attaşenin təyin olunmasına razılıq ümumi qəbul olunmuş beynəlxalq normalara və mövcud diplomatik təcrübəyə uyğun olaraq həyata keçirilir. Razılığın verilmə müddəti qarşılıqlılıq prinsipi əsasında müəyyən edilir.
Hərbi attaşenin təyin olunmasına razılıq alındıqdan sonra hərbi attaşe bu vəzifəyə təyin olunmuş hesab edilir. Razılıq alındıqdan sonra, akkreditə edən tərəf Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin akkreditə edilməsi xahişi barədə nota göndərir.
Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən istifadə edilən peyk və radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılması və istismarı Qaydaları
- Ümumi müddəalar
Bu qaydalar, 18 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası”nın 27-ci maddəsinə, 24 aprel 1963-cü il tarixli “Konsulluq əlaqələri üzrə Vyana Konvensiyası”nın 35-ci maddəsinə, Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Konvensiyasına qoşulması” və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarına əsasən hazırlanmışdır.
Bu qaydalar Azərbaycan Respublikasının ərazisindəki xarici dövlətlərin diplomatik nümayəndəlikləri, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra - diplomatik nümayəndəliklər) tərəfindən istifadə edilən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasına gətirilib-aparılması, istifadəsinə icazə verilməsi, onların istifadəsi üçün radiotezliklərin ayrılması və istismarına nəzarəti tənzimləyir.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, respublika ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - XİN) müraciətinə əsasən Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - RTDK) tərəfindən, radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılmasına və istifadəsinə icazə verilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərəfindən, qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət isə RİTN-in Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ) tərəfindən XİN-in vasitəsi ilə qarşılıqlı prinsip əsasında həyata keçirilir.
- Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması, istifadəsinə icazə verilməsi
Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, istifadəsinə icazə verilməsi, ölkədən aparılması ilə əlaqədar diplomatik nümayəndəlik tərəfindən 21(iyirmi bir) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.
Notada radiorabitə vasitələrinin növü, texniki göstəriciləri, markası, tezlik kanallarının sayı, təyinatı, avadanlığın ölkə ərazisinə gətirilməsi və ya ölkədən aparılması tarixi, gətirilməsi üçün istifadə olunacaq nəqliyyat vasitəsi, təyinatı üzrə gömrük məntəqəsi və s. barədə ətraflı məlumatlar öz əksini tapmalıdır.
Peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması və istifadəsi yalnız RİTN tərəfindən icazə verildikdən sonra, XİN-in diplomatik nümayəndəliyə verdiyi yazılı icazə əsasında həyata keçirilə bilər.
- Diplomatik nümayəndəliklər tərəfindən istifadə edilən və istifadəsi planlaşdırılan peyk və digər radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı
Peyk və digər radiorabitə vasitələrinin istifadəsi məqsədilə tezlik nominallarının ayrılması, qeydiyyatı və istismarına icazənin əldə olunması üçün diplomatik nümayəndəlik tərəfindən 15 (on beş) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir. Notada, nəzərdə tutulmuş şəbəkənin təyinatı, radiorabitə vasitələrinin növü, markası, tezlik kanallarının sayı, tezlik zolaqlarının eni, istifadə olunacaq texnologiyaların və avadanlıqların texniki göstəriciləri və s. barədə məlumatlar qeyd edilir və bu qaydaya əlavə olunmuş anket forması (Əlavə 3 və ya Əlavə 4) doldurularaq notaya əlavə olunur.
Radiorabitə vasitələrinin istifadəsi üçün radiotezliklərin ayrılması RTDK, qeydiyyat və tezliklərin istismarına icazənin əldə olunması və konkret radiotezlik kanallarının ayrılması RİTN-in DRİ tərəfindən diplomatik nümayəndəliklər ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Konkret radiotezlik kanalları məşğul olduğu təqdirdə, onların əvəzinə digər radiotezlik kanalları təklif oluna bilər.
RİTN-in DRİ tərəfindən müqavilə, konkret radiotezlik kanalının istifadəsi (şəhər, rayon və ya konkret ərazi göstərilməklə) və ödənişlərin aparılması barədə məlumatlar rəsmi olaraq XİN-ə göndərilir. Diplomatik nümayəndəliklər tərəfindən mövcud tariflərə (Əlavə 3) əsasən ödənişlər aparıldıqdan sonra, RİTN-in DRİ tərəfindən radiotezliyin və radiorabitə vasitələrinin istismarı rəsmiləşdirilərək şəhadətnamə formasında (Əlavə 4 və ya Əlavə 5) XİN-nə təqdim edilir. Şəhadətnamələr diplomatik nümayəndəliklər tərəfindən XİN-dən rəsmi olaraq təhvil alınır. Təqdim olunan şəhadətnamə 1 (bir) il müddətinə verilir və yalnız sülh şəraitində etibarlıdır.
Diplomatik nümayəndəliklər şəbəkəni onlara verilmiş icazə və DRİ ilə imzalanmış müqavilənin şərtləri əsasında təşkil etməlidirlər. Diplomatik nümayəndəlik tərəfindən radiotezliklərin istifadəsinə rəsmi olaraq icazənin alınmadığı və radiotezliklərdən istifadəyə görə ödənişlərin aparılmadığı təqdirdə həmin radiorabitə vasitələrinin istismarı və tezliklərdən istifadə dayandırılaraq, radiotezliklər digər istifadəçilərə verilə bilər.
Azərbaycan Respublikasına təyin olunmuş və iqamətgahı Azərbaycan Respublikasında olan müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.), beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, baş konsulların (konsulların, vitse-konsulların, konsulluq agentlərinin) və fəxri konsulların Xarici İşlər Nazirliyində rəsmi təqdim olunmalarına dair protokol təcrübəsi
- a) Xarici dövlətin iqamətgahı Bakı şəhərində olan səfirliyinin (səfirliyin ofisinin) müvəqqəti işlər vəkillinin (charge d`affaires a.i.) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota əsasında həyata keçirilir.
Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) Azərbaycan Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azərbaycan Respublikasında artıq fəaliyyət göstərən səfirliyin əməkdaşı iki aydan artıq müddət üçün müvəqqəti işlər vəkili təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı təyinat barədə təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur.
- b) Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təmsil etdiyi beynəlxalq təşkilatın rəhbəri tərəfindən Azərbaycan Respublikasının rəhbərliyinə ünvanlanmış təyinat məktubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota əsasında həyata keçirilir.
Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri Azərbaycan Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azərbaycan Respublikasında artıq fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliyinin əməkdaşı rəhbər təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı təyinat barədə beynəlxalq təşkilatın rəhbəri tərəfindən Azərbaycan Respublikasının rəhbərliyinə ünvanlanmış təyinat məktubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunmalıdır.
Beynəlxalq təşkilatların nümayəndəliklərinə müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.) təyin olunması yuxarıdakı (a) bəndində göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir.
- c) Xarici dövlətin Azərbaycan Respublikasında yerləşən Baş konsulluğunun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.
Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri Azərbaycan Respublikasına gəldiyi tarixdən 10 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı konsulluq patenti yeni təyin olunmuş Baş konsul (konsul, vitse-konsul, konsul agenti) tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur.
- d) Xarici dövlətin Azərbaycan Respublikasındakı Fəxri konsulunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.
Fəxri konsul Azərbaycan Respublikasına gəldikdən və yaxud təyin olunduqdan 10 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı konsulluq patenti yeni təyin olunmuş Fəxri konsul tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur.
- e) Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.), beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri, Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri, Fəxri konsul funksiyalarını bitirdiyi və ya ezamiyyət (təyinat) müddəti bitdiyi zaman mütləq qaydada Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi və ya onu əvəz edən şəxs və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin rəisi və ya onu əvəz edən şəxs ilə vida görüşü keçirməlidir.
Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən daşınmaz əmlakın alınması və icarəyə götürülməsinədair
Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra diplomatik nümayəndəliklər) tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının yerləşdirilməsi məqsədilə daşınmaz əmlakın (binaların, sahələrin və ərazilərin) alınması və icarəyə götürülməsiaşağıdakı qaydada həyata keçirilir:
- a) Azərbaycan Respublikasında mövcud olan Qanunvericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlılıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər.
- b) Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklər tərəfindən binaların (o cümlədən ofis, mənzil və s.) alınması qarşılıqlılıq prinsipi əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi icazəsinə uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən alınması nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:
- Binanın(ofis,mənzil və s.) dəqiq ünvanı;
- Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;
- Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;
- Digər sənədlər (ehtiyac yaranarsa).
- c) Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının (səfirlik və ya nümayəndəlik, konsulluq, mədəniyyət mərkəzi, ticarət nümayəndəliyi və s.) və diplomatik nümayəndəliklərin başçılarının iqamətgahlarının yerləşdirilməsi məqsədilə binaların (o cümlədən ofis, mənzil və s.) icarəyə götürülməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:
- Binanın (ofis, mənzil və s.) dəqiq ünvanı;
- Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;
- Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;
- Digər sənədlər (ehtiyac yaranarsa).
