Esvatini

Image result for Eswatini flag gif

Esvatini Krallığı

Dövlət başçısı: Əlahəzrət Kral MSVATI III

Baş Nazir: cənab Ambrose Mandvulo Dlamini

İkipalatalı parlament: Senat  - prezident xanım Lindive Dlamini

Assambleya – spiker cənab Petros Mavimbela

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: xanımTuli Dladla

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında diplomatik münasibətlər 7 yanvar 2010-cu il tarixində qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1226 saylı, 19 may 2015-ci il tarixliSərəncamı ilə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Elxan Polux oğlu Poluxoviqamətgahı Pretoriya şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Svazilend Krallığında (2018-ciilədək ölkənin rəsmi adı) fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Esvatini Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin 1-ci müavini Coel Musa Nleko2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə Azərbaycan Respublikasında işçı səfərdə olmuşdur.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Esvatini Krallığının Kralı III Msvatinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Esvatini Krallığının Kralı III Msvati ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

0.76

2.58

2.58

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

Arxiv üzrə axtarış

xin diplomatic service