Madaqaskar

 Waving Flag of Madagascar (Animated Gif)

Madaqaskar Respublikası

Prezident: cənab Andri Rajoelina

Baş Nazir: cənab Kristian Ntsay

İkipalatalı Parlament: Senat (yuxarı palata): prezident cənab Rivo Rakotovao

Milli Assambleya (aşağı palata): sədr xanım Kristin Razanamahasoa

Xarici İşlər naziri: cənab Cakoba Tehindrazanarivelo

 

İkitərəfli münasibətlərin qısa tarixi

Azərbaycan Respublikası və Madaqaskar Respublikası arasında diplomatik əlaqələr 26 may 1993-cü ildə qurulmuşdur.

Madaqaskar Respublikasının iqamətgahı Moskva şəhəri olmaqla ölkəmizdə səfiri təyin edilmiş Elua Alfons Maksim Duvu 2006-cı ilin 15 fevral tarixində etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Madaqaskar Respublikasının Prezidenti cənab Andri Rajoelina iştirak etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Madaqaskar Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

0.00

331.08

331.08

 Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Arxiv üzrə axtarış

xin diplomatic service