- d) İçəri Şəhərin tarixi-memarlıq qoruğu olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən İçəri Şəhərdə hər hansı daşınmaz əmlakın alınması və yaxud icarəyə götürülməsi məsələsi Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır.
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının və fəxri konsulların Azərbaycan Respublikasının ərazisində hərəkət etmələrinə dair
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəliklər) əməkdaşları, onların ailə üzvləri və fəxri konsullar Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri və Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu bölgələr istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində qarşılıqlılıq prinsipi əsasında sərbəst hərəkət etmə imkanına malikdirlər.
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzvləri və fəxri konsullar sərhəd bölgələrinə səfər edərkən onlar tərəfindən öncədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə məsləhətləşmələrin aparılması tövsiyyə olunur.
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları və fəxri konsullar rəsmi görüşlər keçirmək və yaxud rəsmi tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının hər hansı bir bölgəsinə səfər edərkən, yerli idarəetmə orqanlarının nümayəndələri ilə rəsmi görüşlərin təşkil olunması üçün nəzərdə tutulmuş səfərdən 7 iş günü əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə nota ilə yazılı müraciət olunmalıdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana səfər edən xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlərin səfərlərinin təşkilinə dair qəbul olunmuş protokol təcrübəsi
- Xarici işlər nazirlərinin başçılığı ilə səfər edən nümayəndə heyətləri
1.1. Rəsmi səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Səfərin proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salınmasında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəisi və ya rəis müavini, Azərbaycan Respublikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili), həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları iştirak edir.
Qeyd: Azərbaycan Respublikasının səfiri və ya müvəqqəti işlər vəkili səfərdə cənab Nazirin razılığı ilə iştirak edə bilər.
Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Azərbaycan Respublikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili) və ya Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini (şöbə müdiri) və Dövlət Protokolu İdarəsinin əməkdaşları müşayiət edir.
Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:
- Azərbaycan Respublikasının Prezidenti ilə görüşün formatı - Prezidentin Protokol Xidməti ilə razılaşdırılır;
- Azərbaycan Respublikasının Baş Naziri ilə görüşün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə razılaşdırılır.
Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək formatda keçirilə bilər.
Əklil qoyulması mərasimi - Səfərlərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyulması mərasimləri mütləq qaydada daxil olunur. Azərbaycan tərəfindən həmin mərasimlər üçün Milli Qvardiyanın fəxri qarovul ayrılır.
Qeyd: Əklillərin sifarişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olunur.
Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.
Rəsmi ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonağın şərəfinə rəsmi ziyafət qarşılıqlı prinsip əsasında verilir. Rəsmi ziyafət olaraq ya rəsmi nahar, ya da rəsmi şam yeməyi təşkil olunur.
Qeyd: Rəsmi ziyafətdə qarşı tərəf maksimum 1+9 nəfər formatında (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) iştirak edə bilər.
Bölgələrə səfər - Qarşı tərəfin xahişi ilə nümayəndə heyətinin Azərbaycan Respublikasının bölgələrinə səfəri təşkil oluna bilər.
Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı hava limanındakı VİP salonun qarşısında, Xarici İşlər Nazirliyinin binasının qarşısında, Xarici İşlər Nazirliyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilir.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin VİP salonundan qarşılanıbyola salınması Azərbaycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: VİP salonunda xüsusi otaq yalnız nümayəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.
Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda nəqliyyat vasitələri ilə təmin olunur. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əməkdaşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.
Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələsinə baxıla bilər.
Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilir. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə münasibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.
Hədiyyələrin verilməsi - Səfər zamanı qarşılılıq prinsip əsasında nümayəndə heyətinin başçısına və rəsmi heyətin 4 nəfərə qədər üzvünə XİN tərəfindən hədiyyələr verilə bilər.
Qeyd: Səfər zamanı bütün hədiyyələrin mübadiləsi Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi vasitəsilə həyata keçirilir.
Həyat yoldaşının müşayiəti - Nümayəndə heyətinin başçısı səfər zamanı həyat yoldaşı tərəfindən müşayiət olunduğu təqdirdə, qarşı tərəfin xahişinə uyqun olaraq həyat yoldaşı üçün xüsusi proqram hazırlana bilər.
Qeyd: Həyat yoldaşı üçün proqramı üzrə avtomaşın ayrılır və o, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşı tərəfindən müşayiət olunur.
1.2. İşgüzar səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salınmasında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları iştirak edir.
Qeyd: Azərbaycan Respublikasının səfiri və ya müvəqqəti işlər vəkili səfərdə vacib olduğu təqdirdə (cənab Nazirin razılığı ilə) iştirak edə bilər.
Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları müşayiət edir.
Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:
- Azərbaycan Respublikasının Prezidenti ilə görüşün formatı - Prezidentin Protokol Xidməti ilə razılaşdırılır;
- Azərbaycan Respublikasının Baş Naziri ilə görüşün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə birlikdə);
- Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə razılaşdırılır.
Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək formatda keçirilə bilər.
Əklil qoyulması mərasimi - Qarşı tərəfin xahişi ilə səfərlərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyulması mərasimləri daxil edilə bilər.
Qeyd: Azərbaycan tərəfindən həmin mərasimlər üçün Milli Qvardiyanın fəxri qarovul ayrıla bilər. Əklillərin sifarişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olunur.
Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.
İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.
Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı Xarici İşlər Nazirliyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin VİP salonundan qarşılanıbyola salınması Azərbaycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: VİP salonunda xüsusi otaq yalnız nümayəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.
Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən yalnız 1 avtomobil ilə təmin oluna bilər. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əməkdaşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.
Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələsinə baxıla bilər.
Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+2 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə münasibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.
Qeyd: Hər hansı bir dövlətin xarici işlər naziri Azərbaycan Respublikasına beynəlxalq təşkilatın (ATƏT, Avropa İttifaqı, Avropa Şurası və s.) fəaliyyətdə olan sədri və ya nümayəndəsi qismində səfər etdiyi təqdirdə yaşayış və iaşə xərcləri ödənilmir.
Hədiyyələrin verilməsi - Səfər zamanı hədiyyələrin qarşılıqlı mübadiləsi bir qayda olaraq nəzərdə tutulmur.
1.3. Tranzit səfər Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salınmasında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları iştirak edir.
Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları müşayiət edir.
Görüşlərin təşkili - Qarşı tərəfin xahişi ilə nümayəndə heyətinin görüşləri təşkil oluna bilər. Səfər edən nümayəndə heyətlərinin görüşlərdə iştirak formatı Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən müəyyən olunur.
Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.
İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.
Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin VİP salonundan qarşılanıbyola salınması Azərbaycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: VİP salonunda xüsusi otaq yalnız nümayəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.
Nəqliyyat təminatı - Nümayəndə heyətləri üçün bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən yalnız 1 avtomobil ayrıla bilər. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əməkdaşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.
Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələsinə baxıla bilər.
1.4. Azərbaycan Respublikasında keçirilən beynəlxalq tədbir və konfranslarda iştirak məqsədilə səfər
Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Proqramın tərtib edilməsi - Proqram tədbirin və ya konfransın proqramına uyğun olaraq tərtib edilir.
Qeyd: Proqramdan əlavə görüşlərin təşkilinə qarşı tərəfin ayrıca müraciəti əsasında baxılır.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən on iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.
Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin əməkdaşları müşayiət edir.
Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bayrağı səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin VİP salonundan qarşılanıbyola salınması Azərbaycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olunur. Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: VİP salonunda xüsusi otaq yalnız nümayəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.
Nəqliyyat təminatı - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.
Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələsinə baxıla bilər.
Yaşayış və iaşə xərcləri - Bir qayda olaraq, tədbirin və ya konfransın təşkilati məsələlərinə əsasən müəyyən edilir.
1.5. Şəxsi səfər
Şəxsi səfər zamanı qarşı tərəfin yazılı müraciətinə uyğun olaraq, xarici işlər naziri üçün mühafizənin ayrılması və VİP salonundan istifadə üçün sifarişin edilməsi barədə məsələyə qarşılıqlı prinsip baxıla bilər.
- Xarici işlər nazirləri müavinlərinin başçılığı ilə səfər edən nümayəndə heyətləri
Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salınmasında qarşılıqlı prinsip əsasında, Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nümayəndəsi iştirak edə bilər.
Müşayiət edən şəxslər - Bir qayda olaraq, nümayəndə heyətlərinin müşayiət edilməsində qarşılıqlı prinsip əsasında, Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nümayəndəsi səviyyəsində müşayiət oluna bilər.
Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, öncədən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılır.
Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək formatda keçirilə bilər.
Gül dəstələrinin qoyulması mərasimi - Qarşı tərəfin xahişi ilə səfərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına gül dəstələrinin qoyulması mərasimləri daxil edilə bilər.
Qeyd: Gül dəstələrinin sifarişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olunur.
Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə birgə mətbuat konfransı təşkil oluna bilər.
İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.
Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+4 nəfər formatında (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) iştirak edə bilər.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin VİP salonundan qarşılanıb yola salınması Azərbaycan tərəfindən qarşılıqlı prinsip əsasında, ödənişsiz əsasla 1+2 formatında təmin olunur. Nümayəndə heyətinin basicsından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: VİP salonunda xüsusi otaq yalnız nümayəndə heyətinə Xarici İşlər Nazirİ tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.
Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1 nəqliyyat vasitəsi ilə təmin oluna bilər.
Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.
Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+2 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərclərindən məhz səhər yeməyi Azərbaycan tərəfindən ödənilir.
Hədiyyələrin verilməsi - Səfər zamanı qarşılılıq prinsip əsasında nümayəndə heyətinin başçısına XİN tərəfindən hədiyyə verilə bilər.
- Xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin (departament, idarə və şöbə müdirləri səviyyəsində) səfərləri
Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salınmasında qarşılıqlı prinsip əsasında, Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin nümayəndəsi iştirak edə bilər.
Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin görüşlərdə iştirak formatı bir qayda olaraq, öncədən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılır.
Qeyd: Görüşlər nümayəndə heyətinin səviyyəsinə müvafiq olaraq təşkil edilir.
İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.
Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+2 nəfər formatında iştirak edə bilər.
VİP salonundan istifadə - Nümayəndə heyətlərinin ödənişsiz əsasla VİP salonundan qarşılanıb-yola salınması Azərbaycan tərəfindən yalnız qarşılıqlı prinsip əsasında təmin oluna bilər.
Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1 nəqliyyat vasitəsi ilə təmin oluna bilər.
Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.
Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, yalnız qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərclərindən məhz səhər yeməyi Azərbaycan tərəfindən ödənilir.
- Beynəlxalq təşkilatların nümayəndə heyətlərinin səfərləri
Səfərin tarixləri - Xarici İşlər Nazirliyi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinə göndərilmiş yazılı müraciət və həmin təşkilatdakı nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.
Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Nümayəndə heyətinə təşkilatın rəhbəri və ya onun müavinləri başçılıq etdiyi təqdirdə bir qayda olaraq, qarşılanıb və yola salınmada Azərbaycan tərəfindən Azərbaycan Respublikasının həmin beynəlxalq təşkilat yanındakı nümayəndəsi və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin əməkdaşı iştirak edə bilər.
Qeyd: BMT, İKT, NATO, MDB, ƏDL və digər beynəlxalq təşkilatların başçıları Azərbaycana səfər edərkən onların qarşılanıb-yola salınmasında iştirak edəcək rəsmilərin səviyyəsi XİN-in rəhbərliyi tərəfindən fərdi qaydada təyin olunur. Azərbaycan Respublikasının həmin beynəlxalq təşkilat yanındakı nümayəndəsi səfərdə cənab Nazirin razılığı ilə iştirak edə bilər.
Müşayiət edən şəxslər - Nümayəndə heyətinə təşkilatın rəhbəri başçılıq etdiyi təqdirdə bir qayda olaraq, Azərbaycan tərəfindən Azərbaycan Respublikasının həmin beynəlxalq təşkilat yanındakı nümayəndəsi və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin əməkdaşı tərəfindən müşayiət oluna bilər.
Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, öncədən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılır.
Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək formatda keçirilə bilər.
Əklil (gül dəstəsi) qoyulması mərasimi - Səfərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin (gül dəstələrinin) qoyulması mərasimləri daxil edilə bilər.
Qeyd: Əklillərin (gül dəstələrinin) sifarişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olunur.
Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında mətbuat konfransı təşkil oluna bilər.
Ziyafət - Beynəlxalq təşkilatların başçılarının şərəfinə bir qayda olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından nahar və ya şam yeməyi təşkil oluna bilər.
Qeyd: Ziyafətdə qarşı tərəf maksimum 1+4 nəfər formatında iştirak edə bilər.
Bayraqların yerləşdirilməsi - Beynəlxalq təşkilatın bayrağı hava limanındakı VİP salonun qarşısında, Xarici İşlər Nazirliyinin binasının qarşısında, Xarici İşlər Nazirliyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.
Qeyd: Bayraqların yerləşdirilməsinə dair qərar Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən fərdi qaydada qəbul olunur.
VİP salonundan istifadə - Nümayəndə heyətinə beynəlxalq təşkilatın rəhbəri və ya onun müavinləri başçılıq etdiyi təqdirdə bir qayda olaraq, VİP salonundan qarşılanıb yola salınma ödənişsiz əsasla 1+4 formatında təmin olunur. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri və mətbuat nümayəndələrinin VİP salonundan istifadəsi təmin olunmur.
Qeyd: Beynəlxalq təşkilatların digər nümayəndə heyətlərinin VİP salonundan qarşılanıb-yola salınması ödənişsiz əsasda təmin olunmur.
Nəqliyyat təminatı - Azərbaycan tərəfindən bir qayda olaraq, səfər zamanı məhz beynəlxalq təşkilatın rəhbəri üçün 1 nəqliyyat vasitəsi ayrıla bilər.
Qeyd: Nümayəndə heyəti tərəfindən əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.
Yaşayış və iaşə xərcləri - Azərbaycan tərəfindən bir qayda olaraq, səfər zamanı məhz beynəlxalq təşkilatın rəhbərinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri təmin oluna bilər.
Hədiyyələrin verilməsi - Səfər zamanı nümayəndə heyətinin başçısına XİN tərəfindən hədiyyə verilə bilər.
- Eyni zamanda akkreditə olunmuş səfirlərin səfərləri
Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.
Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.
Proqramın tərtib edilməsi - Etimadnamələrini təqdim etmək məqsədilə səfirlərin ölkəyə səfəri zamanı onların Azərbaycan Respublikasının Prezidenti, Xarici İşlər Naziri və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi ilə görüşləri təşkil olunur. Digər görüşlər məhz səfirlər tərəfindən etimadnamələrinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsindən sonra təşkil oluna bilər. Səfirlərin sonrakı səfərlərinin proqramı Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsi tərəfindən hazırlanır.
Qeyd: Görüşlərin təşkili qarşılıqlı prinsiplər əsasında həyata keçirilir.
Nümayəndə heyətinin siyahısı - Səfirləri müşayiət edəcək şəxslərin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinə təqdim olunmalıdır.
Qeyd: Azərbaycan Respublikasına vizaların öncədən həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi tövsiyə olunur.
Qarşılanma və yola salınma - Etimadnamələrini təqdim etmək məqsədilə səfirlərin ölkəyə səfəri zamanı bir qayda olaraq, onların qarşılanmasında və yola salınmasında Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin nümayəndəsi iştirak edir.
Qeyd: Səfirlərin sonrakı səfəri zamanı onların Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən qarşılanıb-yola salınması nəzərdə tutulmur.
Gül dəstəsi qoyulması mərasimi – Etimadnamələrinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsindən sonra səfirlər tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulur.
Bayraqların yerləşdirilməsi - Bayraq, etimadnamələrin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsindən məhz sonra avtomobildə yerləşdirilə bilər.
Qeyd: Bayraqlar səfər edən səfirlər tərəfindən təmin olunur.
VİP salonundan istifadə - Səfirlər, məhz etimadnamələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi məqsədilə ölkəyə səfər edərkən VİP salonundan qarşılanıb-yola salınır.
Qeyd: Sonrakı səfərlər zamanı səfirlərin VİP salonundan istifadəsi qarşılıqlı prinsip əsasında həyata keçirilə bilər.
Nəqliyyat təminatı - Etimadnamələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi məqsədilə ölkəyə səfər səfirlər Azərbaycan tərəfindən 1 avtomobil (maksimum 2 nəfər sərnişin üçün) ilə təmin olunur. Səfirlər həmin avtomobilin xidmətlərindən məhz onların hava limanından mehmanxanaya gətirilməsi, etimadnamələrinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi mərasimi, mehmanxanadan hava limanına aparılması zamanı istifadə edə bilərlər.
Qeyd: Digər görüşlər və səfərlər üçün, eyni zamanda əlavə nəqliyyat vasitələri “Azdipservis” şirkəti vasitəsilə sifariş oluna bilər.
Yaşayış xərcləri - Bir qayda olaraq, Azərbaycan tərəfindən ödənilmir. Səfər edən tərəfin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə öncədən göndərilmiş yazılı müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) və ya digər mehmanxanalarda otaqlar sifariş oluna bilər.
Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının hava limanlarında diplomatik poçtun və konsulluq valizasının qəbulu və göndərilməsi Qaydaları
Bu qaydalar 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr üzrə Vyana Konvensiyasının 27-ci və 40-cı maddələrinə, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri üzrə Vyana Konvensiyasının 35-ci maddəsinə, Mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üçün təhlükəsizlik üzrə rəhbərliyin (İCAO.DOC.8973) 4.4.2-4.4.7-ci maddələrinə və həmin sənədə 35-ci əlavənin müddəalarına, 24 iyun 2005-ci il tarixli 944-IIQ nömrəli “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə, Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə qərarlarına əsasən işlənib hazırlanmışdır.
