Tanzaniya

Waving Flag of Tanzania (Animated Gif)

Tanzaniya Birləşmiş Respublikası

 

Prezident: Zati-aliləri cənab Con Maqafuli

Vitse-prezident: xanım Samia Suluhu

Baş Nazir: cənab Kasim Majaliva

Parlament Sədri: cənab Cob Nduqai

Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Regional İnteqrasiya naziri: cənab Palamaqamba Kabudi

 

İkitərəfli münasibətlər

2014-2016-cı illər dövründə Azərbaycan Respublikası ilə UNESKO arasında mövcud olan Etimad Fondu vasitəsilə Tanzaniya, Uqanda və Keniyada qızların təhsili və maarifləndirilməsi sahəsində layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 300 000 ABŞ dolları miqdarında vəsait ayrılmışdır.

21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Tanzaniyanın Xarici İşlər naziri cənab Avqustin Mahiqa ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə Tanzaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilmiş, xüsusən turizm, mədəniyyət, enerji, telekommunikasiya sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.

07 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının və Tanzaniya Birləşmiş Respublikasının BMT yanında daimi nümayəndələri tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanmışdır. Kommünikedə tərəflər ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etmək niyyətində olduqlarını və BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutduqlarını bəyan edirlər.

Arxiv üzrə axtarış

xin diplomatic service