Uqanda
Uqanda Respublikası
Dövlət Başçısı (Prezident): Zati–aliləri cənab Yoveri Moseveni
Vitse-prezident: cənab Edvard Ssekandi
Baş Nazir: cənab Ruhakana Ruqunda
Parlament Sədri: xanım Rebekka Kadaqa
Xarici İşlər naziri: cənab Sam Kahamba Kutesa
İkitərəfli münasibətlər
1995-ci ilin 19 avqust tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin ikinci iclasında iştirak etmək məqsədilə Uqanda Respublikasının Xarici İşlər naziri, İƏT kordinatoru xanım Kahuea Laura Azərbaycanda səfərdə olmuşdur.
2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Uqandanı Regional Əməkdaşlıq üzrə dövlət naziri cənab Asuman Kiyingi təmsil etmişdir.
2014-2016-cı illər dövründə Azərbaycan Respublikası ilə UNESKO arasında mövcud olan Etimad Fondu vasitəsilə Uqanda, Tanzaniya və Keniyada qızların təhsili və maarifləndirilməsi sahəsində layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 300 000 ABŞ dolları miqdarında vəsait ayrılmışdır.
Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri cənab Henry Oryem Okello 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.
21 sentyabr 2018-ci il tarixində Uqanda Respublikasının Dövlət Xidmətləri naziri cənab Vilson Muruli Mukasa Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır. Səfər zamanı Uqanda nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, “ABAD” publik hüquqi şəxsi, səyyar “ASAN xidmət” təcrübəsi ilə tanış olmuşdur.
23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Uqanda Respublikasının Xarici İşlər naziri Sam Kutesanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Uqanda Respublikasının Xarici İşlər naziri cənab Sam Kutesa iştirak etmişdir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
İl |
İxrac |
İdxal |
Ticarət dövriyyəsi |
2019 |
0.00 |
6.74 |
6.74 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve