Boliviya

Waving Flag of Bolivia (Animated Gif)

Boliviya Çoxmillətli Dövləti

Prezident: Zati-aliləri xanım Janin Anyes Çaves

Senatın Sədri: xanım Monika Eva Kopa Murqa

Deputatlar Palatasının Sədri: cənab Simon Serxio Çoke Sinyani

Xarici İşlər naziri: xanım Karen Lonqarik

Azərbaycan Respublikasının Boliviya Çoxmillətli Dövlətindəki səfiri: cənab Rəşad Aslanov

AzərbaycanRespublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.buenosaires.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Boliviya Çoxmillətli Dövləti arasındakı diplomatik əlaqələr   8 iyul 1996-cı il tarixində qurulmuşdur.

17 iyun 2013-cü il tarixində səfir Məmməd Əhmədzadə öz etimadnaməsini Boliviya prezidenti Eva Moralesə təqdim etmişdir.

23-25 iyun 2014-cü il tarixində M.Əhmədzadə Boliviya Çoxmillətli Dövlətinə səfər çərçivəsində Boliviya xarici işlər naziri David Çokeuanka (David Choquehuanca Cespedes) və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2400 nömrəli 27 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Rəşad Aslanov iqamətgahı Buenos-Ayresdə olmaqla Azərbaycan Respublikasının Boliviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Yüksək səviyyəli səfərlər

18 avqust 2017-ci il tarixində Boliviya Xarici Əlaqələr naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər etmişdir.

24 noyabr 2017-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısında iştirakı etmək üçün Boliviyanın Santa Kruz şəhərinə səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Boliviya arasında 2 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Boliviya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

 

İl

 

İxrac

 

İdxal

 

Ümumi Ticarət Dövriyyəsi

2014

0.0

18.0

18.0

2015

-

-

-

2016

3.7

0.7

4.4

2017

11.89

6.78

18.67

2018

4,48

1,95

6.43

 

Arxiv üzrə axtarış

xin diplomatic service