Banqladeş
Banqladeş Xalq Respublikası
Prezident: Zati-aliləri cənab Məhəmməd Əbdül Həmid
Baş Nazir: xanım Şeyx Hasina
Xarici İşlər naziri: cənab A.K.Əbdül Mömin
İkitərəfli münasibətlər
30 dekabr 1991-ci ildə Banqladeş Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 26 fevral 1992-ci ildə qurulmuşdur.
7 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Banqladeş Prezidenti Məhəmməd Əbdül Həmidə təqdim etmişdir.
10 dekabr 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Banqladeş Xalq Respublikasının Baş naziri Bequm Xalidə Ziya ilə görüşmüşdür.
Yüksək səviyyəli səfərlər
Banqladeşin Mülki aviasiya və turizm naziri Muhammad Faruk Khan 29 may – 1 iyun 2013-cü ildə Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir.
Banqladeşin xarici işlər naziri Dipu Moni 11 iyun 2013-cü ildə Əl-Qüdsə dəstək məqsədilə İƏT Xarici işlər nazirlərinin Bakıda keçirilən konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Banqladeşin xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, xarici işlər naziri E.Məmmədyarov, İqtisadiyyat və sənaye naziri Ş.Mustafayev, Səhiyyə naziri O.Şirəliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi F.Nəbiyevlə görüşmüşdür. Səfər zamanı 2 Anlaşma Memorandumu imzalanmışdır.
Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Banqladeşin Maliyyə Naziri Abul Maal A.Muhithin iştirak etmişdir.
3-6 aprel 2018-ci ildə Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri cənab Şəhriyar Alam Azərbaycana səfər etmiş, xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
5-6 may 2018-ci ildə Dəkkədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Banqladeşə səfər etmişdir.
Müqavilə-hüquq bazası
- Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma haqqında Saziş;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Banqladeş Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə mexanizminə dair Anlaşma Memorandumu;
- Azərbaycan Respublikası Diplomatik Akademiyası ilə Banqladeş Xalq Respublikası Diplomatik Akademiyası arasında əməkdaşlıq münasibətlərinin qurulması haqqında Anlaşma Memorandumu.
Humanitar sahədə əməkdaşlıq
20 iyun 2018-ci il tarixində Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018 mədəniyyət ilinin açılış mərasimində iştirak etmək məqsədilə Banqladeşdə yerləşən İslam Texnologiya Universitetinin rəhbəri Omar Cah Azərbaycana səfər etmişdir.
9 sentyabr 2017-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Hökuməti tərəfindən Myanmada təqibə məruz qalaraq Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına çatdırılması üçün 100 tonluq yardım göndərilmişdir.
2016-cı ildə Azərbaycan hökuməti Banqladeşdə qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı YUNESKO-nun proqramı vasitəsilə ölkəyə 200.000 dollarlıq yardım göstərmişdir.
“Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin qalibləri olan Banqladeşdən iki gənc Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşlar.
23-30 oktyabr 2016-cı ildə ADA Universitetində keçirilmiş Xəzər hövzəsi ölkələrinin tədqiqatı proqramında Banqladeş Xarici işlər nazirliyinin əməkdaşı S.Əhməd iştirak etmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2017 |
9715,66 |
295,03 |
9420,63 |
2018 |
12577.87 |
484.33 |
12093.54 |
2019 |
13510.92 |
254.34 |
13256.58 |
2020 (yanvar-iyul) |
58.93 |
9.96 |
48.97 |
Azərbaycana Banqladeşdən idxal: pambıq parçasından geyim, mebellərin hissələri, süni çiçəklər, təbii dəridən qurşaqlar, dərman vasitələri, dondurulmuş xərçəngkimilər.
Azərbaycandan Banqladeşə ixrac: reaktiv və digər mühərriklər üçün kerosin yanacağı.
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve