Niger

 
Waving Flag of Niger (Animated Gif)

 Niger Respublikası

Prezident: Zati-aliləri cənab Mahamadu İssufu

Baş Nazir: cənab Briqi Rafini

Parlament Sədri: cənab Usseyni Tinni

Xarici İşlər, Əməkdaşlıq, Afrika inteqrasiyası və Xaricdə yaşayan nigerlilərlə iş üzrə naziri: cənab Kalla Ankurao

 

İkitərəfli münasibətlər

10 oktyabr, 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

5 mart 2020-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

 

Humanitar sahədə əməkdaşlıq

2006-cı ildə Azərbaycan Respublikasının hökuməti Nigerdə baş vermiş güclü zəlzələ nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədiləbu ölkəyə 20 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Nigerlə yanaşı, Benin, BurkinaFaso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik və Malidə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Niger Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

2 906.64

26.79

2 993.43

 Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Arxiv üzrə axtarış

xin diplomatic service