Namibiya

Waving Flag of Namibia (Animated Gif)

Namibiya Respublikası

Prezident: Zati-aliləri cənab Haqe Qeinhob

Vitse-prezident: cənab Nanqolo Mbumba

Baş Nazir: xanım Saara Kuuqonqelva-Amadhila

İkipalatalı Parlament: Milli Şura (yuxarı palata) Sədr: cənab Bernard Sibalatani

Milli Assembleya (aşağı palata) Spiker: cənab Piter Katcavivi

Baş Nazirin müavini, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri: xanım Netumbo Nandi-Ndaitvah

 

İkitərəfli münasibətlər

13 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESKO-nun 70 illiyinə həsr olunmuş “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında Namibiya Respublikasının Ombudsmanı Con Volters iştirak etmişdir.

17 oktyabr 2019-cu il tarixində Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair Birgə Kommünike imzalanmışdır.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Namibiya Respublikasının Prezidenti Haqe Qeinqobun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

5.89

25.41

31.30

 Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Arxiv üzrə axtarış

xin diplomatic service