Küveyt

Waving Flag of Kuwait (Animated Gif)

Küveyt Dövləti

Dövlət başçısı: Əlahəzrət Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah                 

Baş Nazir: cənab Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah

Millət Məclisinin (Parlament) Sədri: cənab Mərzuq Əli Məhəmməd Sunəyan Əl-Ğanim

Baş Nazirin birinci müavini, Xarici İşlər naziri: cənab Dr. Şeyx Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri: cənab Elxan Qəhərəman

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri: cənab Səud Əbdüləziz Məhəmməd Əl-Şəmlan Ər-Rumi

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytıhttp://kuwait.mfa.gov.az/

 

 

İkitərəfli münasibətlər

1994-cü ilin 10 oktyabr tarixində Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 19-22 may tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Azərbaycan-Küveyt Parlamentlərarası İşçi qrupunun rəhbəri cənab Hüseynbala Mirələmov Küveyt Dövlətində səfərdə olmuşdur.

2014-cü ilin iyun ayında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Küveyt Dövlətinin fəxri diplomu ilə təltif olunmuşdur.

27-28 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının  42-ci sessiyasında iştirak etmək üçün Küveyt Dövlətinə səfər etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli Sərəncamı ilə cənab Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Küveytdə Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

21 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Küveytdəki səfiri cənab E.Qəhrəman Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha öz etimadnaməsini təqdim etmişdir.

5-6 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətində səfərdə olmuşdur.

29-30 sentyabr 2016-cı il tarixlərində Küveyt Milli Məclisinin üzvü, Küveyt-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Saud Əl-Hureyci Bakı şəhərində keçirilmiş “V Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmişdir.

16-18 noyabr 2016-cı il tarixlərində “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanması məqsədilə Küveyt Mülki Aviasiya İdarəsinin Baş direktoru cənab Yusif Süleyman Əl-Fouzanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və qeyd olunan sənəd imzalanmışdır.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Küveyt Dövləti Xarici İşlər nazirinin müavini cənab Nasir Əl-Heyen iştirak etmişdir.

24-25 aprel 2018-ci il tarixlərində Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında Baş Yaşayış İcazəsi İdarəsinin rəisi cənab Talal Marefi Azərbaycanda səfərdə olmuşdur.

20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Küveyt Millət Məclisinin sədri cənab Mərzuq Əli Əl-Ganimin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

26 sentyabr 2018-ci il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Küveyt Dövlətinin Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşmüşdür. 

26 noyabr 2018-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Küveytdə səfərdə olmuşdur. 

11-12 mart 2019-cu il tarixlərində Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun sədri cənab Xalid Əl Uteybinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.

 2019-cu ilin 12-13 fevral tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun başçılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Küveyt Dövlətinin Audit Bürosu arasında əməkdaşlıq haqqında yeni Saziş imzalanmışdır.

2019-cu ilin 10-13 mart tarixlərində Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Xaled əl-Oteybinin rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycanda səfərdə olmuşdur.

2019-cu ilin 18 mart tarixində Bakıda keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında Küveyt Dövlətinin Neft, Energetika və Su məsələləri üzrə Naziri Xaled Əl-Fadelin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2-3 may 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmiş 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Küveyt Dövlətinin İnformasiya naziri və Gənclərlə iş üzrə Dövlət naziri Məhəmməd Əl-Cəbri, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Xalid Məhəmməd Əl-Uteybi, həmçinin Küveyt Dövlətinin YUNESKO-dakı Daimi nümayəndəsi, Səfir Adam Əl-Mullanın başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycan Respublikasına səfər etmişdir.

23 may 2019-cü il tarixində Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun (DBİQ) toplantısında Küveyt Ali Audit Qurumunun nümayəndələri Salma Əl-Essa Al-Qenae və Rim Həmid Əlsayif iştirak etmişdir.

26 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ilə görüşmüşdür.

25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Küveyt Dövləti Baş nazirinin müavini Xarici işlər naziri  Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2014-cü ilin iyun ayında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Küveyt Dövlətinin fəxri diplomu ilə təltif olunmuşdur.

Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən imzalanmış fəxri diplomda xanım Mehriban Əliyevanın həyata keçirdiyi xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə edilmişdir. Bu Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafat olmuşdur.

28-29 oktyabr 2014-cü il tarixlərində Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Küveytin informasiya və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salim əl-Hamud əl-Sabah AR Prezidenti cənab İlham Əliyev və digər ölkə rəsmiləri tərəfindən qəbul edilmişdir.

19-21 fevral 2015-ci il tarixlərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi dr. Abdullah Əl-Mətuq Azərbaycan Respublikasına səfər etmiş AR maliyyə naziri cənab Samir Şərifov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.

29 mart-1 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovun rəhbərliyi ilə AR nümayəndə heyəti Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə III Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak etmək üçün Küveyt Dövlətinə səfər etmişdir.

26 noyabr 2018-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci Beynəlxalq Konfransda iştirak etmək üçün Küveytdə səfərdə olmuşdur.

14-15 noyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitdə iştirak etmək məqsədilə BMT Baş katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Matuq Əl-Matuqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. 

2019-cu ilin 02-07 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanmış “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin  Küveytdə təqdimatı keçirilmişdir. Təqdimatın keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyin təşkilatçılığı ilə Küveyt Dövlətində işgüzar səfərdə olmuşdur.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 19 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət münasibətləri

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İdxal

İxrac

2014

433.3

406.3

27

2015

3 927.3

3 880.4

46.9

2016

3741.6

3530.92

210.68

2017

7114.3

84.3

7030.0

2018

1858.58

619.88

1238.70

2019

3 492.17

3 255.72

236.45

2020-ci ilin

ilk yarısı

207.42

71.01

136.41

Azərbaycandan ixrac olunan məhsullar: yer və tunelqazan maşınların hissələri.

Küveytdən idxal olunan məhsullar: Etilenqlikol (etandiol)

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiya.

Yaranma tarixi: 10 fevral 2009-cu il.

Sonuncu iclasın tarixi: 14 yanvar 2013-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 2-ci iclası keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service