Ekvatorial Qvineya

 Waving Flag of Equatorial Guinea (Animated Gif)

Ekvatorial Qvineya Respublikası

 

Prezident: Zati-aliləri Teodoro Obianq Nquema Mbasoqo

Baş Nazir: cənab Fransisko Paskal Eyeque Obama Asue

İkipalatalı Parlament: Senat (yuxarı palata) – prezident: xanım Mariya Tereza Efua Asanqono

Millət vəkilləri palatası (aşağı palata) – prezident: cənab Qaudensiyo Mohaba Mesu

Xarici İşlər və Beynəlxalq  Əməkdaşlıq naziri: cənab Simeon Oyono Esono Anque

 

İkitərəfli münasibətlər

Azərbaycan ilə Ekvatorial Qvineya arasında diplomatik əlaqələr 11 noyabr 2004-cü ildə qurulmuşdur.

23 iyul 2019-cu il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın Mədənçilik və Hidrokarbon məsələləri üzrə Dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Ekvatorial Qvineya Respublikasının Prezidenti Obiang Nguema Mbasogonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

27-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərində  keçirilmiş Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammitində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov iştirak etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

0.76

0.00

0.76

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

Arxiv üzrə axtarış

xin diplomatic service