- a) Ümumi müddəalar
Azərbaycan Respublikasının mülki aviasiya aeroportlarında diplomatik poçtu və konsulluq valizasını (bundan sonra diplomatik poçt) göndərərkən və qəbul edərkən təhlükəsizlik məqsədi ilə keçirilən tədbirlərə nəzarətin təmin olunma prosedurları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan Aviasiya Təhlükəsizlik İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinə) həvalə olunur.
Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra diplomatik nümayəndəliklər) tərəfindən diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.
Diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi məqsədi ilə Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) rəsmi nota ilə müraciət olunur.
Notada diplomatik poçtu göndərən və ya qəbul edən tərəfin nümayəndəsi haqqında ətraflı məlumatın (adı, soyadı, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsinin surəti, əlaqə telefonu), reysin nömrəsinin, marşrutun, enmə və qalxma saatlarının, poçtun çəkisinin, neçə yerdən ibarət olmasının, aviaşirkət tərəfindən verilmiş qaimə nömrəsinin (diplomatik poçtun qeydiyyat nömrəsinin və ya möhürün nömrəsinin) qeyd edilməsi zəruridir.
Notanın əsli 3 (üç) iş günü əvvəl Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) təqdim olunmalıdır. Dövlət Protokolu İdarəsi (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi), öz növbəsində 24 saatdan gec olmayaraq diplomatik poçtun göndərilməsi və ya qəbul edilməsi barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanına) və müvafiq Gömrük orqanlarına rəsmi məlumat göndərir.
Diplomatik poçtu göndərən və ya qəbul edən diplomatik nümayəndəliklər diplomatik poçtun göndərilməsi (qəbul edilməsi) barədə notanın surətini diplomatik poçt daşıyan hava gəmisinin qalxmasından (enməsindən) ən azı 3 (üç) saat əvvəl “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinə) təqdim etməlidirlər.
Diplomatik poçtun qanunsuz müdaxilədən mühafizəsi təhlükəsizlik əməkdaşları tərəfindən təhlükəsizlik məqsədi ilə nəzarət tədbirlərinin tədbiq olunduğu andan hava gəmisinin uçuşuna və ya hava gəmisi uçub gəldikdən sonra diplomatik kuryer tərəfindən onun alınmasına qədər həyata keçirilir.
Diplomatik poçtu təşkil edən hər bir yerin üzərində onun xüsusiyyətlərini özündə əks etdirən xarici nişanlar olmalıdır.
Diplomatik poçtun tərkibində yalnız rəsmi yazışma və ya rəsmi istifadə üçün nəzərdə tutulmuş əşyalar daxil ola bilər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili qaydalarına əsasən, həmin şirkətin təyyarələrində daşınan bir yer diplomatik poçtun (baqajın) maksimum çəkisi 45 kq-dan artıq olmamalıdır. Bir yer diplomatik poçtun (baqajın) çəkisi 45 kq-dan artıq olduqda, bu daşınma müvafiq qaydada yük qismində həyata keçirilə bilər.
Diplomatik poçtun çəkisi və ölçüləri hava limanının sərnişin terminalı vasitəsi ilə əl yükünün və baqajın daşınması üçün daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə cavab verərsə, bu zaman Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən göndərilən (qəbul edilən), onun xüsusiyyətlərini göstərən xarici əlamətlərə malik olan diplomatik poçt Beynəlxalq Hava Limanlarının rəsmi nümayəndə heyətləri salonu vasitəsi ilə göndərilir (qəbul edilir). Diplomatik poçtun çəkisi və ölçüləri daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi halda, o, yalnız yük terminalı vasitəsi ilə göndərilir (qəbul edilir).
Diplomatik poçt əl ilə baxışdan keçirilmədən aparılır və saxlanıla bilməz. Aviasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə onun rentgen şüalarından (XRay) keçirilməsi məsələsi qarşılıqlı prinsiplər əsasında, Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.
Diplomatik poçtun içində rentgen şualarından zədələnə bilən və ya təhlükəli əşyaların olduğu təqdirdə, diplomatik nümayəndəlik tərəfindən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) göndərilən notada əlavə olaraq bu barədə qeydlər aparılmalı, aviaşirkətə dəyə biləcək maddi ziyanın ödənilməsi haqda zəmanət verməlidir.
Bu halda diplomatik poçt rentgen şualarından keçirilmə prosedurundan müvafiq qaydada azad oluna bilər.
Aviasiya təhlükəsizliyi üzrə baxışdan keçirilməmiş diplomatik poçtun hava gəmisində aparılması səbəbindən aviaşirkətə dəymiş zərərin ödənilməsi mülki qaydada diplomatik poçtu göndərən müvafiq diplomatik nümayəndəlik tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının qanunlarına əsasən qadağan olunan və karantin normaları ilə tənzimlənən, hava gəmisində daşınması qadağan olunan əşyaların, məmulatların və ya avadanlıqların diplomatik poçtun tərkibində olmasına kifayət qədər əsaslar olduqda, diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinin iştirakı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) və Gömrük orqanlarının əməkdaşları diplomatik poçtun açılmasını təklif edə bilər. Təklif qəbul olunmadığı təqdirdə diplomatik poçt daşınmaya buraxılmır və açılmadan geri qaytarılır.
- b) Diplomatik poçtun diplomatik kuryer xidməti nümayəndələrinin müşayiətilə göndərilməsi və qəbul edilməsi
Diplomatik poçtu müşayiət edən kuryer şəxsi toxunulmazlığa malikdir və hər hansı formada olmasından asılı olmayaraq saxlanmalı deyil. Hava gəmisinə minikdən əvvəl diplomatik poçtu müşayiət edən kuryer və onun əl yükü müəyyən olunmuş qaydada aviasiya təhlükəsizliyinə adi baxış prosedurlarından keçməlidir.
Diplomatik kuryer xidmətinin nümayəndələri diplomatik nümayəndəlik tərəfindən rəsmi nümayəndə heyətləri salonunda qarşılandığı və ya yola salındığı təqdirdə, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) əvvəlcədən nota ilə müraciət olunmalıdır. Notada, diplomatik nümayəndəliyin məsul əməkdaşının adı, soyadı, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumat öz əksini tapmalıdır.
Diplomatik nümayəndəliyin əməkdaşı rəsmi nümayəndə heyətləri salonuna daxil olduğu zaman, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən ona verilmiş akkreditə vəsiqəsini təqdim etməlidir.
Diplomatik poçt diplomatik kuryer xidməti nümayəndələrinin müşayiətilə göndərildiyi zaman, diplomatik poçtu müşayiət edən şəxs beynəlxalq hava limanlarının rəsmi nümayəndə heyətləri salonuna yaxınlaşır. Rəsmi nümayəndə heyətləri salonunda, diplomatik poçtu müşayiət edən şəxs pasportunu, aviabiletini, surquçlanmış möhürün nömrəsini və yerlərin sayını əks etdirən diplomatik poçtu müşayiət edən sənədi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Aviasiya təhlükəsizliyi baxımından şəxsi baxış prosedurundan keçdikdən sonra hava gəmisinə daxil olur.
Göndərilən diplomatik poçt, diplomatik kuryer qismində diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müşayiət olunduğu təqdirdə isə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına yuxarıda sadalanan sənədlərlə birlikdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin əməkdaşa verilmiş akkreditə vəsiqəsi də təqdim olunmalıdır.
Diplomatik kuryer xidməti nümayəndələri tərəfindən müşayiət olunan diplomatik poçt qəbul edildiyi zaman, diplomatik poçtu müşayiət edən şəxs beynəlxalq hava limanlarının rəsmi nümayəndə heyətləri salonuna dəvət olunur. Rəsmi nümayəndə heyətləri salonunda, diplomatik poçtu müşayiət edən şəxs pasportunu, aviabiletini, surquçlanmış möhürün nömrəsini və yerlərin sayını əks etdirən diplomatik poçtu müşayiət edən sənədi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Aviasiya təhlükəsizliyi baxımından şəxsi baxış prosedurundan keçdikdən sonra rəsmi nümayəndə heyətləri salonunu tərk edir. Qəbul edilən diplomatik poçt, diplomatik kuryer qismində diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən müşayiət olunduğu təqdirdə isə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına yuxarıda sadalanan sənədlərlə birlikdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin əməkdaşa verilmiş akkreditə vəsiqəsi də təqdim olunmalıdır.
- c) Diplomatik poçtun müşayiət edilmədən göndərilməsi və qəbul edilməsi
Diplomatik poçtun diplomatik kuryer xidməti nümayəndələri tərəfindən müşayiət edilmədən daşınması aviadaşıyıcının yazılı razılığı əsasında və onun daşınma qaydalarına uyğun olaraq, hava gəmisinin kapitanına həvalə olunmaqla həyata keçirilə bilər. Hava gəmisinin kapitanına diplomatik poçtu təşkil edən yerlərin sayı qeyd olunmaqla rəsmi sənəd təqdim olunur, lakin o kuryer hesab olunmur.
Diplomatik poçt müşayiət edilmədən göndərildiyi və qəbul olunduğu zaman, diplomatik nümayəndəliyin nəqliyyat vasitəsinin rəsmi nümayəndə heyətləri salonuna yaxınlaşması məqsədilə, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (Naxçıvan Muxtar Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə) göndərilən notada əlavə olaraq diplomatik nümayəndəliyin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat mütləq qeyd olunmalıdır.
