İsveç

Waving Flag of Sweden (Animated Gif)

İsveç Krallığı

Dövlət başçısı (Kral):  Əlahəzrət Karl XVI Qustav

Baş Nazir: cənab Stefan Löfven

Parlamentin Sədri: cənab Andreas Norlen

Xarici İşlər naziri: xanım Ann Linde

Azərbaycan Respublikasının İsveç Krallığındakı Müvəqqəti işlər vəkili: cənab Günəş Rüstəmzadə

İsveç Krallığının Azərbaycan Respublikasındakı Müvəqqəti işlər vəkili: cənab Kristian Kamil   

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://stockholm.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

İsveç Krallığı Azərbaycanın müstəqilliyini 1992-ci il 16 yanvar tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin 8 may tarixində qurulmuşdur. Azərbaycanın İsveç Krallığında səfirliyi 2008-ci ilin yanvar ayında açılmışdır. 2013-cü ilin 19 iyun tarixində İsveç Hökuməti Azərbaycanda səfirliyin açılması qərarını qəbul etmiş və İsveç Krallığının səfirliyinin açılışı 2014-cü il 1 mart tarixində baş tutmuşdur.

Son dövrdə Azərbaycan-İsveç ikitərəfli əlaqələrinin inkişafı və möhkəmləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilmişdir. Əhəmiyyətli səfərlər sırasında İsveç Krallığının Xarici İşlər nazir Karl Bildt və Marqot Vallström, Əmək naziri Sven Otto Littorin, Miqrasiya naziri B.Holberg, Ticarət naziri Eva Byörlinq, İsveç Parlamentinin üzvləri, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Xarici İşlər nazirinin müavini Xələf Xələfovun səfərlərini qeyd etmək olar.

İsveç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun tərkibinə daxildir.

İki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinə  xüsusi önəm verilir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu 8 aprel 2011-ci ildə, İsveç Parlamentində İsveç-Azərbaycan parlamentlərarası dostluq qrupu isə 9 may 2012-ci ildə yaradılmışdır.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İsveç Krallığına 2 rəsmi səfəri həyata keçirilmişdir: 7-9 avqust 2006-ci il və 6-7 noyabr 2017-ci il.

İsveç Krallığının Xarici İşlər nazirləri tərəfindən ölkəmizə 4 səfər həyata keçirilmişdir. Son rəsmi səfər 12 iyun 2011 il tarixlərində xarici işlər naziri Karl Bildt tərəfindən, işgüzar səfər isə 10 fevral 2016-ci il tarixində Xarici İşlər naziri Marqot Vallström tərəfindən həyata keçirilmişdir.

 

 

Humanitar sahədə əməkdaşlıq

2017-ci ildə İsveçin Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakültəsində Qafqazşünaslıq bölməsində “Azərbaycanın Multikulturalizm modeli” ilə bağlı mühazirələr oxunmuşdur. Sözügedən layihə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilmiş və 3 ay davam etdirilmişdir.  

2017-ci ilin 28-29 noyabr tarixlərində İsveçin dini icma nümayəndələrindən ibarət nümayəndə heyətinin Bakıya səfəri baş tutmuşdur. Sözügedən səfər 2015-ci ilin noyabr ayında İsveçə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi altında Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin rəsmi səfərinə cavab olaraq təşkil edilmişdir.

 

Müqavilə-hüquq bazası

Ölkələr arasında 1 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İqtisadi əməkdaşlığın dərinləşməsinin hər iki tərəf üçün faydalı olacağını nəzərə alaraq, ölkələrimiz arasında biznes forumlar və qarşılıqlı səfərlər həyata keçirilir. 2014-cu ilin iyun ayında ölkəmizdə səfərdə olan Ticarət naziri E.Byörlinq İsveç şirkətlərinin Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit və s. sahələrə sərmayə qoya biləcəyini səsləndirmişdir. İqtisadi münasibətlərin inkişafı üçün təkən verən digər səfər 8-9 noyabr 2017-ci il tarixlərində  İsveçin Avropa İttifaqı məsələləri və Ticarət nazirinin yanında dövlət katibi Oskar Strenstromun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini qeyd etmək olar.

Sənaye, metallurgiya, neft kimyası, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, İKT, alternativ enerji və s. sahələri iki ölkə arasında iqtisadi əlaqələrdə prioritet təşkil edir.

Hazırda Azərbaycanda İsveçin 26 şirkəti fəaliyyət göstərir.

 

İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2013

42.2

0.1

42.3

-42.1

2014

49.7

0.3

50

-49.6

2015

80.08

0.13

80.21

-79.95

2016

67.89

0.34

68.23

-67.55

2017

28.53

0.44

28.97

-28.09

2018

30.09

0.83

30.92

-29.26

Mənbə: AR Dövlət Gömrük Komitəsi.

 

Arxiv üzrə axtarış

xin diplomatic service