Mali


Waving Flag of Mali (Animated Gif)

Mali Respublikası

Prezident: cənab İbrahim Bubakar Keyta

Baş Nazir: cənab Bubu Sisse

Parlametin sədri: cənab Musa Timbine

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Tyebile Drame

Mali Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Moskva şəhərində olmaqla): Tiefinq Konate

 

İkitərəfli münasibətlərin qısa tarixi

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi eyni zamanda Mali Respublikasında akkreditə olunub.

3 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mali Respublikasının Azərbaycanda təyin olunmuş fövqəladə və səlahiyyətli (iqamətgahı Moskva şəhərində olmaqla) səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul etmişdir.

2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta  Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1034 saylı, 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Oktay Qurbanov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Mali Respublikasının Prezidenti cənab İbrahim Bubakar Keyta iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Azərbaycan Respublikasının hökuməti Malidə baş vermiş güclü yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədilə bu ölkəyə 10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Mali ilə yanaşı, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service