Bəhreyn

Waving Flag of Bahrain (Animated Gif)

Bəhreyn Krallığı

 

Dövlət başçısı(Kral):Əlahəzrət Şeyx Həməd bin İsa Əl-Xəlifə

Vəliəhd:Şəhzadə Salman bin Həməd bin İsa Əl-Xəlifə

Baş nazir:Şəhzadə Şeyx Xəlifə bin Salman Əl-Xəlifə

Parlament (Milli Şura) Sədri:cənab Əli bin Saleh Əl-Saleh

Xarici İşlər naziri:Şeyx Xalid bin Əhməd Əl-Xəlifə

Azərbaycan Respublikasının Bəhreyn Krallığındakı səfiri:cənab Şahin Abdullayev (iqamətgahı Ər-Riyad şəhəri)

Bəhreyn Krallığının Azərbaycan Respublikasındakı səfiri:cənab Ebrahim Yusuf Al-Abdulla (iqamətgahı Ankara şəhəri)

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında diplomatik əlaqələr 06 noyabr 1996-cı il tarixində yaradılmışdır.

2017-ci ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd Əl Xəlifə ilə görüşmüşdür.

5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Bəhreyn Krallığının Xarici İşlər Nazirinin müavini Abdullah bin Feysal Əl Dosəri iştirak etmişdir.

2018-ci ilin 10 aprel tarixində Bəhreyn Krallığının Xarici İşlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu çərçivəsində Azərbaycana səfər etmişdir.

24 iyun 2018-ci il tarixində Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayaraq, Bakı şəhərinin Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin Bəhreyn tərəfindən dəstəklənəcəyini bildirmişdir.

08 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhreyn Krallığının Türkiyə Respublikasında, eyni zamanda Azərbaycan Respublikasındakı səfiri cənab Ebrahim Yusuf Al-Abdullahın etimadnaməsini qəbul etmişdir.

20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədilə Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd bin İbrahim bin Mullanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

27 noyabr 2018-ci il tarixində Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Al Xəlifə Azərbaycan Respublikasında səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşmüşdür.   

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 2 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

2015-ci ilin 18-19 may tarixlərində III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bəhreyn Krallığının mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə ölkəmizə səfər etmişdir. Səfəri çərçivəsində bir sıra görüşlər keçirən nazir ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında Azərbaycan Xalça Muzeyində toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabları və Muzeyin sertifikatı hədiyyə edilmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Bəhreyn arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

23.17

21.78

1.39

2015

324.05

40.75

283.30

2016

200.19

96.99

103.20

2017

105.9

27.0

78.8

2018

705.62

330.63

374.99

 

Azərbaycandan ixrac olunan məhsullar: Reaktiv mühərriklər üçün kerosin yanacağı

Bəhreyndən idxal olunan məhsullar: Ətirlər, kağız və kartondan digər kisələr və çantalar, reklam materialları, mal kataloqları, analoji məmulatlar

 

Arxiv üzrə axtarış

xin diplomatic service