Toqo

Waving Flag of Togo (Animated Gif)

Toqo Respublikası

Prezident: Zati-aliləri cənab Fore Qnassinqbe

Baş Nazir: xanım Viktuar Tomeqa Doqbe

Parlament Sədri: xanım Şantal Yava Tseqan

Xarici İşlər və Əməkdaşlıq naziri: cənab Robert Dussey

 

İkitərəfli münasibətlər

28 dekabr 2010-cu ildə ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike (Nyu-York) imzalanmışdır.

2014-cü ilin 8-9 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev Azərbaycan-Toqo gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinimüzakirə etmək üçün Toqo Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin dəvəti ilə Lome şəhərində rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Toqo Respublikası Gömrük və Vasitəli Vergilər Komissarı cənab Kodjo Adedze (“Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş” paraflanmışdır), Toqo Gəlirlər İdarəsinin Baş komissarı cənab HenriQater, Toqo Respublikası İqtisadiyyat və Maliyyə naziri cənab Adji Ote Ayasor ilə (“Azərbaycan Respublikası Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”in imzalanma mərasimi keçirilmişdir) görüşlər keçirilmişdir.

2018-ci ilin 27 sentyabr tarixində Nyu-Yorkda Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Toqonun Xarici İşlər və Əməkdaşlıq naziri cənab Robert Dussey ilə görüşmüşdür. Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardılar və iqtisadi, ticarət, habelə humanitar əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə etdilər.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Toqo Respublikasının Prezidenti cənab Fore Qnassinqbe iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2018-ci ildə AR Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının beynəlxalq inkişafa Yardım Agentliyi (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu təşkil edir. 10-30 noyabr 2018-ci il tarixlərində təşkil edilmiş proqramda Togo ilə yanaşı, Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali və Vyetnamdan olan diplomatlar iştirak etmişlər.

 

Azərbaycan Respublikası və Toqo Respublikası arasında imzalanmış sənədlər:

  1. Azərbaycan Respublikası və Toqo Respublikası arasında diplomatik əlaqələrinin qurulması haqqında Birgə Kommünike. Nyu York, 28 dekabr 2010-cu il.
  2. “Azərbaycan Respublikasının Hökuməti və Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş,” Lome, 9 may 2014-cü il.

Arxiv üzrə axtarış

xin diplomatic service