Əlcəzair
Əlcəzair Xalq Demokratik Respublikası
Prezident: Zati-aliləri cənab Əbdülməcid Tebbun
Parlament (Milli Xalq Assambleyası) Sədri: cənab Sliman Şenin
Baş Nazir: cənab Abdelaziz Cerad
Xarici İşlər naziri: cənab Sabri Bukadum
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri: xanım Salima Abdelhak
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında müvəqqəti işlər vəkili: İlham Salam oğlu Əliyev
İkitərəfli münasibətlər
Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır.
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalamışdır.
2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açmışdır. Ofisin rəhbəri cənab Abbes Benmoussat təyin olunmuşdur.
19 may 2015-ci il tarixində Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Əlcəzairin Milli Xalq Məclisi sədrinin müavini cənab Abdul Rəzzaq Tərbaşın başçılıq etdiyi parliament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
22-24 sentyabr 2018-ci il tarixlərində OPEC-ə üzv ölkələrin nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazov Əlcəzairdə səfərdə olmuşdur.
5 aprel 2019-cu il tarixində İlham Salam oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında müvəqqəti işlər vəkili təyin edilmişdir.
2-3 may 2019-cu il tarixində Əlcəzairin Mədəniyyət naziri xanım Meriam Merdaci V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
24-26 oktyabr 2019-cu il tarixlərində Əlcəzair Prezidenti cənab Əbdülməcid Tebbunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
14-15 noyabr 2019-cu il tarixlərində Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla “Dünya dini liderlərinin II Bakı Sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
25 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əlcəzairin ölkəmizə yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul etmişdir.
Müqavilə və Hüquq bazası
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında 2 sənəd imzalanmışdır.
Humanitar sahədə əməkdaşlıq
27-30 noyabr 2017-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti (AMEA-nın akademik katibi akademik Rasim Əliquliyev və AMEA Geologiya İnstitutunun şöbə müdiri professor Qulam Babayev) Əlcəzair Elmlər və Texnologiyalar Akademiyasının prezidenti professor xanım Məlikə Əllabın dəvəti ilə Əlcəzairdə səfərdə olmuşdur.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Əlcəzair arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2014 |
916.2 |
673.2 |
243.0 |
2015 |
61.76 |
133.85 |
72.09 |
2016 |
10 857.32 |
11 240.58 |
383.26 |
2017 |
1 004.1 |
987.4 |
16.7 |
2018 |
1 426.15 |
8.57 |
1 417.58 |
2019 |
2 072.24 |
347.67 |
1 724.57 |
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve