Hindistan

Waving Flag of India (Animated Gif)

Hindistan Respublikası

 

Prezident: Zati aliləri  cənab Ram Nat Kovind    

Baş Nazir: cənab Narendra Modi

Parlamentin Yuxarı Palatasının (Racya Sabha) Sədri: cənab Venkaiah Naidu

Parlamentin Aşağı Palatasının (Lok Sabha) Sədri: cənab Om Birla

Xarici İşlər naziri: cənab Subrahmanyam Caişankar

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı səfiri: cənab Əşrəf Şıxəliyev

Hindistanın Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Vanlalvavna Bavitlung

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az

 

 

İkitərəfli münasibətlər

26 dekabr 1991-ci ildə Hindistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1992-ci ildə qurulmuşdur.

2004-cü ildən Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi fəaliyyət göstərir. Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi oktyabr 1999-cu ildə açılmışdır.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan keçmiş Sovet İttifaqının tərkib hissəsi olan zaman, Hindistan Nobel Laureatı Rabindranah Taqor, Hindistanın sabiq prezidenti cənab Savrepalli Radhakrişna 1956-cı ildə vitse-prezident qismində, 1961-ci ildə Hindistanın Baş naziri cənab Cəvarhirləl Nehru Azərbaycan Sovet Sosialist Respublikasına səfər etmişlər.

2-5 may 2013-cü ildə Azərbaycanın cənab Elmar Məmmədyarov Hindistana rəsmi səfər etmişdir. Səfər zamanı xarici işlər naziri E.Məmmədyarov Hindistanın xarici işlər naziri Salman Xurşid, vitse–prezidenti Həmid Ənsari ilə görüş keçirmişdir. Səfər çərçivəsində XİN-lərarası protokol imzalanmışdır.

1 dekabr 2017-ci ildə Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Cavid Əkbər Bakı şəhərində Əfqanıstanla bağlı keçirilmiş Asiyanın Ürəyi-İstanbul Prosesinin Nazirlər görüşündə iştirak etmiş, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, xarici işlər naziri cənab Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir.

3-6 aprel 2018-ci ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarac Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Hindistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir. 

22–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin Hazırlıq Toplantısında iştirak etmək məqsədilə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.

24–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Hindistanın vitse-prezidenti cənab Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası işçi qrupları

5 oktyabr 2000-ci ildən AR Milli Məclisində Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Naqif Həmzəyev.

 

Humanitar sahədə əməkdaşlıq

2017-ci ildən etibarən Beynəlxalq Yoqa Günü münasibəti ilə Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycanda bir sıra tədbirlər keçirilmişdir.   

5 oktyabr 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistan azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

25-26 oktyabr 2018-ci ildə “Yeni dünya və yeni insan formalaşdıraq “Yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda Hindistandan tanınmış sülh xadimi Ravi Şankar iştirak etmişdir.

20 fevral 2019-cu ildə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi çərçivəsində Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi tərəfindən Hindistanın Aqra şəhərində yerləşən Kendriya Hindi Sansthan Universitetində konsert proqramı təşkil edilmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Ölkələrimiz arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, enerji, kənd təsərrüfatı, tikinti, əczaçılıq və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. İki ölkə arasında biznes forumların keçirilməsi və işgüzar nümayəndə heyətlərin qarşılıqlı səfərləri ənənəyə çevrilmişdir və ikitərəfli iqtisadi münasibətlərin genişlənməsinə müsbət töhfə verir. Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu nəzərə alaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına yönəlmiş birgə səylər göstərilir və bu məqsədlə ixrac qabiliyyətli mallar, eləcə də  investisiya fəaliyyətinin genişləndirilməsi üçün investisiya prioritetləri, layihələri, qayda və tənzimləmələri haqqında məlumat mübadiləsi aparılır.

İki ölkə enerji sahəsində uğurlu əməkdaşlıq edir. Hindistanın ONGC Videsh LTD şirkəti 14 sentyabr 2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişə əsasən 2.31% hissəsinə malik olmuşdur.

Azərbaycanda yüzlərlə Hindistan şirkəti fəaliyyət göstərir və onlar tərəfindən ölkə iqtisadiyyatına 1,2 milyard dollardan artıq sərmayə qoyulmuşdur.

Hindistan Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlıdır. 2018-ci ilin may ayında Hindistan Hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman Klubu tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan Rusiyaya və geriyə (Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu) avtomobil yürüşü təşkil olunmuşdur.

 

Hökumətlərarası Komissiya

Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 11 aprel 2007-ci ildə yaradılmışdır.

Azərbaycan tərəfindən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfindən ticarət və sənaye naziri Piyuş Qoyaldır.

11-12 oktyabr 2018-cı ildə Nyu-Dehlidə Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfindən Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.   

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Hindistan arasında 13 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

 

 

Ticarət dövriyyəsi

(milyon ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2017

97

 

404.1

 

501.1

 

müsbət 307.1 

2018

102.9

819.5

922.4

müsbət 716.5 

2019

136.65 955.87 1.092.52

müsbət

819.22

 

İdxal olunan mallar: düyü, çay, dondurulmuş ət, ədviyyat, efir yağları, maşın, texnika, avadanlıq və onların hissələri, qranit, mərmər, qara metallardan məmulatlar

İxrac olunan mallar: daş kömür, dəri məmulatları, geyim məmulatları, xam neft.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş. Bakı, 23 iyun 1998.

Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Bakı, 16 aprel 2012.

 

Arxiv üzrə axtarış

xin diplomatic service