Diplomatik poçt müşayiət edilmədən göndərildiyi zaman, diplomatik poçtu göndərən diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və ona diplomatik poçtu göndərmək hüququ verən sənədi rəsmi nümayəndə heyətləri salonunda olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Sonra, şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı alır, Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşının müşayiəti ilə diplomatik poçtu göndərmək üçün hava gəmisinin bortuna yaxınlaşır, poçtu təhvil verdikdən sonra rəsmi nümayəndə heyətləri salonu vasitəsi ilə ərazini tərk edir.
Müşayiət edilmədən göndərilmiş diplomatik poçt qəbul olunduğu zaman, diplomatik poçtu qəbul edən diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və ona diplomatik poçtu qəbul etmək hüququ verən sənədi rəsmi nümayəndə heyətləri salonunda olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu qəbul etmək üçün hava gəmisinin bortuna yaxınlaşır. Poçtu qəbul etdikdən sonra poçtla birlikdə rəsmi nümayəndə heyətləri salonu vasitəsi ilə ərazini tərk edir.
- d) Diplomatik poçtun yük terminalı ilə göndərilməsi və qəbul edilməsi
Diplomatik poçt onun çəkisindən və ölçülərindən asılı olmayaraq yük qismində də göndərilə və ya qəbul oluna bilər. Bu halda həmin diplomatik poçt yalnız yük terminalı vasitəsilə göndərilir və yaxud qəbul olunur.
Diplomatik poçt yük qismində göndərildiyi zaman, aviadaşıyıcı ilə razılaşdırmaqla və onun daşınma qaydalarına uyğun olaraq, diplomatik poçtu göndərən şəxs yük terminalında olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və diplomatik poçtu göndərmək hüququ verən sənədi təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, həmin şəxs Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu göndərmək üçün yük terminalına təhvil verir. Poçtu təhvil verdikdən sonra yük terminalını tərk edir.
Diplomatik poçt yük qismində qəbul edildiyi zaman, diplomatik poçtu qəbul edən şəxs yük terminalında olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşına pasportunu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini və diplomatik poçtu qəbul etmək hüququ verən sənədi təqdim edir. Şəxsiyyətini təsdiq edən sənədin müqabilində “vizityor” buraxılış kartı aldıqdan sonra, həmin şəxs Aviasiya Təhlükəsizlik İdarəsinin (Naxçıvan Muxtar Respublikasında - Aviasiya Təhlükəsizlik Xidmətinin) əməkdaşının müşayiəti ilə diplomatik poçtu qəbul etmək üçün yük terminalına daxil olur. Poçtu qəbul etdikdən sonra, yük terminalını tərk edir.
Bu qaydada öz əksini tapmamış müddəalar Beynəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Konvensiyaya 17-ci Əlavədə qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin sənədlərinin qəbul edilməsi qaydaları
Azərbaycan Respublikasındakı bütün diplomatik nümayəndəliklər tərəfindən sənədlər rəsmi olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinə təhvil verilməlidir.
Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi tərəfindən sənədlər bayram və istirahət günləri istisna olmaqla, hər həftənin bazar ertəsi - cümə günləri saat 09.00 - dan 13.00 - dək qəbul olunur.
Sənədlər təhvil verilərkən, diplomatik nümayəndəliyin əməkdaşı Xarici işlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən ona verilmiş akkreditə vəsiqəsini Ümumi Katibliyin sənədləri qəbul edən əməkdaşına mütləq qaydada təqdim etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunmayan şəxslər tərəfindən təqdim olunan sənədlər qəbul edilmir.
Sənədlər qəbul edildikdən sonra, Ümumi Katibliyin əməkdaşı tərəfindən diplomatik nümayəndəliyin əməkdaşına sənədin qəbul olunduğu vaxt və tarix göstərilməklə müvafiq qəbz təqdim olunur.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən sənədlərin poçt-kuryer şirkətləri vasitəsilə göndərilməsi tövsiyyə olunmur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, həmçinin digər dövlət təşkilatları və idarələrə ünvanlanmış sənədlər (notalar, məktublar, müraciətlər və s.) mütləq qaydada həmin sənədlərin Azərbaycan Respublikasının dövlət dili - Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə birlikdə göndərilməlidir. Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi olmayan sənədlərə baxılmır və həmin sənədlər qəbul edilməyərək, geri qaytarılır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumi Katibliyi ilə əlaqə üçün məlumat:
Ünvan: AZ1009, Bakı şəhəri, Ş.Qurbanov küç., 4
Telefon: + 994 (12) 5969118, + 994 (12) 5969157
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iş vaxtı və Azərbaycan Respublikasında qeyri-iş günləri barədə məlumat
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin iş vaxtı:
Həftənin bazar ertəsi - cümə günləri, saat 09.00 - 18.00.
Nahar fasiləsi: saat 13.00 - 14.00.
İstirahət günləri: şənbə və bazar günləri.
Azərbaycan Respublikasında qeyri-iş günləri aşağıdakılardır:
1-2 yanvar - Yeni il
20 yanvar - Milli Matəm günü
8 mart - Beynəlxalq Qadınlar günü
20-21 mart - Novruz Bayramı
9 may - Faşizm üzərində Qələbə günü
28 may - Respublika günü
15 iyun - Milli Qurtuluş günü
26 iyun - Silahlı Qüvvələr günü
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü
- Ramazan bayramı (2 gün)*
- Qurban bayramı (2 gün)*
* Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.
Bayram günləri istirahət günlərinə təsadüf etdiyi təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramdan sonrakı iş günləri qeyri-iş günləri elan oluna bilər.
Azərbaycan Respublikasının əsas milli bayramı 28 may - Respublika günüdür (1918 - ci il).
İstirahət və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir. Həmin günlərdə diplomatik nümayəndəliklər tərəfindən rəsmi qəbulların və ya tədbirlərin keçirilməsi tövsiyyə edilmir.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazənın verilməsi qaydaları
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsi yalnız müstəsna hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə yol verilir.
Yalnız həyat və sağlamlığı üçün real təhlükə yaranan zaman özünümüdafiə məqsədilə diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə (şəhadətnamə) verilə bilər.
Diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə qarşılıqlı prinsiplər əsasında verilir.
Diplomatik nümayəndəliyin vəzifəli şəxslərinin qorunması üçün onların cangüdənlərinə xidməti silah verilmir.
İcazənin əldə olunması üçün diplomatk nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada silahın növü, çapı, nömrəsi göstərilməli və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən silahın sahibinə verilmiş akkreditə vəsiqəsinin surəti, həmin şəxsin 4x3 ölçülü 4 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.
Diplomatik nümayəndəliyin üzvünün həyat və sağlamlığı üçün yaranan real təhlükənin nədən ibarət olması əsaslandırılmalı və bir fakt Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə ünvanlanmış müraciətdə öz əksini tapmalıdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunmayan şəxslərə icazənin verilməsi barədə müraciətə baxılmır.
İcazə, silah Azərbaycan Respublikasının ərazisinə gətirilənədək alınmalıdır.
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Diplomatik nümayəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə müvəqqəti və qısamüddətli şəhadətnamələr verilmir.
Diplomatik nümayəndəliyə və onun üzvlərinə məxsus xidməti silah Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra 3 gün ərzində güllə-giliz nümunələrinin götürülməsi məqsədilə Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.
İcazənin verilməsindən imtina edilərsə, həmin xidməti silahın Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və Azərbaycan Respublikasının ərazisində saxlanılması və təyinatı üzrə istifadə edilməsinə yol verilmir.
Diplomatik nümayəndəliyin üzvləri qanuni əsaslarla onlara məxsus, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnaməsi olan xidməti silahı yalnız özlərinin müdafiəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq edə bilərlər.
Azərbaycan Respublikasının ərazisində xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə (şəhadətnamə) verilən diplomatik nümayəndəliklərin üzvləri Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin mühafizə şərtləri
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini Azərbaycan tərəfi aşağıdakı qaydada təmin edir:
- a)Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin inzibati binalarının (ofislərin) təhlükəsizliyi qarşılıqlı prinsiplər əsasında ödənişsiz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Diplomatik nümayəndəlikləri mühafizə taboru tərəfindən mühafizə olunur.
Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir.
Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sistemi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.
- b)Qarşılıqlı prinsiplər əsasında mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq polis idarələri tərəfindən post-patrul üsulu ilə mühafizə olunur.
Daimi polis postu ilə mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq idarəsi ilə müqavilə bağladıqdan sonra ödənişli əsaslarla mühafizə oluna bilər.
Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir.
Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sistemi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.
Azərbaycan Respublikasının hava məkanından və hava limanlarından istifadə üçün diplomatik icazələrin alınması qaydaları
- Xarici dövlətlərə məxsus mülki və hərbi hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından uçuşu və hava limanlarında enməsi üçün birdəfəlik diplomatik icazələrin alınmasına dair verbal notalar şənbə, bazar və Azərbaycan Respublikasının bayram günləri istisna olmaqla Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda göstərilən vaxt müddətlərinə uyğun göndərilməlidir:
- Liter və VİP əhəmiyyətli hava gəmilərinin uçuşu və enişi - 5 iş günü əvvəl
- Təhlükəli yük daşıyan və silahla təchiz olunmuş hərbi və mülki hava gəmilərinin hava məkanından istifadəsi - 14 iş günü əvvəl
- Təhlükəli və hərbi yük ilə yüklənmiş, həmçinin döyüş, radiolokasiya və aerofotoçəkiliş avadanlığı ilə təchiz olunmuş, hərbi və mülki hava gəmilərinin uçuşu və enişi - 14 iş günü əvvəl
Notada təyyarənin növü, uçuşun məqsədi, tarix qeyd edilməli və uçuş üçün müvafiq qaydada doldurulmuş bir ədəd anket notaya əlavə olunmalıdır. Qeyd olunan anketə əsas sərnişinlərin siyahısı, yüklərin növü və uçuş planı daxil olunmalıdır.
Diplomatik icazələr 72 saat müddətə etibarlıdır.
- Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələrin alınmasına dair Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota göndərilməlidir. Notada təyyarələrin növləri, qeydiyyat nömrələri, çağırış siqnalları, Azərbaycan Respublikasının hava məkanına giriş və çıxış nöqtələrinin qeyd olunması, uçuşların məqsədləri və nəzərə alınmış yükləmə haqqında məlumatlar qeyd olunmalıdır. Bununla yanaşı illik icazə verildikdən sonra hər bir uçuş üçün uçuş planı (əlavə 8) və yükün növü, parametrləri məlumat xarakterli olaraq göndərilməlidir.
Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələr müstəsna hallarda verylir.
Diplomatik illik icazələr Azərbaycan Respublikasının hava limanlarına enmə yerinə yetirən və eyni zamanda aşağıda sadalanan üst uçuşlara aid edilmir:
- Liter reyslərini yerinə yetirən və VİP hava gəmiləri,
- Döyüş, silahlı, hərbi təhlükəli yük, radiolokasiya və aerofotoçəkiliş avadanlığı ilə təchiz olunmuş hava gəmiləri;
- Ermənistan Respublikasına uçub gələn və uçub gedən hava gəmiləri;
Bu tipli uçuşlara birdəfəlik icazələr “a” bəndində qeyd olunan qaydalarla və vaxt müddətlərinə əsasən alınmalıdır.
- Azərbaycan Respublikasının hava məkanından uçuş və hava limanlarında enməsi üçün müvafiq qaydada icra olunmuş sorğular qəbul olunduqdan sonra Azərbaycan tərəfi hər hansı əlavə məlumat və ya sənədin təqdim olunmasını xahiş edə bilər.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən etimadnamələrin təqdim edilməsinə dair məlumat
Yeni səfirin gəlişi
Yeni təyin olunmuş Səfir Bakı şəhərinə gəldikdə hava, dəniz limanlarının, dəmir yolu vağzalının VİP salonlarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin nümayəndəsi tərəfindən qarşılanır. Qarşılanma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfir Bakı şəhərinə avtomobillə gəldikdə, dövlət protokolu idarəsinin nümayəndəsi Səfiri səfirliyin iqamətgahında salamlayır.
Səfirin qarşılanması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (DPİ) onun Bakı şəhərinə gəlmə tarixi, vaxtı, reys nömrəsi və onu müşayiət edən şəxslər barəsində məlumat verilməlidir.
Etimadnamənin surətinin təqdim edilməsi
Etimadnamənin surəti yeni təyin olunmuş səfir tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər nazirinə, nazir müavininə və ya Dövlət Protokol İdarəsinin rəisinə təqdim edilir.
Yeni təyin olunmuş səfir mərasimindən öncə xarici işlər nazirliyinin dövlət protokolu idarəsinin rəisi tərəfində qəbul olunur.
Səfiri Xarici İşlər Nazirliyində DPİ-nin nümayəndəsi və müvafiq ərazi idarəsinin əməkdaşı qarşılayırlar. DPİ ilə razılaşdırıldıqda Səfiri diplomatik heyət üzvləri müşayiət edə bilər.
Etimadnamənin surətinin Xarici İşlər nazirinə təqdim edilməsi mərasimi nazirin görüş otağında keçirilir. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq ərazi idarəsinin rəisi və Mətbuat və İnformasiya Siyasəti İdarəsinin nümayəndəsi iştirak edirlər.
Səfir etimadnaməsinin və əvvəlki səfirin geri çağırılması barədə məktubun surətlərini xarici işlər nazirinə təqdim edir. Birgə fotoşəkil çəkilir.
Etimadnamənin təqdim edilməsi mərasimi
Etimadnamənin təqdim olunması mərasimi Azərbaycan Respublikası Prezidentinin Sarayında keçirilir.Təyin edilmiş gün Səfiri İqamətgahından Azərbaycan Respublikası Prezidentinin Sarayınadək rəsmi avtomobildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşı müşayiət edir. Azərbaycan Respublikası Prezidentinin Sarayınadək avtomobil eskortla hərəkət edir. Mərasim zamanı Səfiri 2-dək əməkdaşı və Hərbi attaşe (olduqda) müşayiət edə bilər. Mərasimdə həmçinin, Səfirin həyat yoldaşı iştirak edə bilər.
Prezident Sarayının Rəsmi qarşılanma meydanında Səfirin şərəfinə fəxri qarovul düzülür, qırmızı xalça Salınır. Müəyyən edilmiş vaxt avtomobil Prezident Sarayının Rəsmi qarşılanma meydanına daxil olur. Təntənəli təbil marşı səslənir. Səfiri avtomobilin qarşısında Fəxri qarovulun rəisi qarşılayır və hərbi salam verir. Səfir Fəxri qarovulun önündə Azərbaycan Respublikasının Dövlət bayrağına təzim edir və Fəxri qarovulun qarşısından keçir. Binanın girişində Səfiri Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin əməkdaşı qarşılayır və xüsusi otağa dəvət edir. Çay və sərinləşdirici içkilər təqdim olunur.
Dəvət olunduqda, Səfir və onu müşayiət edən şəxslər (sırayla, protokol ardıcıllığına əsasən) “Danışıqlar zalı”ndan keçərək “Rəsmi mərasimlər zalı”na tərəf irəliləyirlər. “Rəsmi mərasimlər zalı”na daxil olduqda, Prezidentin Protokol Xidmətinin rəisi Səfiri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Səfir Azərbaycan Respublikası Prezidentinin qarşısında 2-3 addım məsafədə dayanır. Müşayiət edən şəxslər cərgə ilə Səfirdən 3 addım arxada dayanırlar. Azərbaycan Respublikası Prezidentinin sağ tərəfində Azərbaycan Respublikasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri dayanırlar.
Səfir “cənab Prezident, ... Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfir təyin olunmağım haqqında etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim etməyi özümə şərəf sayıram”
“Mr. President I have the honor to present you my Letters Of Credence accrediting me as an ambassador of …… to the Republic of Azerbaijan and the letter recalling my predecessor”
«Господин Президент, имею честь предоставить Вам верительные грамоты аккредитующего меня в качестве посла …….. в Азербайджанской Республике и отзывное письмо моего предшественника»
sözlərini deyir. Səfir öz arzusu ilə 2 cümlə əlavə edə bilər. Sonra Azərbaycan Respublikasının Prezidentinə yaxınlaşaraq etimadnaməni və əvvəlki səfirin geri çağırılması barədə məktubu (olduqda) təqdim edir, əl tutaraq salamlaşır. Azərbaycan Respublikasının Prezidenti və Səfir Azərbaycan Respublikasının Dövlət bayrağı qarşısında fotoşəkil çəkdirməyə dəvət olunurlar. Səfir onu müşayiət edən şəxsləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və birgə fotoçəkiliş aparılır.
Azərbaycan Respublikasının Prezidenti Səfiri qısa görüşə dəvət edir. Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri iştirak edirlər.
Görüşdən sonra Prezidentin Protokol Xidmətinin əməkdaşı yola salır. Səfir Fəxri qarovulun önündən keçir və avtomobilə əyləşərək yola düşür.
Mərasim zamanı geyim forması: kişilər üçün tünd kostyum və ya milli geyim, xanımlar üçün kostyum, milli geyim və ya paltar. Hərbi attaşe iştirak etdikdə uniformada olmalıdır.
Səfirin fəaliyyət müddətinin başa çatması
Fəaliyyət müddəti başa çatmış səfir Azərbaycan Respublikasını tərk etməmişdən öncə ölkə rəhbərliyi ilə vida görüşləri keçirilməsi barədə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət edir.
İqamətgahı Bakı şəhərində yerləşən səfirin fəaliyyət müddəti başa çatdıqda, onun şərəfinə xarici işlər nazirinin müavini və ya müvafiq idarə rəisinin adından nahar verilir.
Fəaliyyət müddəti başa çatmış səfiri hava və ya dəniz limanının, dəmir yolu vağzalının VİP salonunda Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin nümayəndəsi yola salır. Yola salma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfirin yola salınması üçün onun getmə tarixi, vaxtı, reys nömrəsi barəsində Xarici İşlər Nazirliyini əvvəlcədən məlumat verilməlidir.
Səfir Azərbaycan Respublikasının ərazisini avtomobil vasitəsilə tərk edərsə, dövlət protokolu idarəsinin nümayəndəsi Səfirlə səfirliyin iqamətgahında sağollaşır.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verilməsi qaydaları
- a)Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşlarına Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş üçün imkan yaradan icazə (giriş kartları) məhz qarşılıqlı prinsip əsasında verilir.
Giriş kartları, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin əməkdaşları üçün Azərbaycan Respublikasına səfər edən nümayəndə heyətlərinin və diplomatik kuryer xidməti əməkdaşlarının qarşılanması və yola salınması, konsulluq məsələlərinin həll olunması və s. bu kimi proseslərdə iştirak etməyə imkan yaradır.
Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları hər bir nümayəndəlik üçün 3 ədədə qədər olmaq şərtilə, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin yalnız diplomatik və inzibati-texniki işçilərinə verilə bilər.
Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartlarının verildiyi şəxslər qarşılanma zamanı sərhəd zonasına, yola salınma zamanı təhlükəsizlik zonasına kimi mövcud sahələrə və eyni zamanda tranzit zonalara daxil ola bilər. Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına daxil olma zamanı diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən giriş kartları ilə bərabər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin şəxslərə verilmiş akkreditə vəsiqələri də təqdim olunmalıdır.
- b)Heydər Əliyev beynəlxalq mühafizə olunan məhdud girişli zonalarına giriş kartları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yazılı müraciətinə əsasən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsi tərəfindən verilir.
İcazənin əldə olunması üçün diplomatik nümayəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada giriş kartının veriləcəyi şəxsin adı, soyadı, tutduğu vəzifə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən həmin şəxsə verilmiş akkreditə vəsiqəsinin nömrəsi göstərilməlidir. Eyni zamanda notaya giriş kartının veriləcəyi şəxsin pasportunun və akkreditə vəsiqəsinin surəti, 4x3 ölçülü 2 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.
Giriş kartlarının verilməsinə dair diplomatik nümayəndəliklər tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş müraciətlərin baxılma müddəti 14 iş günüdür.
Kartlar diplomatik nümayəndəliklərin hər bir əməkdaşına Heydər Əliyev beynəlxalq aeroportunda yerləşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin buraxılış bürosunda şəxsən verilir.
Heydər Əliyev beynəlxalq aeroportunun mühafizə olunan məhdud girişli zonalarına giriş kartları bir il müddətinə verilir. Giriş kartlarının hazırlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsinin xərclərinin maya dəyəri diplomatik nümayəndəliklər tərəfindən ödənilməlidir.
Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının Azərbaycan Respublikası ərazisinə müvəqqəti silahın gətirmələri və gəzdirmələrinə dair
Q A Y D A L A R
Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının xidməti silahlarını və xüsusi müdafiə vasitələrini Azərbaycan Respublikası ərazisinə gətirmələri üçün icazə (lisenziya) qarşılıqlı razılaşma əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin vasitəsilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aşağıdakı qaydalar əsasında verilir.
1) Xarici ölkələrin Xarici İşlər Nazirlikləri (səfirlik, beynəlxalq təşkilat) tərəfindən rəsmi nota ən azı üç iş günü öncə (şənbə, bazar və Azərbaycan Respublikasının rəsmi bayram günləri istisna olaraq) Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilməlidir və notada aşağıdakı məlumatlar mütləq göstərilməlidir.
- mühafizə əməkdaşının adı və soyadı;
- mühafizə əməkdaşının pasport nömrəsi, verilmə tarixi və qan qrupu;
- silahın miqdarı, nömrəsi, növü və kalibri;
- mərmilərin və sursatın miqdarı;
- rabitə vasitələrinin növü, miqdarı, istifadə olunan və ehtiyat radio tezlikləri;
- gəliş və gediş haqqında tam məlumat;
2) Xidməti silahın və xüsusi müdafiə vasitələrinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi və gəzdirilməsi üçün müvafiq icazə (lisenziya) mühafizə əməkdaşının müşayiət etdiyi qorunan şəxsin Azərbaycan Respublikasında səfərdə olduğu müddətə verilir;
3) Azərbaycan Respublikası ərazisinə gətirilən silah və xüsusi müdafiə vasitələri sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən yoxlanılır və notada göstərilən məlumatlarla eynilik təşkil etdiyi təqdirdə icazə (lisenziya) verilir;
4) Qeyd olunan icazə (lisenziya) qorunan şəxs ölkəni tərk edən zaman sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidmətinə təhvil verilir;
5) Ön işçi qrupu üzvlərinə Azərbaycan Respublikasına silah gətirməyə və ölkə ərazisində gəzdirilməsinə icazə verilmir;
6) Xidməti silahların və xüsusi müdafiə vasitələri Azərbaycan Respublikası ərazisinə gətirməyə və gəzdirməyə icazə verilmiş xarici dövlətlərin təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın Azərbaycan Respublikası ərazisində tətbiqi və istifadəsi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı qaydada həyata keçirilir;
- odlu silah işlədilməklə insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
- odlu silah işlədilməklə qiyam və kütləvi iğtişaşlar baş verdikdə;
- odlu silah işlədilməklə girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
- odlu silah işlədilməklə yaşayış binalarına, müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;
- insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;
- şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;
- insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;
- odlu silahın digər şəxs tərəfindən ələ keçməsinin qarşısı alındıqda;
- insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.
Təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda odlu silahdan edilə bilər.
Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan mexaniki nəqliyyat vasitələrindən təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər).
Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşağı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda tətbiq edilə bilməz.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsi məsələsi
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasındakı bütün diplomatik missiyaların əməkdaşlarını ölkədə qəbul olunmuş yol hərəkəti qaydalarına riayət etməyə və nəqliyyat vasitələrini onlar üçün xüsusi ayrılmış, müvafiq qaydada işarələnmiş yerlərdə parklamağa çağırır.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, videokamera və radar qurğuları tərəfindən diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozması və yaxud parklama yerinə riayyət etməməsi kimi hallar qeydiyyata alındığı təqdirdə, onlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati xətalara görə cərimələrin ödənilməsinə cəlb oluna bilər. Diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik əməkdaşlarının inzibati xətalara görə cərimələrin ödənilməsindən azad olunması prosedurası yalnız qarşılıqlı prinsiplər əsasında həyata keçirilir.
Qarşılıqlı prinsiplər əsasında cərimələrin ödənilməsindən azad olunma prosedurası Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik olmayan əməkdaşlarına şamil olunmur.
- Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edildiyinə kifayət qədər əsas olduğu təqdirdə, həmin şəxslər nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılır və onlara tibbi müayinədən keçmək təklif olunur. Nəqliyyat vasitəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsi təqdim olunduğu təqdirdə aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinə təhvil verilir.
Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sənədləşdirilmə prosesi zamanı həmin prosesdə iştirak etmək məqsədilə nəqliyyat vasitəsinin aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi dəvət olunur. Diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi məhz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini təqdim etdiyi təqdirdə yol-nəqliyyat hadisəsinin sənədləşdirilmə prosesində iştirak edə bilər.
- Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən bütün nəqliyyat vasitələrinin texniki vəziyyəti yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.
Yol hərətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ildə bir dəfə texniki baxış keçirilir. Bu qayda, istisnasız olaraq Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin və ya onların əməkdaşlarının bütün nəqliyyat vasitələrinə də aiddir.
Diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələri texniki baxışdan keçirildiyi zaman, 1961-ci il “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına” uyğun olaraq onlardan yol vergisi tutulmur. Diplomatik nümayəndəliklər tərəfindən məhz avtonəqliyyat vasitələrinə texniki baxış ilə əlaqədar xidmətin göstərildiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsum ödənilməlidir.
Diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələri texniki baxışdan keçirildiyi zaman başlıca texniki tələblərə uyğun gəldiyi təqdirdə, həmin nəqliyyat vasitələrinə müvafiq texniki baxış talonu və stiker verilir. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.
İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur.
Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və sürücülük vəsiqələrindən istifadə qaydaları
- a) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə, həmçinin, onların əməkdaşlarına Azərbaycan Respublikasına gömrük və başqa rüsumlardan azad nəqliyyat vasitələri idxal etmək, yerli bazarlardan satın almaq hüququ verilir. Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətləri tərəfindən ölkəyə idxal edilən və ya alınan nəqliyyat vasitələrinin sayı qarşılıqlı prinsiplər əsasında tənzimlənir.
Konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normaların tələblərinə uyğun olmayan, sükanı sağ tərəfdə olan və tündləşdirilmiş şüşələri olan nəqliyyat vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçirilmir.
Nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət nömrə nişanı verilməsi üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- Verbal nota;
- Iki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması barədə müraciət” vərəqəsi (bax əlavə 9 müvafiq nümunəli müraciət forması);
- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqəsinin surəti;
- Nəqliyyat vasitəsinin şəxsə aidiyyatı haqqında arayış (alqı-satqı müqaviləsi, hesab-arayış və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər);
- Gömrük bəyannaməsinin və gömrük icazəsinin surəti.
