Cənubi Afrika Respublikası


Waving Flag of South Africa (Animated Gif)

Cənubi Afrika Respublikası

Prezident: Zati- aliləri cənab Matamela Siril Ramafoza

Vitse-prezident: cənab Deyvid Dabede Mabuza

İkipalatalı parlament: Əyalətlərin Milli Şurası (yuxarı palata) – sədr cənab Nkosiyakhe Amos Masondo

Milli Assambleya (aşağı palata) - sədr xanım Tandi Modise

Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri: xanım Naledi Pandor

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Yamin Cəfərov

Cənubi Afrika Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Ankara şəhəri olmaqla): cənab Pule İsaak Malefane

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  http://www.pretoria.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr 29 aprel 1992-ci ildə qurulmuşdur.

1999-cu ilin 3 may tarixində Cənubi Afrika Respublikasının Xarici İşlər naziri A.Nzo Azərbaycana səfər etmişdir.

2004-cü ildə Cənubi Afrika Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş (iqamətgahı Ankara şəhərində yerləşir) səfiri Sobizana Mnqikana etimadnamə vərəqlərini AR-in Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda keçirilən “Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi” adlı Beynəlxalq Forumda CAR-ın birinci xanımı Zanele Mbekinin başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir.

2009-cu ilin fevral ayının 6-da Cənubi Afrika Respublikasının Türkiyə Respublikasındakı və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş yeni səfiri Teboqo Sekolo etimadnamələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

2011-ci ilin16 avqust tarixində Azərbaycan Respublikasının Prezidentinin 1689 saylı sərəncamı ilə Elxan Polux oğlu Poluxov Cənubi Afrika Respublikasına fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2012-ci il 1 fevral tarixində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxovun etimadnaməsini Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumaya təqdim etmişdir.

2012-ci ilin 9 noyabr tarixində CAR-ın Azərbaycan Respublikasındakı yeni səfiri (iqamətgahı Ankarada olmaqla) Vika Mazvi Khumalo etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

2013-cü ilin 31 oktyabr - 1 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət, Mədəniyyət və İrs komissiyasının sədri xanım Tandili Sunduza və CAR-ın Azərbaycan Respublikasındakı sabiq səfiri (1999-2001), “Azərbaycanın Cənubi Afrikadakı Dostları” qeyri-hökumət təşkilatının təsisçilərindən biri, Cənubi Afrikanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı, professor Tomas Viler iştirak etmişlər.

2014-cü ilin 20-27 fevral tarixlərində AR Xarici İşlər naziri Elmar Məmmədyarov CAR, Mozambik və Botsvanada səfərdə olmuşdur. Cənubi Afrika Respublikasına ilk rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin naziri (Xarici İşlər naziri) Nkoana Maşabane ilə görüş keçirmişdir. Görüş əsnasında nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən “Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Cənubi Afrika Respublikasına səfəri çərçivəsində nazir Elmar Məmmədyarov, həmçinin CAR-ın Energetika naziri Dikobe Ben Martins ilə görüş keçirmişdir.

2-3 oktyabr 2014-cü il tarixlərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunda Cənubi Afrika Respublikasının Venda İcmasının Kralı Toni Peter Mphephu iştirak etmişdir.

26 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənubi Afrika Respublikasının iqamətgahı Ankara şəhəri olmaqla ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul etmişdir.

29 noyabr 2016-cı il tarixində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyevlə, AR İqtisadiyyat naziri Şahin Mustafayevlə, AR Xarici İşlər naziri Elmar Məmmədyarovla, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevlə və ASAN xidmətin sədri cənab İnam Kərimovla görüşlər keçirilmişdir.

05-06 aprel 2018-ci il tarixlərində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Luvellin Landersın başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmişdir.

9-13 sentyabr 2018-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 23-cü İllik Konfransı və Baş Assambleyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi və Beynəlxalq Prokurorlar Assosiasiyasının  İcra Şurasının üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

10-13 sentyabr 2018-ci il tarixlərində Cənubi Afrikanın Durban şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (Telecom World 2018) beynəlxalq sərgi-konfransında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sərgidə Azərbaycanın milli pavilyonu təmsil olunmuşdur. Milli pavilyonumuzda Rabitə və Yüksək Texnologiyalar sahəsindəki ölkəmizin nailiyyətləri və innovasiya xidmətləri nümayiş etdirilmişdir.

28-29 oktyabr 2018-ci il tarixində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda CAR-ın Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Musava Hlonqvane iştirak etmişdir. M.Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olmuşdur. M.Hlonqvane HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli kapitan Şahin Məmmədovla görüşmüş və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət etmişdir.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirinin müavini Alvin Botesin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirinin müavini Alvin Botesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

24 fevral 2020-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentdə iştirak etmək məqsədilə Cenevrədə işçi səfərdə olan Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşmüşdür. Görüşdə iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılmış. CAR Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq xüsusunda ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirmiş və bu ölkə tərəfindən Azərbaycan sədrliyinə daim dəstək göstəriləcəyini vurğulamışdır.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Cənubi Afrika Respublikasının Prezidenti cənab Siril Ramafoza iştirak etmişdir.

Azərbaycan Respublikası-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun Azərbaycan tərəfindən rəhbəri Rasim Musabəyovdur.

 

Müqavilə-hüquq bazası

İmzalanmış sənədlər

  1. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və Cənubi Afrika Hökumətinin Mətbuat Xidməti “BuaNews” arasında qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi haqqında Memorandum.
  2. Azərbaycan Respublikası Hökuməti və Cənubi Afrika Respublikası Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu, Pretoriya, 21 fevral 2014-cü il.
  3. Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq departamentinin nəzdində Diplomatik Akademiya və ADA Universiteti arasında Anlaşma Memorandumu, Bakı, 29 noyabr 2016-cı il.

 

Azərbaycan ilə CAR arasında ticarət əlaqələri

Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dollar)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2018

162754.2

8.65

162745.64

2019

5776.05

19.26

5756.79

Mənbə: AR Dövlət Gömrük Komitəsi (customs.gov.az)

Azərbaycan Respublikasından Cənubi Afrika Respublikasına ixrac edilən əsas məhsullar: reaktiv mühərriklər üçün kerosin yanacağı, elektrik transformatorların hissələri, maye və qazları ölçən cihaz və aparatların digər hissələri və s.;

Azərbaycan Respublikasına Cənubi Afrika Respublikasından idxal edilən əsas məhsullar: hind qozu, ananas, avokado, portağal, mandarinlər, qreypfrut, üzüm, armudvəheyva, kivi, şaftalı, gavalı, balıq, məftillər, kanatlar, xromfilizləri, qızıl, qara metallardan digər metal konstruksiyalar və s. 

 

Arxiv üzrə axtarış

xin diplomatic service