Konqo DR

Waving Flag of the Democratic Republic of the Congo (Animated Gif)

Konqo Demokratik Respublikası

Prezident: Zati-aliləri cənab Feliks Tşisekedi

Baş Nazir: cənab Silvestr İlunqa

İkipalatalı parlament: Senatın (yuxarı palata) prezidenti: cənab Aleksis Tambve Mvamba

Milli Assambleyanın (aşağı palata) Sədri: xanım Janin Mabunda

Xarici İşlər naziri: xanım Mari Tumba Nzeza

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur.

Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.

23 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi E.Abdullayev Konqo Demokratik Respublikasının Şərqində tüğyan edən Ebola virusu ilə mübarizə üçün Afrika İttifaqının çağırışına cavab olaraq Azərbaycan Respublikası tərəfindən 20 min ABŞ dolları məbləğində yardımı Aİ-nin Sosial məsələlər üzrə komissarı Amira El-Fadilə təqdim etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

60.10

1.31

64.41

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

Arxiv üzrə axtarış

xin diplomatic service