BƏƏ

Waving Flag of the United Arab Emirates (Animated Gif)

Birləşmiş Ərəb Əmirlikləri

 

Dövlət başçısı (Prezident): Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyan 

Baş Nazir: Şeyx Məhəmməd bin Raşid Əl Məktum

Parlament (Milli Federal Şura) Sədrixanım Amal Əl-Qubeysi

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: Şeyx Abdullah bin Zayed Əl Nəhyan

 

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri: cənab Mahir Əliyev

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri: cənab Məhəmməd Əhməd Əl-Qubaisi   

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://abudhabi.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur.   1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində BƏƏ Prezidenti Əlahəzrət Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşmüşdür.

2014-cü ilin 17-18 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilmişdir.

1-3 aprel 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş Naziri, Dubayın Hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum Azərbaycan Respublikasına rəsmi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

1-2 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BƏƏ-də rəsmi səfərdə olmuşdur.

2016-cı ilin 18-20 noyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab E.Məmmədyarov BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilmiş növbəti üçüncü 7-ci Sir Bəni Yas forumunda iştirak etmişdir.

2017-ci ilin 19-20aprel tarixlərində Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir.

21 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakı çərçivəsində Əbu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşmüşdür.

22 may 2017-ci il tarixində BƏƏ Xarici İşlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və Xarici İşlər naziri cənab Elmar Məmmədyarov ilə görüşmüşdür.

4 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Azərbaycanda keçirmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri cənab Ənvər Qarqaşı qəbul etmişdir.

18 iyun 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün səyahət qadağasında BƏƏ vətəndaşlarına Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsi qadağan edilmişdir.

13-15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-nin Əbu Dabi və Dubay şəhərlərində səfərdə olmuşdur. Azərbaycan Respublikasının nümayəndə heyəti Əbu Dabidə keçirilmiş “Gələcəyin Enerjisi üzrə Beynəlxalq Sammiti 2019” beynəlxalq tədbirində iştirak etmişdir.     

10-12 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində keçirilmiş VII Düyna Hökumətlər Sammitində (WGS 2019) iştirak etmişdir. 

17-21 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilmiş “IDEX 2019” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında iştirak etmişdir. Tədbir çərçivəsində Z.Həsənov BƏƏ-nin Müdafiə Məsələləri üzrə Dövlət Naziri Məhəmməd Əhməd Əl Bavardi Əl Flasi ilə görüşmüşdür.

14-21 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilmiş “Əbu Dabi 2019 Ümumdünya Xüsusi Olimpiya Oyunları” tədbirinin açılış mərasimində iştirak etmişdir. Tədbir çərçivəsində A.Rəhimov Əbu Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl Nəhyan və Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Raşid Əl Məktum ilə görüşmüşdür.

2019-cu ilin 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “OPEC plus” ölkələrinin iclasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Suheyl Məhəmməd Əl-Məzrouni qəbul etmişdir.

23 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinə təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Mahir Əliyev öz etimadnamələrinin surətini BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Əhməd Sari Əl Məzruiyə təqdim etmişdir.

07 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinə təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Mahir Əliyev öz etimadnamələrinin əslini BƏƏ-nin vitse-Prezidenti, Baş Nazir, Dubay hökmdarı Şeyx Məhəmməd Bin Raşid Əl Məktuma təqdim etmişdir.

9-12 sentyabr 2019-cu il tarixlərində Asiya ölkələri nazirlərinin enerji üzrə 8-ci dəyirmi masasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti BƏƏ-yə səfər etmişdir. Səfər zamanı P.Şahbazov BƏƏ-nin Enerji və Sənaye Naziri Suheyl Məhəmməd Fərəc Fares Əlməzrui ilə görüşmüşdür.

17-30 sentyabr 2019-cu il tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində . Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov  ilə BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed Al Nəhyan arasında görüş keçirilmişdir.   

21-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə görüşündə BƏƏ tərəfini Xarici İşlər üzrə Dövlət naziri Dr.Ənvər Qarqaş təmsil etmişdir.

23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

23 oktyabr 2019-cu il tarixində . Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri d-r Ənvər Qarqaş ilə görüşmüşdür. Görüş zamanı nazir E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim etmişdir.

30 oktyabr 2019-cu il tarixində Əbu Dabi şəhərində Azərbaycan-BƏƏ XİN-lərarası Siyasi məsləhətləşmələr keçirilmişdir.

11-14  noyabr 2019-cu il tarixlərində BƏƏ-də keçirilmiş Əbu Dabi Beynəlxalq Neft Sərgi və Konfransında SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

12-13 noyabr 2019-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Hökumətləri arasında Birgə Komissiyanın 7-ci iclası keçirilmişdir. Bu məqsədlə BƏƏ-nin İqtisadiyyat Naziri Sultan Bin Saeed Al Mansoorinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı BƏƏ nümayəndə heyətinin başçısını . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir.

14-15 noyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmiş “Dünya dini liderlərinin II Bakı Sammiti”ndə Birləşmiş Ərəb Əmirliklərinin Prezident Məsələləri üzrə Nazirliyinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Əli bin Seyyid Əbdülrəhman Al Haşimin başçılıq edəcəyi nümayəndə heyəti iştirak etmişdir.

15-17 noyabr 2019-cu il tarixlərində Liwa Oazis - Əbu Dabidə keçirilmiş Sri Bani Yas Forumunda . Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak etmişdir.  

29 noyabr-01 dekabr 2019-cu il tarixlərində Əbu Dabidə keçirilmiş Formula 1- Etihad Hava Yolları 11-ci Yas Marina Əbu Dabi Qran Pri yarışında AR-in Gənclər və İdman naziri Azad Rəhimov iştirak etmişdir. Yarışda həmçinin, AR Müdafiə Sənayesi Naziri Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. 

7-10 dekabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə AZPROMO-nun dəstəyi ilə 30-35 şirkətin nümayəndələrinin iştirakı ilə  Azərbaycan Ticarət Missiyası Dubaya səfər etmişdir.  

16-20 dekabr 2019-cu il tarixlərində Əbu Dabidə keçirilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 8-ci sessiyasında Azərbaycan Respublikası Baş Prokurorun müavini, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

28-29 yanvar 2020-ci il tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilmiş Aparıcı Qlobal İnvestisiya üzrə Aviasiya Sammitində  . Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak etmişdir. 

08-13 fevral 2020-ci il tarixlərində Əbu Dabidə keçirilmiş 10-cu Dünya Şəhərləri Forumunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak etmişdir.  

4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşündə Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə və Profilaktika Naziri Əbdülrəhman Mohamed Al Oveysi iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ilin 09-11 mart tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-nin Əbu Dabi şəhərində rəsmi səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti “Müsəlman Cəmiyyətlərində Sülhün Təşviqi” adlı beynəlxalq forumda iştirak etmişdir.

2016-cı ilin 12-13 oktyabr tarixlərində İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova BƏƏ-də səfərdə olmuşdur. 

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 29 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

61 147.23

4 322.66

65 469.89

2015

66 669.69

5 613.73

72 283.42

2016

57 793.67

11 578.12

69 371.79

2017

22 795.04

16 700.06

39 495.1

2018

32 290.82

22 103.83

54 394.65

2019

46 929.39

19 141.11

66 070.50

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi+ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Azərbaycandan ixrac olunan məhsullar: mühərrik benzinləri, turbovintli mühərriklər, neft-qaz buruqlarının qazılması üçün borular.

BƏƏ-dən idxal olunan məhsullar: mühərrik yağları, kimyəvi məhsullar, poliefirlər, dəmir və polad borular, qara metallardan konstruksiyalar, kənd təsərrüfatı üçün çiləyici və tozlandırıcı mexaniki qurğular, üzən və ya su altında işləyən qazma və ya istismar platformaları, yer və tunelqazan maşınların hissələri

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya

Yaranma tarixi: 21 may 2008-ci il.

Sonuncu iclasın tarixi: 12-13 noyabr 2019-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Hökumətləri arasında Birgə Komissiyanın 7-ci iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service