Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)

NATO - Wikipedia

Məqsədi:

Kollektiv müdafiə

 

Yaradılıb:

4 aprel 1949-cu il

Mənzil Qərargahı:

Brüssel şəhəri, Belçika Krallığı 

Baş katibi :

Yens Stoltenberq

 

Üzv dövlətlər:
Belçika, Kanada, Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq, Niderland Krallığı, Norveç, Portuqaliya, Birləşmiş Kralıq and ABŞ (təsisçi dövlətlər), Yunanıstan və Türkiyə (1952), Almaniya (1955), İspaniya (1982), Çex Respublikası, Macarıstan və Polşa (1999), Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya (2004), Albaniya və Xorvatiya (2009) Monteneqro (2017) və Şimali Makedoniya Respublikası (2020).

3 tərəfdaş dövlət üzvlük üçün müraciət etmişdir: Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna.



Azərbaycan Respublikasının statusu: 

Sülh naminə Tərəfdaşlıq proqramı üzrə tərəfdaş dövlət (1994)



Tarixi:
NATO 1949-cu ildə Vaşinqton müqaviləsi ilə regional kollektiv müdafiə təşkilatı qismində təsis edilmişdir. Təşkilat razılaşdırılmış siyasətlərin həyata keçirilməsi və hərbi hazırlıqların təmin edilməsi məqsədi ilə hərbi komanda strukturları yaratmışdır.

NATO həmçinin Əfqanıstan və Kosova ərazisində sülhməramlı əməliyyatlar, İraqda təlim missiyası və Aralıq dənizində dəniz təhlükəsizliyi əməliyyatı həyata keçirir.


Azərbaycan-NATO əməkdaşlığı 

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.

Azərbaycan SNT sənədinin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən məsələlər müzakirə olunur. 

Azərbaycan SNT Təqdimat Sənədi (1996), Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı üzrə Təqdimat Sənədi (2004) və Milli Təhlükəsizlik Konsepsiyasında (2007) əks olunan məqsədlərə nail olmaq üçün müvafiq tərəfdaşlıq vasitələrindən fəal istifadə edir. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak, mülki fövqəladə planlama, meydana gələn təhlükəsizlik təhdidləri ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə etmişdir.

Hazırda (2020-ci il) Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına 120 nəfərlik heyətlə töhfə verir.

Arxiv üzrə axtarış

xin diplomatic service