Qabon

Waving Flag of Gabon (Animated Gif)

Qabon Respublikası

Prezident: Zati-aliləri cənab Əli Bonqo Ondimba

Baş Nazir: xanım Rouz Kristian Raponda

İkipalatalı Parlament:

Senat (yuxarı palata) – prezident xanım Lusi Milebu-Obusson

Milli Assambleya (aşağı palata) - prezident cənab Faustin Bukubi

Xarici İşlər naziri: cənab Alen Klod Bili Bi Nze

 

İkitərəfli münasibətlər

1 oktyabr 1996-cı il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike (Ər-Riyad) imzalanmışdır.

2015-ci ilin 26-28 yanvar tarixlərində Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların təşviqi və Planlaşdırma naziri yanında nazir-deleqat xanım Mari-Jüli Bilogo-Bi-Nzendongun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Qabon Respublikasının Xarici İşlər naziri cənab Noel Nelson Messone 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike. Ər-Riyad, 1 oktyabr 1996.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Niger Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

15.77

4.07

19.84

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

 

Arxiv üzrə axtarış

xin diplomatic service