Niderland
Niderland Krallığı
Dövlət başçısı: Kral Villem-Aleksandr
Baş Nazir: cənab Mark Rutte
Senatın Sədri: cənab Yan Antoni Brayn
Nümayəndələr Palatasının Sədri: xanım Xədicə Arib
Xarici İşlər naziri: cənab Stef Blok
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri: cənab Fikrət Axundov
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin rəsmi internet səhifəsi: http://hague.mfa.gov.az
İkitərəfli münasibətlər
Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci ildə qurulmuşdur.
20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə Sərəncam imzalamışdır.2007-ci ilin may ayında Azərbaycan Respublikasının Niderland Krallığında Səfirliyi fəaliyyətə başlamışdır.
Niderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılmışdır. Niderland Krallığının ölkəmizdəki hazırkı səfiri Onno Kerversdir (2016-cı ildən etibarən).
Ali və yüksək səviyyəli səfərlər
Azərbaycan Respublikası və Niderland Krallığı arasında münasibətlər müsbət inkişaf dinamikasına malikdir.
Azərbaycan tərəfindən Niderlanda 1 dövlət başçısı (işgüzar) və 1 Xarici İşlər naziri səviyyəsində rəsmi səfər baş tutmuşdur.
Niderland tərəfindən Azərbaycana Parlament Sədri səviyyəsində 1 (rəsmi) və Xarici İşlər naziri səviyyəsində isə 2 (rəsmi) səfər həyata keçirilmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan-Niderland Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu 8 aprel 2011-ci ildən fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Eldar Quliyevdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında 11 sənəd imzalanmışdır.
Azərbaycan Respublikası və Niderland Krallığı arasında ticarət əlaqələri (min ABŞ dolları ilə)
İllər |
İdxal |
İxrac |
Dövriyyə |
2015 |
102 796,47 |
101 792,09 |
204 588,56 |
2016 |
75 635,12 |
38 295,3 |
113 930,42 |
2017 |
87 897,46 |
86 670,07 |
174 567,53 |
2018 |
103 849 |
77 982,77 |
181 831,77 |
2019 |
137 245,95 |
68 000,36 |
205 246,31 |
2020 yanvar-iyul |
51 342,22 |
4 287,69 |
55 629,91 |
Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi
Niderland Krallığından Azərbaycan Respublikasına idxal məhsulları: oksidietanol, məlumatın işlənməsinin rəqəm blokları, qaz turbinlərinin hissələri, səsi, şəkli və ya başqa məlumatı qəbuledən, uyğunlaşdıran və ötürən və ya düzəldən maşınlar və onların hissələri, pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri, printerlər, surətçıxarma və faksmil aparatları.
Azərbaycan Respublikasından Niderland Krallığına ixrac məhsulları: xam neft; mazut, meyvə və tərəvəz, paslanan metallardan məmulatlar.
Azərbaycan-Niderland Biznes Qovşağı 17 may 2016-cı il tarixində yaradılıb. Azərbaycan tərəfindən koordinator Tariyel Mirzəyev, Niderland tərəfindən koordinator Elvin Hulşerdir.
Niderlandın Azərbaycanda müxtəlif kapitala malik 36-ya yaxın şirkəti mövcuddur.
- ABŞ
- Albaniya
- Almaniya
- Andorra
- Anqola
- Argentina
- Avstriya
- Avstraliya
- Banqladeş
- Belarus
- Belçika
- Benin
- BƏƏ
- Bəhreyn
- Birləşmiş Krallıq
- Boliviya
- Bolqarıstan
- Bosniya və Herseqovina
- Braziliya
- Bruney-Darüssalam
- Burkina Faso
- Burundi
- Butan
- Cənubi Afrika Respublikası
- Cənubi Sudan
- Cibuti
- Çad
- Çexiya
- Çili
- Çin
- Danimarka
- Efiopiya
- Ekvatorial Qvineya
- Eritreya
- Estoniya
- Esvatini
- Əfqanıstan
- Əlcəzair
- Fələstin Dövləti
- Fici
- Filippin
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hindistan
- Honduras
- Xorvatiya
- İndoneziya
- İordaniya
- İraq
- İran
- İrlandiya
- İslandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Kanada
- Keniya
- Kolumbiya
- Konqo DR
- Koreya Respublikası
- Kosta Rika
- Kot-d’İvuar
- Kuba
- Küveyt
- Qabon
- Qambiya
- Qana
- Qazaxıstan
- Qəmər Adaları
- Qətər
- Qırğızıstan
- Qvatemala
- Qvineya
- Qvineya-Bisau
- Laos Xalq Demokratik Respublikası
- Latviya
- Lesoto
- Liberiya
- Lixtenşteyn
- Litva
- Livan
- Liviya
- Lüksemburq
- Macarıstan
- Madaqaskar
- Malavi
- Malayziya
- Maldiv
- Mali
- Malta
- Mavriki
- Mavritaniya
- Meksika
- Mərakeş
- Misir
- Moldova
- Monako
- Monqolustan
- Monteneqro
- Mozambik
- Müqəddəs Taxt-Tac
- Myanma
- Namibiya
- Nepal
- Niderland
- Niger
- Nigeriya
- Nikaraqua
- Norveç
- Oman
- Özbəkistan
- Panama
- Pakistan
- Paraqvay
- Peru
- Polşa
- Portuqaliya
- Ruanda
- Rumıniya
- Rusiya Federasiyası
- San Marino
- San-Tome və Prinsipi
- Seneqal
- Serbiya
- Seyşel Adaları
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Slovakiya
- Sloveniya
- Sudan
- Suriya
- Syerra-Leone
- Şimali Makedoniya
- Koreya Xalq Demokratik Respublikası
- Şri Lanka
- Tacikistan
- Tanzaniya
- Tayland
- Toqo
- Tunis
- Türkmənistan
- Türkiyə
- Ukrayna
- Uqanda
- Uruqvay
- Venesuela
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yəmən
- Yunanıstan
- Zambiya
- Zimbabve