Avstraliya

Waving Flag of Australia (Animated Gif)

Avstraliya Ittifaqı

Dövlət başçısı: Ülyahəzrət II Elizabet

General Qubernator: cənab Deyvid Hörli

Baş nazir: cənab Skott Morrison

Senatın Prezidenti: cənab Skott Rayan

Nümayəndələr Palatasının Sədri: cənab Toni Smit

Xarici İşlər naziri: xanım Maris Peyn

Avstraliya İttifaqının Azərbaycan Respublikasında səfiri: cənab Mark İnnes-Braun

Azərbaycan Respublikasının Avstraliya İttifaqında müvəqqəti işlər vəkili: cənab Ramil Qurbanov

Azəbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://canberra.mfa.gov.az

 

İkitərəfli münasibətlər

1992-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikası və Avstraliya İttifaqı arasında diplomatik münasibətlər qurulmuşdur.

2012-ci ilin 16-20 aprel tarixlərində Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov Avstraliyada işgüzar səfərdə olmuşdur.

2015-ci ilin 2-10 iyun tarixlərində Avstraliya Parlamentinin nümayəndə heyəti - Lük Simpkins, Alan Qriffin və Con Kobb Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilmişdir.

2015-ci ilin 12-22 sentyabr tarixlərində Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Avstraliyaya səfər etmişdir. Səfər zamanı Xanlar Fətiyev Avstraliya Senatının sədri Stiven Perri və bir sıra digər millət vəkilləri ilə görüşlər keçirmişdir.

2015-ci ilin 22-27 oktyabr tarixlərində Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Lük Simpkins və üzvləri Alan Qriffin, Şerman Stoun, Lauriye Ferqyuson və senator Deyvid Conston Azərbaycanda keçirilmiş parlament seçkilərində müşahidəçi qismində iştirak etmək məqsədilə ölkəmizə səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

2016-cı ilin 29 fevral - 3 mart tarixlərində Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupun rəhbəri, millət vəkili Xanlar Fətiyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Avstraliyaya işçi səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Avstraliya Baş Nazirinin müavini Barnabi Coys, Xarici İşlər naziri Culi Bişop və Multikulturalizm üzrə nazir müavini Kreyq Londi ilə də görüşlər keçirmişdir.

2016-cı ilin 15-24 oktyabr tarixlərində Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyada işgüzar səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Avstraliyanın Xarici İşlər naziri Culi Bişop, Ticarət, İnvestisiyalar və Turizm naziri Stiven Çiobo və Daxili İşlər nazirinin müavini Aleks Hok ilə görüşlər keçirmişdir. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Qərbi Avstraliya ştatını ziyarət edərək ştatın Qanunverici Şurasının sədri Barri Haus və Qanunverici Assambleyasının spikeri Maykl Sazerlend ilə görüşmüşdür.

2017-ci il 11-12 iyun tarixlərində Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri xanım Konçetta Fierravanti-Uells Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı avstraliyalı nazir Milli Məclisinin sədri Oqtay Əsədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və Maliyyə naziri Samir Şərifovla görüşlər keçirmişdir.

2018-ci ilin 10-13 aprel tarixlərində Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədilə Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreyq Kelli, eləcə millət vəkilləri Stiv Qeorqanas, Maria Vamvakinu və Milton Dik daxil olmuşlar. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuşdur.

2019-cu ilin 19-25 fevral tarixlərində Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyaya işgüzar səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə daxil olmuşlar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstraliya Federal Parlamentinin bir sıra üzvləri ilə görüşlər keçirmişdir. Həmçinin, Azərbaycan nümayəndə heyəti Melburnda səfərdə olarkən Qanunverici Məclisin spikeri Kolin Bruks və Viktoriya Parlamentinin digər  üzvləri ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

4936.6

326,8

4609,8

2015

9719

613,7

9105,3

2016

7996.5

181,2

7815,3

2017

5531.2

569,7

4961,5

2018

4519.2

429,9

4089,3

2019

335 665.15

40 087.91

295 577.24

 

Arxiv üzrə axtarış

xin diplomatic service