Norveç
Norveç Krallığı
Dövlət başçisı: Əlahəzrət Kral V Harald
Baş Nazir: xanım Erna Solberq
Parlament Sədri: cənab Ton Vilxelmsen
Xarici İşlər naziri: xanım İne Eriksen Soreyde
İkitərəfli münasibətlər
Norveç Krallığı Azərbaycanın müstəqilliyini 2 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur.
Norveç Krallığının Azərbaycanda Səfirliyi 1998-ci ilin iyul ayının 22-də açılmışdır. 2019-cu ilin 28 iyun tarixindən Norveçin Azərbaycandakı Səfirliyinin səlahiyyətləri Norveçin Türkiyədəki Səfirliyinə həvalə edilmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr çərçivəsində ən mühüm hadisə Prezident Heydər Əliyevin Norveç Krallığına (1996) səfəri olmuşdur. Bunun ardınca iki ölkə arasında müxtəlif səviyyəli görüşlər keçirilmiş, sənədlər qəbul olunmuşdur.
Norveç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri İltizam Yusifovdur.
Ali və yüksək səviyyəli səfərlər
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 24-25 aprel 1996-ci ildə Norveç Krallığına rəsmi səfər etmişdir.
Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə 11-15 fevral 2001-ci ildə Norveçdə rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən Norveç Krallığına 1 rəsmi (25 mart - 1 aprel 1998) və 1 işgüzar (10-13 sentyabr 2014) səfər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Xarici İşlər naziri tərəfindən Norveçə 2 rəsmi səfər (22-25 fevral 2000, 4-7 dekabr 2007) həyata keçirilmişdir.
Norveç Krallığının Xarici İşlər naziri Azərbaycan Respublikasına 1 işgüzar (12-13 oktyabr 2004) və 2 rəsmi səfər (28-29 aprel 2008, 14-15 yanvar 2013) etmişdir.
Humanitar sahədə əməkdaşlıq
İki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mövcuddur. Həyata keçirilən mühüm layihələrdən 2006-cı ildə Azərbaycan Dillər Universitetində Oslo və Agder universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində skandinaviyaşünaslıq üzrə yeni bakalavr proqramının açılmasını göstərmək olar. Proqram çərçivəsində tələbələr norveç dili, tarixi və Skandinaviya ədəbiyyatını öyrənirlər. Proqramın ilk məzunları 2010-cu ildə bakalavr dərəcəsi almışlar.
Bundan əlavə, son illərdə Norveç və Azərbaycan arasında incəsənət və idman sahəsində mübadilələr həyata keçirilir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 12 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Norveç arasında iqtisadi əməkdaşlıq əsasən enerji sektorunun payına düşür. SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq etmişlər. AÇG layihəsində SOCAR-ın payı 25%, Statoil Azərbaycan şirkətinin payı isə 7,27%-dir.
AÇG neftinin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan-ın 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC-nin isə 25% payı vardır.
Həmçinin, 2018-ci ilin 30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Norveçin Equinor qrupunun bir hissəsi olan Statoil Azərbaycan şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanmışdır.
Hazırda Azərbaycanda 38 Norveç şirkəti fəaliyyət göstərir.
Azərbaycan və Norveç arasında ticarət dövriyəsi (milyon ABŞ dolları ilə)
İllər |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2013 |
38.7 |
0.7 |
38 |
2014 |
41.1 |
9.2 |
31.9 |
2015 |
145.43 |
1.15 |
144.28 |
2016 |
278,73 |
3.13 |
275.6 |
2017 |
157.23 |
1.68 |
155.55 |
2018 |
107.52 |
2.84 |
104.68 |
2019 |
103.98 |
3.59 |
100.39 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve