Livan

Waving Flag of Lebanon (Animated Gif)

Livan Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Mişel Aun       

Baş Nazir: cənab Hassan Diab

Parlament (Nümayəndələr Şurası) Sədri: cənab Nəbih Bərri

Xarici İşlər və Diaspor naziri: cənab Nassif Hitti

Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri: cənab Ağasəlim Şükürov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://beirut.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

1972-ci ildə Ümummilli Lider cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur.

1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.

1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin  886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır.

2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.    

27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür.

24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Livan Xarici İşlər və Mühacirlər naziri Cubran Basilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Livan arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

36 627.1

35 091.2

1 536.0

2015

12 336.2

11 399.2

937.0

2016

43 233.1

42 664.5

568.6

2017

33,996.6

32 884.3

1 112.3

2018

14 804.0

14 193.9

610.1

2019

940.98

32.18

908.80

 

Arxiv üzrə axtarış

xin diplomatic service