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları əməkdaşların akkreditə vəsiqələrinin növlərindən asılı olaraq aşağıdakı qaydada verilir:
- “D” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə;
- “T” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalın və bu personalın ailə üzvlərinin nəqliyyat vasitələrinə;
- “FK” seriyalı dövlət qeydiyyat nişanı - fəxri konsulların nəqliyyat vasitələrinə;
Qeyd olunmalıdır ki, ümumi etibarnamə əsasında Azərbaycanın daxili bazarından alınan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları yalnız alqı- satqı barədə arayış təqdim olunduqdan sonra verilir. Alqı-satqı məbləğinin miqdarından, nəqliyyat vasitəsinin ilindən və onun mühərrikinin həcmindən asılı olaraq ödəniş haqqları satan şəxs tərəfindən Azərbaycan Respublikasında qəbul olunmuş tariflərə əsasən verilir.
- b) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman həmin nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması mütləqdir.
Nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- Verbal nota;
- Iki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında qeydiyyatdan çıxarılması barədə müraciət” vərəqəsi (bax əlavə 9 müvafiq nümunəli müraciət forması);
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;
- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqəsinin surəti.
Nəqliyyat vasitələrinin satışı üçün heç bir məhdudiyyət qoyulmur. Diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nəqliyyat vasitələri Respublika ərazisində istənilən vaxt satıla bilər. Əgər nəqliyyat vasitəsi başqa bir diplomatik əməkdaşa satılarsa, o təqdirdə xidməti haqdan başqa heç bir dövlət rüsumu ödənilmir. Əgər nəqliyyat vasitəsi Azərbaycan vətəndaşına satılarsa, o zaman satılmazdan əvvəl nəqliyyat vasitəsinin sahibi tərəfindən bütün gömrük rüsumları ödənilməlidir. Azərbaycan Respublikası ərazisindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmadığı və dövlət qeydiyyat nişanlarının geri qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinə yeni dövlət qeydiyyat nişanları verilməyəcəkdir.
- c) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının hər ikisi itirildiyi zaman, həmin qeydiyyat nişanları aşkar olunduğu müddətə qədər itirilmiş dövlət qeydiyyat nişanlarının yerinə onların dublikatı verilmir. Onların əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni dövlət qeydiyyat nişanları verilir.
- d) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinin və ya onların dövlət qeydiyyat nişanlarının hər hansı bir halda dövlət idarələrinin, qeyri-hökumət təşkilatlarının və digər qurumların və yaxud şəxslərin daimi və ya müvəqqəti əsaslarda istifadəsinə verilməsi qadağandır.
- e) Azərbaycan Respublikası diplomatik nümayəndəliklərin əməkdaşlarına nəqliyyat vasitələrini idarə edərkən öz dövlətləri tərəfindən verilmiş beynəlxalq sürücülük vəsiqələrinin istifadəsinə icazə verməklə yanaşı, həmçinin, Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini almaq imkanı yaradır. Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini almaq üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- Verbal nota;
- Sürücülük vəsiqəsinin surəti;
- Sürücülük vəsiqəsinin Azərbaycan dilində təsdiq olunmuş tərcüməsi;
- Sürücülük vəsiqəsinin sahibinin akkreditə vəsiqəsinin surəti
Azərbaycan Respublikasına səfər edən xarici nümayəndə heyətlərinə mühafizənin ayrılması qaydaları
Azərbaycan Respublikasına səfər edən xarici nümayəndə heyətlərinin rəhbərlərinə Azərbaycan Respublikasımn Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə ayrıla bilər.
Azərbaycan Respublikasına səfər edən aşağıdakı şəxslər Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə ilə təmin olunur:
- Xarici dövlətlərin dövlət başçıları, hökumət basicları, parlament sədrləri və xarici işlər nazirləri;
- Öz ölkələrində mühafizə obyekti olduqları təqdirdə, xarici dövlətlərin dövlət başçılarının, hökumət başçılarının və parlament sədrlərinin ailə üzvləri;
- BMT Baş Katibi və mühafizə obyekti olan digər beynəlxalq təşkilatların rəhbərləri;
- Öz ölkələrində mühafizə obyekti olan Azərbaycan Respublikasına mühafizəsiz səfər edən nümayəndə heyətlərinin rəhbərləri.Bununla əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinə müvafiq nota ilə müraciət edilməlidir. Notada səfərin məqsədi, nümayəndə heyətinin tərkibi, marşrutun göstərilməsi şərtilə dəqiq gəlmə və getmə tarixləri (proqram əlavə oluna bilər), mühafizə obyektlərini müşayiət edəcək mühafizəçilər barədə məlumatlar təqdim edilməli və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizənin ayrılması xahiş olunmalıdır.
Bu zaman Azərbaycan Respublikası ərazisində qüvvədə olan aşağıdakı qaydalar nəzərə alınmalıdır:
- a) Mühafizə obyektini müşayiət edən mühafizə zabitlərinin Azərbaycan Respublikasına silahların və rabitə vasitələrinin gətirməsi və müvəqqəti gəzdirməsi qaydaları.
Səfirliklər (diplomatik nümayəndəliklər) təklifləri yazılı formada, nota şəklində planlaşdırılmış gəlişdən ən azı 5 iş günü əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərməlidir. Nota doldurulmuş 10a, 10b və 10c formaları ilə birlikdə göndərilməldir (əlavə olunur).
Silahların gətirilməsi və müvəqqəti gəzdirilməsi üçün icazəni Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti verir. İcazəyə, silahın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasında gəzdirilməsi, tətbiqi və istifadə olunması qaydaları əlavə olunur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisində digər ölkələrin mühafizə zabitləri tərəfindən avtomat silahların gəzdirilməsinə icazə verilmir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti təqdim olunan radio tezliklərin istifadə olunmasına icazə verilməsi məsələsinə baxacaqdır. Tələb olunan tezliklərin verilməsi mümkün olmadığı təqdirdə istifadə üçün digər tezliklər təklif olunacaqdır.
Əgər nümayəndə heyəti ölkəyə hər hansı bir əlavə xüsusi texnika və ya avadanlıqlar gətirməyi planlaşdırırsa, həmin xüsusi texnikadan ölkədə istifadə edilməsi üçün əvvəlcədən icazə alınması vacibdir. Məlumatlar notaya əlavə olunmalıdır.
- b) Xüsusi təyyarənin qorunması ilə əlaqədar icazə qaydaları.
Mühafizə obyektinin gəldiyi xüsusi təyyarənin qorunması ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinə nota ilə müraciət olunmalıdır.
Əgər ölkəyə gələn mühafizə əməkdaşları da təyyarənin mühafizəsində iştirak etmək istəyərlərsə, həmin şəxslər barədə ətraflı məlumatlar notaya əlavə olunan 10b və 10c formalarında göstərilməlidir.
Yol hərəkəti qaydalarının pozuntularına dair
Diplomatik nümayəndəliyin immunitet və imtiyazlara məxsus əməkdaşlarının nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi məsələsinə qarşılıqlılıq prinsipi əsasında baxılır.
Ödənişli fəaliyyətə dair
Diplomatik nümayəndəliyin immunitet və imtiyazlara məxsus əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyəti ikitərəfli hökümətlərarası saziş əsasında yerləşmə dövlətinin vergilərinin ödənilməsi şərti ilə həyata keçirilir.
Azərbaycan Respublikasının hava limanlarındakı VİP salonlardan istifadə qaydaları
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçıları və onlarla birlikdə səfər edən ailə üzvləri (həyat yoldaşları və yetkinlik yaşına çatmamış övladları), eyni zamanda, nazir müavinləri və həmin statusda olan şəxslər tərəfindən ölkə ərazisində yerləşən beynəlxalq hava limanlarının VİP salonlarından ödənişsiz istifadə olunması yalnız qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir. Bu prinsip təmin olunmadığı təqdirdə diplomatik nümayəndəliyin başçısının Azərbaycan Respublikasında diplomatik fəaliyyətə başladığı zaman ölkəyə ilk dəfə gəlişi və fəaliyyətini bitirib ölkəni tərk etmə zamanı VİP salonundan istifadəsi təmin edilir.
VİP salonlarından ödənişsiz istifadə olunması üçün müraciətlər Dövlət Protokolu İdarəsinə şənbə və bazar günləri, həmçinin, rəsmi qeyri-iş günləri istisna olmaqla 48 saat öncədən göndərilməli və göndərilmiş sorğuya müvafiq sənədlər, o cümlədən, salondan istifadə edənlərin adları, soyadları, vəzifələri, uçuş cədvəlləri əlavə edilməlidir.
Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqinə dair
Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq sənədlərin təqdim edilməsi şərti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik missiyalar üçün yalnız qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir və diplomatik nümayəndəliyə təqdim olunmuş bildirişdə əks olunan şərtlər Azərbaycan Respublikasının həmin ölkədəki Səfirliyinə verilmiş imtiyazlara uyğun tərtib olunur.