Burundi

 
Waving Flag of Burundi (Animated Gif)

Burundi Respublikası

Prezident: cənab Evariste Ndayişimiye

1-ci vitse-prezident: cənab Prosper Bazombanza

Parlament sədri: Senat (yuxarı palata): cənab Reveryen Ndikuriyo

Milli Assambleya (aşağı palata): cənab Paskal Nyabenda

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Albert Şingiro

 

İkitərəfli münasibətlər

2 mart 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

22 aprel 2019-cu il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Hökuməti Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb. Vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Burundi Respublikasının Xarici İşlər naziri Ezekel Nibiqiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Burundi Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

0.00

1.57

1.57

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

 

Arxiv üzrə axtarış

xin diplomatic service